Vəzifə başında ölən yüksək çinli məmurlar…

Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu gün  71 yaşında vəfat edib. Onun qəfildən dünyasını dəyişdiyi bildirilir.

Modern.az-ın məlumatına görə, bu, yüksək vəzifəli məmurun vəzifədə olduğu zaman öldüyü ilk hadisə deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov da vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır. O, bu il fevralın 18 vəfat edib.

Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatını da xatırlamamış olmazsınız. N.Əliyev ötən iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Türkiyə “Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev iyunun 8-də beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.

Arif Vəliyev Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini tərk etmədən ölmüşdü. O, 2014-cü il iyunun 23-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. A.Vəliyev 1993-cü ilin mayından ölən günə kimi həmin vəzifədə çalışıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button