Vasif Talıbovun övladlarının inanılmaz sərvəti – Xaricdəki bahalı mülklər… – FOTO

Son vaxtlar Naxçıvan Muxtar Respublikasında aparılan yoxlamalar ciddi korrupsiya, mənimsəmə və vergidən yayınma hallarını üzə çıxarıb. 30 ilə yaxındır, Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun övladları və yaxınları inanılmaz sərvətə sahib olub.

Hazırda muxtar respublikada fəaliyyət göstərən iri şirkətlərin hamısı Vasif Talıbovun övladlarına və qohumlarına məxsusdur.

Talıbovlar ailəsi təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bahalı mülklər alıb.

TNS xəbər verir ki, tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovların xaricdəki əmlakları barədə məlumat yayıb.

“Buyurun, tanış olun, Azərbaycan vətəndaşının boğazından kəsilərək Naxçıvana verilən dotasiyaların haralara sərf olunduğunu görün”, – Heydər Oğuz yazıb.

Talıbovların xaricdəki əmlaklarının bir hissəsinin fotolarını təqdim edirik.

  1. Talıbov qardaşlarının hər biri Burj Lake Hotelin də yerləşən 63 mərtəbəli lüks qüllə olan Adress Downtown-da dörd otaqlı mənzilə sahibdir. Bina Dubay Mall –a baxır. Talıbovların ailə dostu və iş ortağı Vüqar Abbasovun da həmin binada iki otaqlı mənzili var.
  2. Seymur Talıbovun Dubayın opera rayonunda yerləşən Address Residences Dubai Opera binasının birinci qülləsinin 21-ci mərtəbəsində, deyeri 620 min dollar olan üç otaqlı mənzili var.
  3. Seymur Talıbovun deyeri 1. 4 milyon dollar olan daha iki 2 otaqlı mənzili Ərəb körfəzinə baxan Marina Gate qüllələrindən birində 42 və 48-ci mərtəbələrdə yerləşir.
  4. Rza Talıbova məxsus, dəyəri 1.5 milyon dollar olan, dünyaca məşhur Burj Khalifa yaxınlığında, 22 mərtəbəli Boulevard Central Tower 2-də penthaus mənzil.
  5. Rza Talıbova məxsus, dəyəri 550 min dollar olan bu dörd otaqlı villa Jumeirah adalarında, Dubayın mərkəzində onlarla süni adada lüks villaların, malikanələrin və şəhərciklərin yaninda yerlesir. Talıbovların Dubaydakı mülkləri arasında bu, satıldığı məlum olan yeganə mülkdür.
  6. Rza Talıbova məxsus, dəyəri 570 min dollar olan Standpoint Tower A-da yerlesen, idman zalı və hovuzu olan 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil.
  7. Seymur Talıbov 2018-ci ildə açılmış çoxmərtəbəli otel olan Class Hotel Apartments-ın sahibidir. O, Dubayın dominant ticarət arteriyası, Shaikh Zayed Road yaxınlığında yerləşir.
  8. Rza Talıbova məxsus, dəyəri 2.3 milyon dollar olan Burj Khalifa-dan çox uzaqda, damında hovuzu olan 70 mərtəbəli göydələn olan Opera Grand-ın 35-ci mərtəbəsində üç otaqlı mənzil.

316417533_5671851269567955_1672065870607488815_n

316833977_5671851112901304_2999481160650884867_n

316965799_5671851116234637_5646776238765163917_n

317078965_5671851409567941_2625012194253654498_n

317090442_5671851419567940_7645183687499968083_n

317247875_5671851262901289_4573651177607124048_n

317254877_5671851119567970_2590760489715517796_n

317325339_5671851296234619_3877482541302969650_n

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button