Vilayət Eyvazov yeni rəisi təyin etdi

Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə yeni rəis təyin olunub.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button