Rubrikalar: GÜNDƏM XuralTAC

Vüqar Səfərli 6 mln. manata yaxın vəsaitin mənimsənilməsinə görə həbs olunub

Yanvarın 14-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli məhkəmə qərarı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Bu sensasiya doğuran xəbəri cümə axşamı Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Mənbənin məlumatına görə, Səfərli böyük vəsaiti mənimsəməkdə ittiham olunur. Xüsusən, Bakıda jurnalistlər üçün iki binanın tikintisi layihəsinin həyata keçirilməsi zamanı böyük ölçüdə israf, sənədlərin saxtalaşdırılması və sui-istifadə hallarına yol verilib.

Səfərli KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 2009-2020-ci illərdə rəhbərlik edib.

Bu illər ərzində o, dövlət başçısının keçmiş köməkçisi Əli Həsənova məxsus olan Beynəlxalq Mətbuat Mərkəzində Fondun ofisini şişirdilmiş qiymətlə icarəyə götürüb. Dövlətə vurulan ziyan 800 min manatdan artıq olub.

Prokurorluq Səfərlinin 300 min manatı qohumuna məxsus “Futbol-Qol” qəzetinin hesabına köçürməklə mənimsədiyini, habelə dəftərxana ləvazimatlarının alınması və təntənəli tədbirlərin keçirilməsi zamanı 200 min manatdan çox vəsaiti mənimsədiyini bildirir.

Başqa şəxslərlə qabaqcadan əlbir olaraq, qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə o, 14 ilədək azadlıqdan məhrum edilə bilər. Onun şəriki Nadir Məmmədov da bu cinayətlərdə iştirak etmək ittihamı ilə həbs edilib. Bu cinayətlərdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi üzrə istintaq aparılır, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Səfərli Əli Həsənovun əlaltısı və ən yaxın adamı idi və çətin ki, Əli Həsənovun himayəsi olmadan çoxsaylı cinayətlər və mənimsəmələr mümkün olardı.

Vüqar Səfərli 2020-ci ilin aprelində, Əli Həsənov isə 2019-cu ilin noyabrında vəzifədən kənarlaşdırılıb.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Baş Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. Xural.com "Habertürk"ə istinadən…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha bir televiziya fəalliyətə başladı

Bu gündən Azərbaycanda daha bir internet televiziyası fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu "Reallıq TV" internet televiziyasıdır. Televiziyanın rəhbəri tanınmış…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat…

Bir qrup xarici jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən BBC rus xidmətinin reportyorları Rusiya sülhməramlı kontingentinin məsuliyyət…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Hərbçilərin maaşları məsələsinə yenidən baxıldı, ikiqat və 50 faiz artırıldı

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi…

3 Mart 2021
Xural.COM