Vaqif Abdullayevin tender «Samuray»ları

vaqif abdullayev

İcra başçısı tenderləri öz şirkətlərinə verdirir.

Yazının başlığını oxuyanda elə zənn etməyin ki, Beyləqanın icra başçısı Vaqif Abdullayev Yaponiyadan Samuray ordusu gətirib. Əksinə, yaşlı icra başçısı Yaponiyanı tanısa da, Samuraylar haqqında oxusa da, onun «Samuray»ları tamam başqadır. Elə yaponlardan da çox fərasətlidir.

Demokratiya.info xəbər verir ki, Vaqif Abdullayevin «Samuray»ları yapon samuraylardan fərqli olaraq, pul silmək üçün lazımdır. Elə icra başçısı da onların adına uyğun şirkətlər quraraq, rayonda keçirilən tenderləri özününküləşdirməyə nail olur.

Məsələn, Beyləqan rayon İcra Hakimiyyəti inzibati binada cari təmir işlərinin satın alınması işlərini həmin «samuray»lardan birinə həvalə edib. «İnşaatçı-2» adlanan bu şirkətə həmin məqsədlər üçün 6297,2 manat pul ayrılıb. Bir digər «samuray» isə «Cavid ES» MMC-dir ki, onlara da 54400 manat pul ayrılıb. Məqsəd, MİS-in balansında binaların təmiri işlərinin satın alınması olub.

Amma Vaqif Abdullayevin bir «samuray»ı da var ki, onun da əsl adı elə «Samuray-7»dir. Bu şirkətin əliylə icra başçısı Beyləqanda bir sıra işlər görüb. Onlardan biri də Beyləqan Rayon Kommunal Müəssisələri Kombinatına nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınmasını həyata keçirib və 18 min manata sahib olub.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button