Vergilər nazirliyində “qadın” inqilabı!..

“XuralTAC”a verilən məlumata əsasən, Vergilər Nazirliyi ştatda və ştatdankənar çalışan kişi vergi müfəttişlərini bütövlükdə qadın müfəttişlərlə əvəz etməyə başlayıb. Bu mexanizmin işə salınmasının səbəbi, kişi əməkdaşların vergi topladıqları obyektlərdə rüşvət almaq məqsədilə obyekt rəhbərləri ilə “bazarlama” aparmaları olub. Xatırladaq ki, Nazirliyin müfəttişləri yerlərdə olarkən, obyekt sahiblərindən, özlərinin təyin etdikləri “taksa”ları aldıqdan sonra, onlara bəzi “güzəştlər” edirmişlər. İlk növbədə obyektin şəkli çəkilərkən, onun az bir qismi göstərilir və bununla da nəzərdə tutulan məbləğdən şox az hissəsi Nazırliyin büdcəsinə keçirilirmiş. Məlumata görə, müfəttişlərin yerlərdə apardıqları bu cür “bazarlama” Nazirliyin bir nömrəli probleminə çevrildiyindən, onun həll olunması üçün uzun müddətdir ki, yollar axtarılırmış. Nazirlik öz qadın müfəttişlərini tam şəkildə bu işə cəlb etməklə kişi vergiödəyicilərlə aparılan “bazarlamalar”ın qarşısını almaq, əməkdaşlar tərəfindən onlardan artıq qoparılan pulları büdcəyə əlavə etmək niyyətindədir.

Xatırladaq ki, Vergilər Nazirliyinin əsasnaməsinə zidd olaraq, vergi müfəttişləri istədikləri vaxt obyektlərdə olur, obyekt sahiblərini onların tələb etdikləri məbləği ödəməyə məcbur edirdilər ki, bu da sahibkarların haqlı narazılıqları ilə qarşılanırdı. Nazirliyin qadın əməkdaşlarının obyektlərdə daha obyektiv olacaqları məsələsinə gəlincə, bunu gözləməyə dəyməz. Çünki artıq vergi “taksa”larının ən azı 3 dəfə artdığı haqda xəbərlər yayılır. Qadın müfəttişlərlə ümumı dil tapmağa müvəffəq olmayan sahıbkarlar sonunda Nazirlik əməkdaşlarının tələb etdikləri məbləği ödəmək məcburiyyəti ilə üz-üzə qalırlar.

Qeyd:

Bir müddət əvvəl eyni praktika ANS Şirkətlər Qrupu tərəfindən tətbiq edilmişdi. Kişi əməkdaşların bölgə müxbirlərinin bölgələrdə çox asanlıqla rüşvət qəbul edəcəklərini ehtimal edərək, ANS rəhbərliyi bölgə müxbirlərini əsasən qadın jurnalistlərdən təşkil etmişdi. Bu yolla şirkət çəkiliş aparılan zaman qadın əməkdaşlarla “ümumi dil tapmağ”ın yollarını məhdudlaşdırmışdı. Maraqlıdır ki, indiyə qədər də ANS-in bölgə müxbirlərinin əksəriyyəti qadınlardan ibarətdir…

Görünür, məhz qadınları ən məsuliyyətli işlərə cəlb etməklə rüşvətin qarşısını almağın ən optimal variantı tapılıb. Azərbaycanda bu keçərli olacaqmı, qadınlar rüşvətin və əliəyriliyin qarşısını alacaqlarmı, o artıq ayrı bir söhbətin mövzusudur…

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button