Vergilər Nazirliyi “Nurgün motors”u cərimələyib, “Rəvansığorta”nı yoxlayır

nurgun motors

3 ildir xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilini “Rəvan Sığorta” ASC-nin törəməsi olduğu “Nurgün Motors” MMC-də 10 min manatlıq saxta defekt aktı tərtib edib məhkəmə ilə şantaj etməsinin nədəni axır ki bəlli oldu. Heç demə, polisin, prokurorluğun, Maliyyə Nazirliyinin etmədiyini, daha doğrusu, etmək istəmədiyini Vergilər Nazirliyi (VN) edərək, əlilin müraciəti əsasında 10 ay bundan qabaq – 13.04.2015-ci ildə yoxlama təyin edib və müraciətdə göstərilən faktların doğruluğunu indi təsdiq edib. Saxta defekt aktı ilə Qarabağ əlilinin həyatı, sağlamlığı hesabına qazanc əldə etmək istəyən şirkətlər VN-in yoxlama aktı ilə cəriməyə uğradıqlarından əlilə aid olmayan maşına görə aid olmayan məhkəmədə (Sabunçu rayon məhkəməsi) şantaj və təzyiq yolunu seçiblər. Nə yaxşı, “AZADLIQ” qəzeti var(mış)! Yoxsa, məhkəmənin də qanunsuz, rüşvətin adından çıxarılan gizlin qərarı ilə əlil borclu ediləcəkdi. Nə yaxşı, VN yanında Bakı Vergilər Departamenti Qarabağ əlili Xaliq Abbaszadənin müraciətinə baxaraq sözügedən şirkətlərdə yoxlama keçirilməsi barədə qərar qəbul edib:

“YOXLAMANIN NƏTİCƏSİ

03.02.2016 TARİXLİ AKTLA RƏSMİLƏŞDİRİLMİŞ VƏ VERGİ ÖDƏYİCİSİNİN MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİ HAQQINDA QƏRAR QƏBUL EDİLMİŞDİR. YOXLAMA ZAMANI MÜRACİƏTDƏ GÖSTƏRİLƏN HALLAR YOXLAMANIN ARAŞDIRMA PREDMETİ OLMUŞ, CƏMİYYƏT BARƏSİNDƏ QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULMUŞ TƏDBİRLƏR GÖRÜLMÜŞDÜR.”

VN-dən 08.02.2016 tarixində göndərilən bu məktubda əlavə olaraq bildirilib ki, müraciətdə  qeyd olunan məsələlər “Rəvan Sığorta” ASC-də hazırda aparılan vergi yoxlamasının predmetidir.

Fikrimizcə, VN-in bu qərarı prokurorluğun cinayət işi başlamasına əsasdır. Amma və nə yazıq, Suraxanı prokuoru Rəhim Əliyev əlilin çoxsaylı müraciətlərinə indiyədək baxmadığı kimi, bu müraciətini də özündən uzaqlaşdıraraq Xətai prokuroruna ünvanlayıb. Onu da vurğulayaq ki, Sabunçu məhkəməsi Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının işə girişməsi sonucunda saxta iddianı və əlilin qarşılıqlı iddiasını …10 aydan sonra (??) Suraxanı məhkəməsinə göndərib. Halbuki MPM-in 153-cü maddəsinə görə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən elə 10 ay qabaq imtina etməli idi. Yəqin Suraxanı məhkəməsi qanunu və məcəlləni bu yol düzgün tətbiq etməyə məcbur olacaq. Axı, ortada VN-in “daşdan keçən”  qərarı var!

…Qarabağ əlili isə hələ də Mərdəkandakı “Veteranlar qospitalı”nda “Nurgün” və “Rəvan”ın sağlamlığına vurduğu ziyanla çarpışmadadır…

Məğrur Bədəlsoy

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button