Vyetnamda qasırğa fəlakət yaradıb, 35 nəfər ölüb

Yayımlandı: 9 Sentyabr 2024 11:35

24 nəfərin itkin düşdüyü bildirilir

Yagi qasırğası Vyetnamda onlarla insanın ölümünə səbəb olub, infrastruktura ziyan vurub. Sentyabrın 9-da Vyetnam hökuməti ilkin məlumat açıqlayıb.

Bildirilir ki, bu il Asiyanın ən güclü qasırğası olan Yagi Vyetnamın şimalında onlarla insanın ölümünə səbəb olub və külək qərbə doğru geniş ərazilərə dağılıb.

Vyetnamın Təbii Fəlakətlərin İdarəolunması Agentliyinin bildirdiyinə görə, əsasən, qasırğanın törətdiyi sürüşmə və daşqınlar nəticəsində 35 nəfər ölüb, 24 nəfər itkin düşüb. Qasırğa hazırda yerli və xarici şirkətlərin iri istehsalat əməliyyatlarının yerləşdiyi Vyetnamın şimal-şərq sahillərinə çatıb.

Meteorologiya Agentliyinin məlumatına görə, qasırğa milyonlarla ev təsərrüfatlarının və şirkətlərin elektrik enerjisini kəsib, magistralları su basıb, telekommunikasiya şəbəkələri sıradan çıxıb. Meteorologiya Agentliyi daha çox daşqın və sürüşmə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button