Vladimir Putin AŞPA nümayəndələri ilə görüşməyəcək

11.02.2012

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçiləri bildiriblər ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putin onlarla görüşə bilməyəcək. Buna səbəb Putinin gərgin iş cədvəlidir. Bu haqda məlumatı fevralın 11-də Moskvada keçirilən mətbuat konfransında AŞPA müşahidəçiləri missiyasının rəhbəri Tini Koks məlumat verib.

“Rusiya baş naziri tərəfindən buna səbəb olaraq nə göstərilib” sualına T.Koks belə cavab verib: “Bu, onun cədvəlinə uyğun gəlmir. Missiyamızın uğuru və daha obyektiv olması üçün prezidentliyə namizədliyini irəli sürən hər kəslə görüşməyimiz yaxşı olardı”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button