Vətəndaş cəmiyyətinin təmsilçiləri Xədicə İsmayılova ilə görüşə buraxılmayıb-FOTO/VİDEO

STP xedice

Vətəndaş cəmiyyətinin təmsilçiləri Xədicə İsmayılovanın yanına buraxılmayıb

Bu gün vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən ibarət bir qrup araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cəza çəkdiyi 4 saylı koloniyanın qarşısına toplaşıb.

Lakin koloniya administrasiyası görüşə icazə verməyib və 8 mart münasibətilə ona gətirilən hədiyyəni qəbul etməyib.

Administrasiya  «bu gün qəbul gününün olmadığına» əsaslanıb. Lakin  «Sivil toplum» ictimai qrupunun üzvləri etiraz edərək administrasiyaya xatırladıblar ki, öncədən görüş üçün rəsmən müraciət olunub və administrasiya imtina etməyib.

Administrasiya ilə danışıqlar  bir saat yarıma qədər davam etsə də nəticəsiz qalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button