WikiLeaks Makronun yazışmalarını yayıb

WikiLeaks saytı Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyasının on minlərlə email yazışmalarını ictimaiyyətə açıqlayaraq, bu emaillərin Makrona məxsus olduğunun təsdiq edildiyini bildirib.

Emaillərin sızmasından və onlayn nəşr edilməsindən bir neçə ay sonra WikiLeaks onların 21 min 75-nin həqiqiliyini və DKIM domeynindən istifadə edidiyini təsdiq edib.

Emaillərin qalan hissəsi, 50 mindən çoxu isə səhifədə yerləşdirilib. Onları saytın arxivində axtarıb oxumaq mümkündür.

Fransanın Mərkəsi Seçki Komissiyası may ayında o vaxt prezidentliyə namizəd olan Makronun kampaniyası haker hücumuna məruz qalan zaman “böyük miqdarda emaillər”in sosial şəbəkələrə sızdığını bildirmişdi.

Emaillər Makronun prezident seçkilərinin ikinci turunda ifrat sağçı namizəd Marin Le Peni məğlub etməsindən 36 saat əvvəl sızdırılmışdı.

Fransanın seçki rəsmiləri Makronun və onun seçki kampaniyasının menecerlərinin elektron poçt hesabları və kompyuter sistemlərindən sızıdırıldığını bildirmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button