Vüqar Qaradağlının milyonluq varidatı-SİYAHI

ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısı yayımlanıb. Həmin siyahını “ölkə.az”a istinadla  heç bir şərh vermədən təqdim edirik: 

– Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa

– Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. “Neo MMC”dən 4 otaqlı mənzil

– Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28

– Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil

– Quba rayonunda üçmərtəbəli villa 

– Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər “ATV-nin villaları” adıyla tanıyır)

– Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri – Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.

– Türkiyədə, Quş adası istirahət bölgəsində ev

– Bodrumda mənzil

– Antalyada ikiotaqlı mənzil 

– İstanbulda “Molos İstanbul” adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.

– Bayraq Meydanının yaxınlığında “Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik) 
Avtomobillər

– Ən son model 2 ədəd “Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, “Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.

– İki ədəd son model “Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir. 

– Bir ədəd “Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

– Mercedes S Class

Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə “Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan “Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button