Vidadi Zeynalov Akif Əsgərovdan 350 min manatı niyə alıb?

vidadi zeynalovAzad Mürsəliyev

Dördüncü yazı

“Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər”

Bölgələrdə icra strukturlarının yarıtmaz fəaliyyəti sakinlərin vəziyyətini bərbad hala salıb. İnsanlar icra başçılarının fəaliyyətindən çox narazıdırlar. Söhbət Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdan gedir. Əgər bir sıra tanınmış mətbuat orqanlarında gedən palaz-palaz yazılara inansaq, Ceyhun Cəfərov icra başçısı vəzifəsinə gələn gündən kürdəmirlilərin qara günləri başlayıb. Araşdırma prosesində bir təkzibolunmaz məqamın şahidi olduq ki, dəfələrlə mətbuata Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun vəzifədən azad olunacağına dair informasiya daxil olub, hətta sonuncuya bir neçə dəfə xəbərdarlıq da olunub. Araşdırmadan görünən budur ki, Ceyhun Cəfərov istər Yasamal Rayon İcra Hakiminin müvini vəzifəsində çalışanda, istər Tərtərə, istərsə də Kürdəmirə rəhbərlik etdiyi dövrlərdə həmişə yarıtmaz fəaliyyəti ilə “fərqlənib.“ O, işlədiyi bütün rayonlarda vətəndaşları narazı salaraq, onlarda özünə qarşı dərin inamsızlıq yaradıb. Rayonda sahibkarların qəniminə çevrilən başçı dövlət hesabına təmir olunası yolları və digər tikinti işlərini sahibkarların boynuna qoyur. Ən xırda ticarətlə məşğul olan sahibkarlardan belə aylıq “haqq alınır”. İcra başçısının yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə ölkə rəhbərliyinə şikayət olunduğunu deyən mənbə bildirir ki, Hesabalama Palatasının apardığı son yoxlamalar rayonda ciddi yeyintilərin olması faktını ortaya çıxarıb: “Bundan sonra məsələ ən yüksək səviyyədə müzakirə olunub və bəziləri tutduqları vəzifədən azad olunublar. Hətta ayrı-ayrı vaxtlarda həm Tərtərdə, həm də Kürdəmirdə çalışdığı dövrlərdə onun özünün işdən qovulacağı ilə bağlı şayiələr yayılmaqda olub. O, hökumətdə təmsil olunan və dostluq münasibətində olduğu şəxslər vasitəsi ilə bu qalmaqallardan canını qurtara bilib, lakin bu gün əldə edilən məlumatlara əsasən bəziləri artıq onu müdafiə etməkdən imtina edirlər. Özü də bu dəfə Ceyhun Cəfərovun digər rayona başçı göndərilməyəcəyi, ümumiyyətlə “vurulacağı” gözlənilir.
Ənənəyə sadiq qalaraq araşdırmamızın dördüncü hissəsini də Ceyhun Cəfərovun yüksək vəzifələrə təyin olunmasında, müdafiə olunmasında xüsusi rolu olan Rabitə və Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovla bağlı başlayırıq. Mövzunu bu istiqamətdə inkişaf etdirməyə bizi vadar edən ciddi məqamlar var. Belə ki, Ceyhun Cəfərov bəzi yüksək vəzifəli qohumlarına güvəndiyindən vəzifəsindən sui-istifadə edərək sakinlərin başına oyun gətirir. Eyni zamanda Ceyhun Cəfərova yaxınlıqları ilə seçilən şəxslərin özlərinin barəsində mətbuatda bir sıra məlumatlar dərc edilmişdir.
Misal üçün apardığımız araşdırma zamanı məlum olmuşdur ki, Vidadi Zeynalov Akif Əsgərov adlı şəxsi «Aztelekom»un başına gətirmək üçün çalışıb. Belə ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəhbəri Akif Əsgərovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov arasında qalmaqal baş verib. Verilən məlumata görə, qalmaqala səbəb qovşaq rəisinin «Aztelekom»a rəhbəri gətirilməsi üçün nəzərdə tutulmuş planın həyata keçməməsi olub. Məlumatda deyilir ki, hələ bir il əvvəl Akif Əsgərova vəd verilib ki, tezliklə onu «Aztelekom»a rəhbər gətirəcəklər. Bu işi həyata keçirən isə apartın rəhbəri Vidadi Zeynalov olmalıymış. Sumqayıt Telekommunikasiya Qovşağının rəisi ilə yaxın münasibətləri olan, habelə onu qoruyan Zeynalovun bunun müqabilində qarşı tərəfdən külli miqdarda pul aldığı da güman olunur. Hətta bununla bağlı konkret rəqəmdən də bəhs olunur. Belə ki, Zeynalov bu işi 350 min manata yoluna qoyacaqmış.
Deyilənlərə görə, nazirliyin aparat rəhbəri verdiyi sözün üzərində durmayıb və bu da narazılığa səbəb olub. İddia edilir ki, Akif Əsgərov Vidadi Zeynalovdan ya vəzifə başına keçirilməsini, ya da pullarının geri qaytarılmasını tələb edir. Əks təqdirdə, məsələni mətbuata çıxaracağını deyib. Mətbuatda əksini tapan məlumatda vurğulanır ki, məsələni belə görən Vidadi Zeynalov isə Akif Əsgərovu işdən çıxarmaq üçün artıq nazirliyin rəhbərliyi ilə danışıb, razılıq əldə edibmiş. Deyilənlərə görə, Sumqayıt Telekommunikasiya Qovşaq rəisinin həmin vaxtlarda işdən çıxarılması məsələsi gündəmdə olub.
Gördüyünüz kimi, bəzi jurnalistlərin məlum olmayan səbəblərdən mətbuat səhifələrində istər Ceyhun Cəfərov, istərsə də onun himayədarları barəsində “şahnamə” yazılar dərc etmələri heç bir əsasa söykənmir.
