Washington Times: “Rusiya və Türkiyənin Suriyadakı qarşıdurmasına Ermənistan da cəlb olunur” FOTO/VİDEO

vasinqton post

Rusiya və Türkiyə arasında toqquşma təkcə Suriya səmasında baş vermir. Bu həm də Qafqaz regionuna sirayət edib, burada yeni rus hərbçiləri dalğası Ermənistan istiqamətində hərəkət edir və bu, İrəvan və Ankara arasında on illərdir mövcud olan dondurulmuş münaqişəni alovlandıra bilər.

Xural.com xəbər verir ki, bu barədə “The Washington Times” yazıb.

Rusiya prezidenti Vladimir Putinin noyabrda Türkiyənin rus qırıcısını vurmasından qəzəbləndiyini nəzərə alsaq, Moskvanın son bir neçə ayda Ermənistanda hərbi iştirakını artırdığını görə bilərik.

Ötən ilin dekabrında keçmiş kiçik Sovet Respublikası ilə səs-səmirsiz hava hücumundan müdafiə sazişinin imzalanmasından sonra, Moskva Ermənistan paytaxtı İrəvandan kənarda yerləşən Rusiya bazasına, ən azı 4 yeni “Miq-29” qırıcısı və bir sıra başqa hərbi texnika göndərdi.

Suriyadakı münaqişə gərginlik zonasını genişləndirməkdə, digər ölkələr arasında, məsələn İran və Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə və Rusiya arasında münasibətləri gərginləşdirməkdədir.

Rusiya mətbuatı fevralın ortalarında Ermənistana yeni qırıcı və vertolyot partiyası göndərməsinin Putin tərəfindən Türkiyə və NATO üçün xəbərdarlıq olduğunu yazırlar.

Video-ya baxmaq üçün aşağıdakı linkdən istifadə edin;

http://launch.newsinc.com/share.html?trackingGroup=91568&siteSection=washingtontimes_pp_nws_pol_non_ppap&videoId=30415662

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button