Vladimir Putin onun atasıdır… 

Vladimir Putin onun atasıdır... 
Polşanın  “Unia Tarnow”  klubunun ukraynalı futbolçusu Viktor Putin onun adaşı Rusiya diktatoru Vladimir Putinin Ukraynada müharibəyə başlamasından sonra həyatının necə dəyişməsindən danışıb.
Futbolçu bu haqda Tribuna.com-a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Putin adı sanki zəhərli olub, buna görə də indi bəzən azarkeşlərdən təhqiramiz sözlər də eşidir: “Aqressiv müraciətlər və söhbətlər çoxalıb. Əvvəllər bu mövzuda daha çox zarafatlar olurdu. Bir tərəfdən də insanları başa düşürəm. Mən özüm də bu adı eşidəndə çox  narahat oluram.  Amma digər tərəfdən, istəyirəm ki, insanlar başa düşsünlər ki, soyadımın belə olması mənim günahım deyil. Çoxları bunu dərk edir”.
“Son matçda meydanı tərk edərkən diktor soyadımı deyəndə, azarkeşlər ayağa qalxıb təhqiramiz “Ruska ku*wa” qışqırmağa başladılar. Mən onları başa düşürəm və məhəl qoymuram. Mən də olsam, bu cür qışqırardım”, – Viktor belə deyib.
“Unia” azarkeşləri isə əksinə, Viktoru dəstəkləyirlər və matçların birində “Hər Putin düşmən deyil. Viktor, biz səninləyik”- deyə bəyan ediblər.
Viktorun atası daha az şanslıdır – o, Rusiya diktatorunun tam adaşıdır.
“Atam ümumiyyətlə, Vladimir Putindir, odur ki, onun yetərincə hekayətləri var. Həm də tez-tez adını və soyadını dəyişdirməyi xahiş edirlər. Bununla belə, məsələni bu yerə çatdırmaq istəməzdim. Xüsusilə, onun yaşında… Və atamla mən heç bu mövzuda danışmamışıq “-deyə ukraynalı futbolçu əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button