Vicdan məhbusları Eynulla Fətullayevlə görüşdən imtina etdilər

Vicdan məhbusları Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və müavini Əhəd Məmmədli hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşdən imtina edib. Bu barədə  T. Abbaslının anası Başxanım Abbaslı məlumat verib. B. Abbaslının sözlərinə görə, dünən 14 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşüb: “Turalın vəziyyəti normaldır. Görüşdə olarkən məlum oldu ki, Eynulla Fətullayev cəzaçəkmə müəssisəsində olub. Eynulla Fətullayev Tural və Əhədlə görüşmək istəyib. Lakin onlar görüşdən imtina ediblər”.

Qeyd edək ki, yanvarın 13-də E. Fətullayev 14 saylı Cəzaçəkmə Müəsisəsində olub. E. Fətullayev yaydığı məlumatda vicdan məhbusları, AXCP sədrinin müşaviri Sahib Kərimli, Şahin Həsənli, Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə görüşdüyünü açıqlayıb. Lakin eyni müəssisədə olan T. Abbaslı və Ə. Məmmədli ilə görüşməməsinin səbəblərini acıqlamayıb.

Xatırladaq ki, hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da E. Fətullayevlə görüşdən imtina etmişdi.

Əfqan

14.01.2012

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button