Vasif Talıbov Naxçıvana yeni DTX rəisi təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 8-də Nurlan Pənahovun Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.

Virtualaz.org “Nuhçıxan” agentliyinə istinadən xəbər verir ki, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button