Vergilər naziri Baş İdarə rəisini dəyişdirdi

Vergiler Nazirliyi

Vergilər Nazirliyində növbəti struktur dəyişikliyi aparılıb.

Nazirliyin Beynəlxalq Münasibətlər və Maliyyə institutlarında Vergi Monitorinqi Baş İdarəsinin rəisi vəzifəsinə vergi xidməti müşaviri Musayev Orxan Azad oğlu gətirilib. Bu vəzifədə Vergilər nazirinin müşaviri Ələkbər Comərd oğlu Məmmədov çalışırdı.

Həmçinin, Vergilər Nazirliyinin struktur vahidlərində də dəyişiklik edilib və nazirliyin struktur vahidlərinə İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı İdarəsi və Vergi Auditi və Operativ Nəzarət İdarəsi də daxil edilib.

Bundan əlavə, Vergilər Nazirliyinin strukturunda yeni Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsi yaradılıb ki, onun da rəisi Baş Vergi Xidməti müşaviri Vəliyev İlkin Etibar oğlu təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button