Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb.

Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub bildirib.

Bununla belə, o, Vurğun Əyyubun komaya düşməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyub. Vurğun Əyyubun səhhətinin ağır olaraq qaldığını qeyd edən İ.Əyyub ailə üzvlərinin media nümayəndələrindən onları tez-tez narahat etməməyi xahiş etdiyini diqqətə çatdırıb.

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı da özünün facebook səhifəsində Vurğun Əyyuba status həsr edib: “Vurğun Əyyubun – hamımızın sevimlimiz, bir neçə nəsil Azərbaycan gəncinin böyük müəllimi, təhsilimizi dünya səviyyəsinə çıxarmaq üçün bütün mənalı ömrünü bu yola həsr edən Kişinin vəziyyəti kritikdir. Ona heç nə edə bilmirik. İndi Vurğun bəyimiz ağır günlər keçirir. Allahım, Vurğun bəyə şəfa ver, onun ağrılarını kəs, onu aramıza qaytar.
Mənim ömrümün yaşıl işığı, böyük arzularım yolunda qarşıma çıxan və taleyimi dəyişən adam, Sən bizə və çox sevdiyin Azərbaycana belə tez vəfasız ola bilməzsən!
Dostlar, Vurğun Əyyuba dua edək! Azərbaycan tarixinin müstəsna şəxsiyyətlərindən birinə duadan başqa əlimizdən bir şey gəlmir!
Sən böyüksən, Tanrım!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button