Vilayət Eyvazov general Yaşar Əliyevi vəzifədən azad etdi

Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Y.Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi idi.

Digər məlumata görə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilən polis general-mayoru Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.

Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir.

Yaşar Əliyev əvvəllər də Məhərrəm Əliyevlə birgə işləyib, M.Əliyev Bakı şəhər polis idarəsinin rəisi olanda onun müavini olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button