Vasif Talıbovun oğlu bazara 1 manatlıq siqaret çıxardı – FOTO

Siqaretin bahalaşmasından sonra Azərbaycanın mağazalarında yeni siqaretlər peyda olub.
“Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər 1 manata satılır.
Xural.com-un luxlife.az-a istinadən verdiyi xəbərə görə, bu siqaretlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbova məxsus olan “Cahan Holding” şirkəti tərəfindən istehsal olunur. “Cahan Tobbaco” hondingin qollarından biridir.
Şirkətin rəsmi saytında bildirilir ki, bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button