Volkov: “Azərbaycan-Ermənistan şərti sərhədində mini gömrük postu quraşdırılacaq”

Yayımlandı: 5 Dekabr 2022 18:06

Siyasi şərhçi hesab edir ki, məntəqənin işi Rusiya ilə münasibətlərə bağlı ola bilər

“Azərbaycan tərəfi ilə mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunub”.

Bu açıqlamanı Rusiya Sülhməramlı Kontingentinin komandanı, general-mayor Andrey Volkov Azərbaycan televiziyalarına müsahibəsində deyib.

Rusiyalı zabit gömrük postunun sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli buraxılış məntəqəsində, yəni Azərbaycan-Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacağını bildirib.

General-mayor Andrey Volkov əlavə edib ki, bu günə qədər onların yoxlanış üçün texniki vasitələri yox idi:

“Əsgərlər maşını açırlar, orada hansısa yüklərin altında nəsə keçirə bilərlər. Amma biz texniki vasitələri qoyacağıq, yoxlayacağıq. Düşünürəm ki, işin effektivliyi və buna hansısa qadağan edilmiş yüklərin daşınmamasının qarantiyası təmin ediləcək”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

General-mayor Andrey Volkovun söylədikərini Meydan TV-yə şərh edən politoloq Rauf Mirqədirov hesab edir ki, hazırkı mərhələdə söhbət sülhməramlıların sərhədə nəzarəti gücləndirib, yaxud zəiflədilməsindən getmir:

“Burda daha çox Azərbaycanın gömrük məntəqəsinin yaradılmasına fokuslanmaq gərəkdir. Əgər Azərbaycan gömrük xidmətinin nəzarəti altında buraxılış məntəqəsi olmayacaqsa, heç bir əhəmiyyəti yoxdur. Mini gömrük postu ona gətirib çıxaracaq ki, Rusiya sülhməramlıları istədikləri yükləri saxlayacaqlar, qalanlarını buraxacaqlar. Yaxud Moskva ilə Bakının münasibətlərinin gərginləşməsindən, ya da istiləşməsindən asılı olaraq gömrük məntəqəsindən keçən malların, yüklərin, insan axınının çeşidi dəyişəcək. Yox, Bakı ilə Moskvanın münasibətləri yaxşı olacaqsa, onlar qismən nəzarəti gücləndirəcək”.

“Bilirsiniz, söhbət suveren hüquqlardan gedir, sərhəd Azərbaycanındırsa, nəzarət də Azərbaycanın olmalıdıır. Sülhməramlıların nəzarəti Rusiyanın nəzarətidir. Bu isə bütün hallarda Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılmasıdır. Nə vaxt nəzarət Azərbaycana keçəcək, onda səmərəli, effektiv və ciddi nəzarətdən danışa bilərik”,-deyə Mirqədirov əlavə edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button