“WhatsApp‍”da yeni funksiya

Dünyanın ən populyar messenceri olan “WhatsApp”ın tərtibatçıları onu yaxşılaşdırmaqda davam edirlər.

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, messencerin yeni versiyasında olduqca faydalı funksiyalar yaradılır.

“XDA Developers” analitik şirkətinin mütəxəssislərinə məlum olub ki, tezliklə “WhatsApp” əlavəsində zəng zamanı seansı yekunlaşdırmadan videoya keçmək imkanı yaradılacaq. Hazırda bu funksiyanın o şəxslər üçün istifadə edilməsi mümkündür ki, onlar messencerin 2.18.4 nömrəli beta versiyasını yükləyiblər.

Video əlaqəyə keçmək üçün istifadəçilərdən birinin danışıq zamanı kamera işarəsini sıxması kifayətdir. Bundan sonra ikinci istifadəçinin video rabitəyə keçmək təklifi görünəcək.

Qeyd edək ki, ikinci abonent imtina edərsə, o zaman dialoq adi rejimdə davam etdiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button