Vicdan məhbusları təxribatla üz-üzədir

20.02.2012

 16 saylı cəzaçəkmə müəssisəsindən həyacanlı xəbər var

16 saylı cəzaçəkmə müəssisəində saxlanılan vicdan məhbusları Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazov mediaya növbəti müraciət yollayıblar.

Xatırladaq ki, onların keçən həftə ilk müraciəti olmuşdu, həmin müraciətdə 16 saylı cəzaçəkmə müəssisəində dözülməz vəziyyətə toxunaraq hüquq müdafiəçilərini orda monitoriqn aparmağa çağırmışdılar. Onların bu istəyinə cavab olaraq hüquq müdafiəçisi Eynulla Fətullayevin 16-saylı kalona getdi sadalanan faktların bir çoxunu təsdiq etdi.
Bu gün göndərilən müraciətdə göstərilir ki, onların ötən həftə atdıqları addım müəssisə rəhbərliyinin dustaqlara qarşı daha sərt münasibətinə səbəb olub.

“ Müraciət etdiyimizə görə rəhbərlik bizə qarşı açıq şəkildə təxribat hazırlayır.Müraciət Kütləvi İnformasiya Vasitələrində yayıldıqdan bir neçə saat sonra əməliyyat şöbəsinin rəisi Ələddin Baxışovun başçılığı ilə Məhəmməd Məcidliyə qarşı xüsusi təxribat hazırlandı. Belə ki dustaqlardan dəfələrlə oğurluq etdiyinə görə dekabrdan karantində saxlanılan Həşimov Tahir adlı birisi Ələddin Baxışovun göstərişi ilə 10-15 dəqiqəliyə karantindən buraxılmış, o isə öz növbəsində müəssisənin məscidində “Quran” oxuyan Məhəmməd bəyi bayıra çıxarmış , ona “sən niyə mənim Heydərim, İlhamım haqqında danışmısan?” deyə sualla müraciət etmişdir. Məhəmməd bəy isə onu tanımadığını , ümumiyyətlə , birinici dəfə gördüyünü və deyilənlərin onun özünə aid olan hissənin şər-böhtan olduğunu bildirmişdir. Bu zaman dustaqların arasına çıxa bilməyən, rəhbərliyin ən çırkin işlərini belə canla-başla yerinə yetirən Tahir yüksək tonla danışmağa başlamış və yaxınlıqda olan nəzarətçilər ssenariyə uyğun olaraq, məsələni aydınlaşdırmaq üçün inzibati binaya getməyin zəruri olduğunu bildiriblər. Müəssisənin rəisi Məhəmməd Mahmudov məsələni araşdırmadan heç bir dindirmə aparmadan özlərinin “paykavoy”u ilə bərabər Məhəmməd bəyə də töhmət verib. Məhəmməd bəy məsələnin araşdırılması və müvafiq tədbir görülməsi ilə bağlı müəssisə rəisinə ərizə ilə müraciət etsə də , bu ərizə vaxtında qəbul edilməyib.
Hazırda rəhbərlik dustaqlar arasında bizə qarşı təxribat hazırlayır, rejim qaydalarını və dustaqlara qarşı münasibətlərin sərtləşməsinin səbəbkarı kimi müraciət müəllifləri kimi bizim olduğumuz barədə söhbətlər yayır. Dustaq yoldaşlarımızın mütləq əksəriyyəti ilə səmimi münasibətlərimiz var. Amma müəssisə rəhbərliyi hər hansı yolla olursa olsun , bizimlə dustaqlar arasında problem yaratmağa çalışır.

Biz Azərbaycan hakimiyyətindən, Pentensiar xidmətin rəhbərliyindən təhlükəsizliyimizə təminat tələb edirik”.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button