Vasif Talıbovun oğlu Heydər Əliyevin nadir fotosunu yaydı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Heydər Əliyevin nadir fotosunu paylaşıb.


Xural.com xəbər verir ki, R.Talıbov İnstaqram hesabında sözügedən fotonu paylaşaraq onun 1991-ci ildə çəkildiyini qeyd edib və altından yazıb: “1991-ci il. Burada niyə gülürdüm, xatırlamıram. Qəlbimdə, ağlımda yaşayan şəxsiyyət”. Qeyd edək ki, Rza Talıbovun Heydər Əliyevlə bir neçə bu cür tarixi foto paylaşdığı məlumdur. 1991-ci ildə Heydər Əliyev Naxçıvanda Vasif Talıbovun evində qalırdı və ona qulluğu Vasif Talıbov edirdi. Bu baxımdan, Vasif Talıbovun oğlanlarının ilk müəllimi Heydər Əliyev hesab oluna bilər. Bu tarixi fotonun bu günlərdə gündəmə gətirilməsi və Vasif Talıbovun oğlunun tərəfindən yayılması bəzi dairələrə mesaj xarakterlidirmi, o haqda da düşünmək olar. Çünki günümüzün mürəkkəb siyasi dolambaclarında hər hərəkətin öz mənası var. Bu hərəkət də mənasız ola bilməz. Ələlxüsus da Azərbaycanın siyasi zirvəsində bu qədər təlatümlərin yaşandığı zamanlarda…

Kim, kimə, niyə, nə mesajı verir?!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button