Venesuelada Uqo Çavesin heykəlini yıxdılar

Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar.

Bu barədə “Nacional” qəzeti yazıb. Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.

Aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib

Qeyd edək ki, Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb, 1000-ə yaxın insan xəsarət alıb.

APA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button