Vüsalə Mahirqızı Ramil Usubovu hədəfə çıxardı!

APA direktorunun sosial şəbəkədəki statusu böyük hay-küyə səbəb oldu

Dünən Ramil Usubovun MDB ölkələri DİN rəhbərlərinin Şurasında iştirak etmək üçün Ermənistana səfər etməsinə APA agentliyinin direktoru Vüsalə Mahirqızı reaksiya verib və facebook sosial şəbəkəsində «İsmət Abbasovu İrəvana getdiyi üçün bihörmət edənlər görək Ramil Usubova nə deyəcəklər» statusunu qoyub.

V.Mahirqızının bu statusuna sosial şəbəkədə dərhal ciddi reaksiyalar gəlib və Ramil Usubov hədəfə alınıb.

Məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, APA rəhbərinin bu statusu Kəmaləddin Heydərov-Ramil Usubov savaşının açıq müstəviyə çıxması kimi dəyərləndirildiyindən, məsələ ciddi şəkil alıb və DİN rəhbərliyi səviyyəsində «fövqəlnazir»ə etiraz edilib. K.Heydərovun məsələyə müdaxiləsindən sonra V.Mahirqızı sosial şəbəkədəki statusunu ləğv edib.

Ancaq V.Mahirqızı statusunu ləğv edənə qədər artıq onun surəti çıxarılıb və sosial şəbəkədə təkrar yayılıb. Şəkildən həmin statusu müşahidə edə bilərsiniz.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button