Vahid Əhmədov daha on gün Türkiyədə müalicə alacaq

Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.

Bu barədə millət vəkili Musavat.com-un əməkdaşı ilə telefon söhbətində bildirib.

Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.

V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.

Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.

Dəyərli millət vəkilinə Allahdan tezliklə şəfa arzulayırıq!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button