Vaşadze seçkiləri uduzdu, Saakaşvili xalqı küçələrə çağırdı

Gürcüstanda prezident seçkilərinin bu gün keçirilən ikinci tutunda hakim “Gürcü arzusu” koalisiyasının namizədi Salome Zurabişvilinin qalib elan edilməsinin ardınca keçmiş prezident Mixail Saakaşvili Avropadan öz tərəfdarlarına müraciət edib.

Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvili videomüraciətində əhalini küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə səsləyib. O, “Gürcü arzusu”nun lideri Bdzina İvanişvilini “çirkin oliqarx” adlandırıb. Bildirib ki, İvanişvili qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb.

Saakaşvilinin sözlərinə görə, hakimiyyət seçkiləri oğru dünyasının dəstəyi ilə keçirib. Və bu seçkilərin demokratiyaya və xalqın öz iradəsini nümayiş etdirməsinə dəxli yoxdur.

“Bu gündən etibarən İvanişvili Gürcüstanın legitim hökmdarı deyil. Mən bu seçkiləri tanımıram və gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm” – o bildirib.

Mixail Saakaşvili qeyd edib ki, seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq müxalifət küçələrə çıxacaq və kütləvi itaətsizlik nümayiş etdirəcək. “Mən Gürcüstan polisini xalqın tərəfində dayanmağa çağırıram, silahlı qüvvələri qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə səsləyirəm. Dövlət aparatının sağlam qismi Gürcüstanda hökmranlıq edən kriminal, mafioz bandadan məsafə saxlamalıdır”- o bildirib.

Saakaşvili “istənilən yolla” Gürcüstana qayıdacağını da deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button