Son zamanlar beynəlxalq tolerantlıqla bağlı respublikamızda keçirilən tədbirlərdə dəfələrlə vurğulanmışdır ki, Azərbaycana qibtə edənlər öz emissarlarını bura göndərərək bütün gücləri ilə Azərbaycanda təxribat yaratmağa can atırlar. İslama yad dini cərəyanlar tərəfindən təqdim olunan dözümsüzlük, vətəndaş qarşıdurmasına çağırışlar və cəmiyyəti içərisindən parçalamaq səyləri – zorakılıqdır və terrora bəraət qazandırmaq məqsədi güdür. Bunların sırasından olan vəhhabilər və digər qruplar öz fəaliyyətləri ilə islama zərər gətirirlər və islama qarşı hücum və ittihamların artması üçün əsas yaradırlar. Azərbaycan dövləti daima bu kimi hadisələrin qarşısını almaq və onları aradan qaldırmaq gücündə olmalıdır.” Təəssüflər olsun ki, bizim bəzi vətəndaşlarımız, hətta onların arasında yüksək vəzifəli məmurlarımız anlamırlar ki, radikal cərəyanların nümayəndələri islam müdafiəçiləri pərdəsi altında dinimizə, xalqımıza və dövlətimizə münasibətdə düşmən mövqe tuturlar.”
Uzun zaman, xüsusilə də Tərtərin icra başçısı işlədiyi dönəmlərdə Ceyhun Cəfərovun adı vəhhabilərlə yaxın işbirliyində çəkilirdi. Həmin iddialara görə, icra başçısı harda olursa, onlara bütün mümkün şəraiti yaradırmış. Bu imkanlardan istifadə edən vəhhabilər də Tərtərdə artıq bir neçə iri fermer kompleksi yaradaraq, heyvandarlıqla məşğul olurlarmış. Onlara yaradılan bir başqa şərait də odur ki, vəhhabilərə kimsə söz deyə bilməzmiş. Ayrı-ayrı vaxtlarda mətbuatda gedən yazılarda qeyd olunur ki, artıq Kürdəmirdə də C.Cəfərovun vəhhabi ortaqlarının sayı artıb. Onlar rayonda abadlaşdırma adı altında aparılan bəzək-düzək işlərində iştirak edirlər. Yerli sakinlər deyirlər ki, Kürdəmirdə ciddi şəkildə işsizlik problemi olmasına baxmayaraq, yalnız Tərtərdən gələn vəhhabilər işə götürülür. Camaatı narahat edən məqam icra başçısı ilə vəhhabilərin dost olması deyil. Onları narahat edən səbəb vəhhabilərə bu qədər geniş şəraitin yaradılmasıdır. Üstəlik, bu iş adamı dindarların heç birinin kürdəmirli olmamasıdır. Mənbə deyir ki, Ceyhun Cəfərov az bir zaman içində onlara digər şəraitlər yaratmağa da söz verib. Məsələn, artıq rayonun mərkəzindəki bəzi dükan və ticarət məkanlarının həmin vəhhabilərin əlinə keçdiyinə dair məlumatlar var. Həmçinin o da vurğulanır ki, icra başçısı onlara maliyyə yardımları edərək, işlərini böyütmək üçün də imkanlar açır. Qeyd edək ki, vəhhabilər kifayət qədər radikal dini təşkilatların təmsilçiləridir. İndiyə qədər Azərbaycanda onların vasitəsi ilə bir neçə terror aktlarına cəhd olub və bu səbəbdən də təhlükəli dini cərəyan kimi qəbul edilirlər. Belə olan təqdirdə, dövləti təmsil edən icra başçısının onlarla bu qədər yaxın olması qəti başadüşülən deyil.
Azerinews.tv-də keçən məlumata əsasən rayonundakı məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı elə vəziyyət yaradıb ki, vətəndaşlar və yerli məmurlar ondan narazı düşüb. Bununla yanaşı, icra başçısının həyata keçirdiyi «islahat”lar nəticəsində durumu pisləşən Kürdəmir camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri və icra nümayəndələri ilə əlbir olaraq torpaqları mənimsəyir. Mənbə bildirir ki, rayonda vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir. Eyni zamanda rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. Mənbənin sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri öz qohumu olan radikal dini yönümlü şəxsə həvalə edib: «Həmin şəxs rayonda vahabilərə arxa duraraq onları maliyyələşdirir. Ceyhun Cəfərov rayona rəhbər gələndən vəhabi qruplaşmaları həqiqətən də, oyanış əldə ediblər. Bu da ölkədə olan sabitliyə açıq hədə kimi başa düşülməlidir». Məlumatda həmçinin bildirilir ki, bu hal cənab Cəfərovun Tərtər rayonunda rəhbər işlədiyi vaxtda da baş vermişdi.
ceyhun cəfərovDiqqətimizi cəlb edən məlumatlarda o da qeyd olunur ki, Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov sahibkarlara qarşı “səlib yürüşünə” çıxıb. Bu günə qədər müxtəlif iş adamlarına məxsus obyektlərin fəaliyyəti heç bir əsas olmadan icra başçısı tərəfindən sıxışdırılır. Qazılıb dağıdılımış rayonda aylardı görünən işlər bilərəkdən uzadılırmış. Rayonda hərc-mərclik baş alıb gedir. Bir sözlə, Prezdentin sərəncamları və göstərişləri qulaqardına vurulur. Mənbəmiz iddia edir ki, icra başçısı Ceyhun Cəfərov yarıtmaz idarəçiliyi əhalini və sahibkarları hərəkətə keçməyə vadar edibmiş. Belə ki, Kürdəmirdəki vəziyyətlə bağlı şikayətçi şəxslər Prezident Administrasiyasına da müraciət ünvanlayıblarmış.
Elə bu şikayətlərin nəticəsi olaraq Kürdəmirin icra başçısı Ceyhun Cəfərov 2014-ci ilin dekabrın 18-də günorta saatlarında Bakıya-Prezident Administrasiyasına çağrılıb. Bütün bu göstərilənlər hələ 2014-ci ilin dekabr ayında Ceyhun Cəfərovun karyerasına nöqtə qoya bilərdi, amma təəssüflər olsun ki, sakinlərin gözləntiləri özü doğrultmadı. Şikayətlər heç bir effekt vermədi. Bəzi rayon sakinləri isə hesab edirlər ki, Ceyhun Cəfərovun Prezident Administrasiyasına çağrılmasından sonra onun karyerası ilə bağlı nəzərdə tutulmuş planların da gerçəkləşməsi bir müddət əngəlləşmişdir.

