“Vüsalə Mahirqızı dedi ki, Əvəz Zeynallını qıyma-qıyma doğrasalar…”-VİDEO

Sərdar Əlibəyli Mətbuat Şurasının “qara siyahı” bataqlığını ifşa etdi…

Son günlər sosial şəbəkələrdə sakit, həzin və belə demək olarsa gizli bir mətbu savaş gedir. Bu, hələlik heç kimin diqqət etmədiyi, amma bu tempdə davam edərsə, bir azdan sonra hamının diqqət kəsiləcəyi Sərdar Əlibəyli ilə gənc yazar Kəramət Böyükçöl arasında gedən savaşdır. Haradasa Kəramətin yazdığı hər statusa yazı həsr edən Sərdar Əlibəyli bu statusları sifarişlə yazılan və təxribat kimi cəmiyyətə xüsusi missiya ilə buraxılan yazılar hesab edir. Kəramət Böyükçöl ona cavab verməyib hələ ki, amma onun da bir gün olacağı qaçılmazdır. Söz adamlarının arasında belə şeylər olmur, yazılana bir gün cavab veriləcək, bu, söz savaşının yazılmamış qanunlarındandır. Əslində, bu savaşın xırda bir detalından bu yazını yazanda artıq xəbər də tutdum. Belə ki, Kəramət Böyükçöl Sərdar Əlibəylini facebookda bloklayıb. Deməli, səbir kasası daşır.

Təbii ki, sözüm bunda deyil. Sözüm bu müsahibənin ərsəyə gəlməsindəki səbəbdədir. Bu mətbu savaşın gələcəyini gördüyümüz üçün onu böyümədən söndürmək istədik. Kəramətlə Sərdarı “Sözüm var” layihəsində debata çağırmaq istədik və çağırdıq. Tərəflərin hər ikisi sağ olsunlar, məmnuniyyətlə razılıq verdilər. Müsahibə-debatı təyin etdik və görüş günü Kəramət Böyükçölün debata gəlmədiyini gördük. Bütün əlaqə cəhdlərimiz alınmadı. Sonradan xəbər tutacaqdıq ki, mərhum yazar həmkarımız Mövlud Mövludun xatirəsini anmaq üçün uzun yol qət edən – Bakı-Qazax-Bakı – Kəramət sadəcə çox yorulduğu üçün unudub və debata gələ bilməyib. Olsun, bunu özümüzə dərd etmədik və gəlmişkən Sərdar Əlibəylini söhbətə çəkdik.

Bu zəruri xatırlatmanı ona görə verməyi özümə borc bildim ki, Sərdar Əlibəyli ilə tək söhbət etsəydik, ya da planlaşdırsaydıq, bəlkə də bir az fərqli alınacaqdı. Bu söhbət iki nəfərlə – Kəramət Böyükçöllə debat şəklində düşünüldüyü və ona hazırlaşıldığı üçün bəlkə bir az naqolay alınıb. Açığı, mən belə durumlarla çox nadir qarşılaşıram və ona görədir ki, çox diqqətli Oxucu-tamaşaçı elə ilk baxışdan gərgin və bir az da əsəbi olduğumuzu müşahidə edəcək. Bir neçə dəqiqə sonra hər şey qaydasına düşür təbii ki, amma olmasa daha yaxşı alına bilərdi. Bunun fərqindəyik…

Sərdar Əlibəyli özünəməxsus mətbu baxışı ilə maraqlı analizlər verir və mətbuatımızın bugünkü durumunu təsvir edir. Onun Mətbuat Şurasında görüşləri və şahidi olduğu söhbətlər isə həqiqətən maraqlıdır. Bu, Mətbuat Şurasının “qara siyahı” adlı bataqlığının həm də bir ifşasıdır – belə də demək olar.

Sözü uzatmadan Sərdar Əlibəyli ilə “Sözüm var”da söhbətimizi oxucu-tamaşaçıların diqqətinə təqdim edirəm.

Əvəz Zeynallı

“Sözüm var”

 

Xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button