“VEDI-E” MMC tikinti şirkəti direktorunun məhkəməsi keçirilib

mehkeme3

Martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Xural.com report.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər – Anar Səmədov, Mehman Quliyev və Coşqun Əlizadə ifadə verib.

“Makler” çalışan M.Quliyev ifadəsində Q.Rəhimovla torpaqla mənzili dəyişdirdiyini bildirib.

Məhkəmə martın 16-na təyin edilib.

Qeyd edək ki, İttihama görə, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilməyib. Ondan heç yerə getməməklə haqda iltizam alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button