Vasif İsmayıl yazır: “Trans yağlar nədir?”

Mətbəxdə istifadə etdiyimiz yağlar bildiyimiz Karbon, Hidrogen və Oksigendən təşkil olunmuş molekullardır. Bu üçündən ən vacib olanı ikisidir: Karbon və Hidrogen.

Karbon yağ turşularının tərkibində 4 ədəd Bağ yarada bilər. Bir Karbon atomu bunlardan birini özündən əvvəlkinə, o birisini isə özündən sonrakı Karbon atomuna bağlanmaq üçün istifadə edir.

Geriyə qalır iki boş bağ.

İndiyənə qədər bütün yağlar üçün ortaq şərtləri saydıq. Bundan sonra yağlar Hidrogen sayına görə 2 yerə ayrılır:

– Boş qalan bağlarının İKİSİNƏ də Hidrogen bağlayanlar DOYMUŞ yağlardır.
– Boş qalan bağlarından BİRİNƏ Hidrogen bağlayanlar isə DOYMAMIŞ yağlardır.

Doymamış yağlar boş qalan sonuncu bağını qonşu Karbon atomu ilə ikiqat bağ yaratmaq üçün istifadə edir.

Doymuş yağlar normal şərtlərdə BƏRK-dirlər. Məsələn, kərə yağı, quyruq yağı.

Doymamış yağlar normal şərtlərdə DURU-durlar. Məsələn, günəbaxan yağı, qarğıdalı yağı, zeytun yağı və s.

Heyvani yağların çoxu doymuş yağdır. Bitki yağlarının çoxu doymamış.

Uzun illər doymuş yağlar daha zərərli qəbul edilirdilər. İndi artıq əvvəlki mütləq fikirlər qalmayıb.

Sənaye üsulu ilə qida hazırlanması vüsət aldığı zaman otaq temperaturunda bərk olan yağların qıtlığı yarandı. Kərə yağı ilə bişirilən peçenyelərin, tortların, piroqların, eləcə də kərə yağında qızardılan hamburger, toyuq qanadının qiyməti bahalı olacaqdı. Peçenyeni duru yağ ilə bişirə bilməzdi axı. Bunlar üçün mütləq otaq temperaturunda bərk olan yağ istifadə etmək lazımdır.

Sənaye başqa yol tapdı.

Doymamış yağlarda əksik olan nədir?

Hidrogen.

Tutdular adi günəbaxan yağına Hidrogen qazını yüksək təzyiqlə vurmağa (vulkanizasiya) başladılar.

Oppppa.

Hidrogen Karbona yapışaraq duru yağı bərk yağa çevirdi. Yəni, marqarinə.

Amma bir dərd ortaya çıxdı.

Hidrogeni yüksək təzyiqlə vuranda Karbon atomuna Hidrogen eyni sıra ilə deyil, bəzən tərs istiqamətdə yapışmağa başladı.

Buna kimyada Trans deyirlər. Yəni tərsinə çevrilmiş.

Doğrudur, yazıq inək də süd ifraz edəndə onun içində 5% trans yağ əmələ gəlir. Amma marqarində trans yağ faizi dəfələrlə çoxdur.

Trans yağ ziyandır.

Trans yağ infarkt, insult, cinsi zəiflik kimi xəstəliklərə səbəb olur.

Siz hələ də marqarində bişirilmiş peçenyedən, tortdan alın yeyin.

Ehhhhhh.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button