“Vəzifəmdən istefa verəcəyəm” – Rəcəb Tayyib Ərdoğandan şok açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayında Kamal Kılıçdaroğluna meydan oxuyub. 

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan müxalifət lideri Kılıçdaroğlunun irəli sürdüyü iddialara sərt şəkildə cavab verib.
Ərdoğan Kılıçdaroğlunun irəli sürdüyü iddiaların doğru olduğu təqdirdə vəzifəsindən istefa verəcəyini söyləyib.
“Əgər müxalifət lideri dürüstdürsə, namusludursa, mən sabah İğdır və Ərzurumda olacağam. Bu axşam müşavirimə təlimat verəcəyəm. Buyursun gəlsin prezident iqamətgahını gəzsin.   Dediyi kimi tualetlərin hər hansı birində qızıl ilə üzlənmiş unitaz tapacaq mı? Mən deyirəm ki, əgər belə bir şey tapa bilməsə tutduğu vəzifədən istefa verməyə hazırdımı? Əgər tapsa mən prezident vəzifəsindən istefa verəcəyəm. Bunu dövlət televiziyasından səslənərək deyirəm.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button