“Vahid namizəd olmağımla bağlı təklif verməmişəm”

isa19.06.2013

Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından olan Müsavat başqanı İsa Qəmbər iyunun 19-da “Media forum” saytına açıqlama verib.

İsa Qəmbər deyib ki, Demokratik Qüvvələrin Milli Şurasının 2 illik keçid dövrü üçün vahid namizədi olmaq fikri yoxdur: “Mən prezidentliyə vahid namizəd olmağımla bağlı təklif verməmişəm. Demokratik Qüvvələrin Milli Şurası partiya üzvü olmayan ziyalılarımızdan birinin 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası əsasında yaranıb. Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyovdur. Hazırda bu məsələ müzakirə mərhələsindədir.

Təsis bəyannaməsində 2 illik keçid dövrü hökuməti ilə bağlı kifayət qədər ciddi müddəalar var. Eyni zamanda bu, bir bəyannamədir. İndiki mərhələdə ciddi sənədə ehtiyac var, bu sənədin layihəsi hazırlanmalıdır. İyunun 18-də Eldar Namazov və Əli Kərimli ilə işçi görüşümüzdə digər məsələlərlə yanaşı bu istiqamətdə də fikir mübadiləsi olub”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button