Vasif Talıbov bir qrup səhiyyə əməkdaşını təltif etdi-SİYAHI

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın səhiyyə sahəsindəki səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri fəxri adlarla və “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanları ilə təltif edib.

“Report” xəbər verir ki, Ali Məclis sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Şaxtaxtinski Nizami Ağa oğlu “Əməkdar həkim” fəxri adı ilə; Eyvazova Darçın Ağanəcəf qızı, Vəliyeva Leyla Qulu qızı “Əməkdar tibb işçisi” fəxri adları ilə təltif ediliblər.

Sərəncamla habelə Allahverdiyeva Lalə İsmayıl qızı “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə; Əliyeva Təranə Ədalət qızı, Həsənova Sevda Sabir qızı, İbrahimova Zəminə Əbülfəz qızı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button