YAZIDA AYRI-AYRI İNSANLARIN, HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN VERDİKLƏRİ, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ, ONLARA AİD ELEKTRON PORTALLARDA DƏRC OLUNMUŞ MATERİALLARDAN İSTİFADƏ OLUNMUŞDUR:

1.See more at: http://azerinews.tv/index.php?newsid=13003#sthash.duN5uzZP.dpuf
2.See more at: http://azerbaycaninfo.az/bolge/2774-kurdemirin-icra-bashchisi-rayonu-xerac-yigma-sistemile-idare-edir.html#sthash.C2mV741w.dpuf
3.”AZERİNEÜS.TV” İNFORMASİYA AGENTLİYİ –“Ceyhun Cəfərovun yarıtmaz idarəçilyi rayon sakinlərini prezidentə üz tutmağa vadar edib.”
4.”Cümhuriyyət.az”-“ Ceyhun Cəfərovun “qələmi qırılır”: Bəylər Əyyubovun ümüdlərin doğrultmadı”-19.12.2014 – 01:17
8-06-2015, 17:59
5.”Demokratiya.info”-“Qovşaq rəisi ilə aparat rəhbəri arasında qovğa Vidadi Zeynalov Akif Əsgərovu «Aztelekom»un başına gətirmək üçün çalışırmış”
6. Dosye.az.orq.-Vidadi Zeynalov və Akif Əsgərov qarşıdurması-08.06.2015 13:04

xural.com araşdırmada adı çəkilən hər kəsə cavab haqqı tanıdığını bildirir və adı çəkilənlərin bunun üçün redaksiyaya müraciət etmələrini xahiş edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button