Rubrikalar: MƏTBUAT XuralTAC

Vahid Mustafayev ANS-dən danışdı

“ANS-ə və ya ANS-in işçilərinə qarşı heç zaman сinayət işi açılmayıb”.

Bu sözləri “Zerkalo”ya müsahibəsində  ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

“Paradoksal budur ki, ANS-in auditoriyası hələ də bilmir ki, bizə qarşı heç bir сinayət işi açılmayıb. Yəni bizim ünvanımıza heç bir ittiham irəli sürülməmişdi ki, sonra da bu işi  bağlasınlar. Mayda Fətullah Gülənin işi ilə bağlı məhkəmə fraqmenti dayandırıldı və sonradan aydın oldu ki, biz həmin məhkəmədə sadəсə hal şahidi kimi iştirak etmişik. Amma ANS-ə və ya ANS-in işçilərinə qarşı сinayət ittihamı heç olmayıb. Əgər сinayət işi açılmamışdısa, deməli, o dayandırıla da bilməzdi. ANS heç zaman siyasətlə məşğul olmayıb. ANS heç kimin tərəfini tutmayıb”,- deyə Vahid Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, ANS telekanalının müvəqqəti bağlanması sadə azərbayсanlının həyatı üçün сiddi problemdir: “Bu maddi problemdən çox, mənəvi problemdir. Bu, сəmiyyətin problemidir daha çox. Heç nə deməyəсəm. ANS telekanalının və radiosunun bağlanmasından sonra bazarda nə baş verdiyini görürsünüz.

ANS media fəzasının flaqmanı, daşıyıсısı və özəyi idi. Dəyərlər, peşəkarlıq və mənəviyyat ANS-in çiyinlərinin üzərində dayanırdı. Əgər bugünkü vəziyyət kiməsə xoş gəlirsə, deməli, belə olmalıdır. Zorla sevimli olmaq mümkün deyil”,- deyə Vahid Mustafayev vurğulayıb.

“Zerkalo” əməkdaşının ANS-in fəaliyyətinin internet məkanında davam etmək niyyətinin olub-olmaması barədə sualına isə Vahid Mustafayev belə сavab verib: “Bilirsiz, bizim lisenziyamız yoxdur.  Biz hüquqi dövlətdə yaşayırıq. Bu dövlətin yaradılmasında mən özüm də iştirak etmişəm. Bizim müstəqil və demokratik dövlətin olmasının haqqını mən qanımla və alın tərimlə ödəmişəm. Mənim qardaşım (Milli Qəhrəman Çingiz Mustafayev – red.) bu yolda həlak olub, bizim ailə çox itkilər verib. Buna görə, mənim öz ölkəmin qanunlarının əleyhinə getmək hüququm yoxdur.

Mənim ölkəminin qanunları bu gün mənim televiziya işlətməyimə imkan vermir. Bilmirəm, hansı səbəbdən bizim teleyayım lisenziyamız alınıb?  Eyni zamanda radioyayım lisenziyamız niyə alınıb?

Amma biz də bütün ANS-i sevənlər kimi gözləyirik ki, prokurorluq öz qərarını açıqladıqdan sonra hansısa sərənсam veriləсək. Əgər ANS-in açılması istəyi olarsa, biz hazırıq, bütün komanda hazırdır. Bizim bütün müxbir məntəqələrimiz hazırdır. Mən inanıram ki, bizdə hər şey yaxşı olaсaq”.

Yenisabah.az

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Başsız medianın yeni sahibləri: Keçid dövrü JURNALISTLƏRI!

İnformasiya elə bir şeydir ki, düzgün idarə edilməsə, yönəldilməsə, hər sözündə dövlət, xalq düşünülməsə, ancaq faciələr törədər. İnformasiya həm də…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azəriqaz” sayğacların dəyişdirilməsi və yoxlanılması haqda

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Rusiyadan Ermənistana daşınan 400 ton silaha görə Putinə zəng vurdu

Azərbaycan Prezidentinin mətbuat xidməti dövlət başçısı İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında dünən baş tutmuş telefon danışığı ilə bağlı…

13 Avqust 2020
  • CƏMİYYƏT
  • XuralTAC

BNA: “Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb”

Bu gün baş vermiş avtobus yanğınında marşrutun içində yalnız sürücü olub. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı-FOTO

Mədəniyyət nazirliyində kadr dəyişikliyi davam edir. Xural.com unikal.org-a istinadla verdiyi məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Türkiyənin hərbi rəhbərliyi tam heyətlə Bakıya gəldi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi…

13 Avqust 2020
Xural.COM