Vaqif Mustafayevə qarşı ciddi ittihamlar səsləndi – Yenilənib

Vaqif_Mustafayev“Space” telekanalında görünməmiş hadisə

Telekanalın təxminən 20 nəfər əməkdaşı istefa ərizələrini Vaqif Mustafayevin stolunun üzərinə qoydular.

“Space” TV-nin əməkdaşlarının bu addımını daxili etiraz aksiyası kimi də dəyərləndirmək olar. Əməkdaşların sözlərinə görə “Space” kanalı Azərbaycanda fəaliyyət göstərən digər kanallardan əməkdaşlara ən az məvacib verən kanaldır.

Dəfələrlə əməkdaşların məvaciblərin qaldırılması və vaxtlı-vaxtında ödənilməsilə bağlı telekanal rəhbərliyinə etdikləri müraciət nəticəsiz qalıb: “Vaqif Mustafayevlə hər dəfə tək-tək görüşməli olurduq. Hər dəfə də hamıya eyni sözü deyirdi. Bir az səbr edin hər şey yaxşı olacaq. Artıq 5 ildir səbr edirik. Deyirdilər ki, prezident seçkiləri ərəfəsində məvaciblərimiz qaldırılacaq. Olmadı. Bu azmış kimi bizə verdiyi maaşı da aylarla yubadır. Hamının ailəsi var. Bu rəzalətə nə vaxtadək dözmək olar? Özü kifayət qədər kanalı sağır. Özünün Kəmalə Xəlilova adlı bir əməkdaşı var. Burada at çapır. İlyarım bundan əvvəl kanala gəlib. Gələn kimi ona min manatdan artıq məvacib verməyə başladı. Sonra bir də gördük ki, kanalın balansı hecabına buna sürücü və maşın da ayırıb. Sürücüsü burada çalışan peşəkarların çoxundan çox qazanır. Hələ o da qulağımıza çatıb ki, Vaqif Mustafayev bu xanıma “Space”nin pulu ilə ev də alıb. Kəmalə Xəlilovanın verilişinin çəkilişi zamanı kanalda həyat donur. Bütün kameraları onun verilıişini çəkmək üçün yönləndirirlər. K.Xəlilovaya o qədər səlahiyyət verib ki, ağsaqqal, qarasaqqal bilmir, kimi gəldi ağır, tərbiyəyə sığmayan təhqirlərə məruz qoyur. Bu da azmış kimi işdən çıxartdırır. Bütün kanal Kəmalə Xəlilovaya işləyir. Bu statusu hansı kriteriyalarına görə ona veriblər? Daha yorulmuşuq. Kanala rəhbər təyin olunandan vüsalələrin, kəmalələrin əlində qalmışıq. Buna pul qoyur, ona pul qoyur. Kanalın peşəkar kollektivi var. Bütün kollektiv də gözünü Vaqif Mustafayevin mərhəmətinə dikib. O da nə Allahı tanıyır, nə də bəndəni. İşdə özünə mühafizəçi saxlayır. Guya kimsə buna nəsə eləyəcək. Amma kameradan tutmuş ştativinə qədər zay vəziyyətdədir, ələ almaq mümkün deyil. Hamısı Eldar Namazovun vaxtında alınan texniki avadanlıqlardır. Rejissor pultu, montaj avadanlıqları fasilələrlə işlədilir.  Bütün bunlar bir yana, V.Mustafayev indi də kanalda hamam tikdirir. Bunu bura təyin edəndə yaradıcı insan kimi yerləşdirdilər. Amma görünən odur ki, yaradıcılığı artıq başqa istiqamətə işləyir. İl yarım əvvəl kanala gələndə K.Xəlilovanın üstündə 20 manatlıq paltar var idi, indi var-dövlətin içində üzür. Haradandır onda bu qədər pul. Biz də onun işlədiyindən artıq işləyirik, halal pulumuzu ödəmir. Kəmalə göynən gedən kimi bilirik ki, məvaciblərimizi yenə yubadacaqlar. Gələn günü əməkdaşlara dedi ki, boğazınızda tıx olacam. Oldu da…   Görəsən, onun da balası bir məvacibə möhtac qalsa, özü nə vaxtadək səbr edə bilər?”  Adının açıqlanmasını istəməyən mənbə bu addımı həm də çıxılmaz vəziyyətdə qaldıqları üçün atıldığını deyir. Qeyd edək ki, kanalın tək operatorları deyil, işıqçılar və texniki heyətin rəhbər işçiləri də bu aksiyaya qoşulub.

Məlumatın yayıldığı dəqiqələrdə telekanalın rəhbəri Vaqif Mustafayevin  müavinləri ilə birgə müşavirə keçirdiyi bildirilir: “Kanalda vəziyyət çox gərgindir. Burada elə insanlar çalışırlar ki, onlar kanalın yaradıcılarıdır, kollektivə ailə üzvləri kimi münasibət bəsləyən peşəkar adamlardır. Elə peşəkar jurnalistlərimiz, rejissorlarımız oldu ki, qəsdən onların əməyi düzgün dəyərləndirilmədiyindən kanaldan istefa verdilər. Görünür, bu yolla Vaqif Mustafayev hamının istefasını qəbul etmək və əməkdaşların yerinə də öz yaxınlarını yerləşdirmək niyyətindədir.” deyə mənbəmiz bildirb.

Məqalədə adı çəkilən V.Mustafayev və K.Xəlilovanın da mövqeyini yayımlamağa hazırıq.

XuralTAC

Əlaqəli məqalələr

5 şərh

  1. axir ki achib duzunu demek isteyen adamlar tapildi -haladi!! Goren Sevil de bunlari oxuyur!! Sevil xanim siz bir defe de Spaceye gelib ishchilerle gorushub onlarin problemlerini sorushmadiniz!!! Atam mene bu kanali hediyye edib day ishchileri qul vermeyibler ki Size!!!

  2. Vaqif o adamlardandir ki,əl uzatsan biləyindən yapışar.yer göstərsən ömrü boyu səni ayaq üstə saxlar.Vaqif adlı adam haqqında belə düşünməyə dəymə.
    Mən indi başa düşdüm ki.Polad Bülbüloğlu .müavini ola-ola Vaqifi niyə qapıdan içəri buraxmırdı.Üzünü belə görmək istəmirdi.Allaha şükür Polad bəy sağdır.Qoy o danışsın.

  3. Bunlari oxuyub çox teecüblenirem. Niye her sheyi pis görürsünüz? Men pensioneram ve yeqane baxdigim kanal Space-di! Vaqif Mustafayev “Space” kanalini çox yüksek seviyyeye qaldirib. Verilishleri o birisi kanallarinin verilishlerden ferqlenir. Buna göre ve gözel filmlerine göre Vaqif Mustafayeva çox minnetdaram!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button