Emin Ağalarov: “Gecələr gəzən, sirli, naməlum qadını axtarıram…” – VİDEO-FOTO

33328.06.2013
Bu yaxınlarda Emin Ağalarov Moskva sakinlərinə “Amor” mahnısına çəkilmiş yeni klipini təqdim etdi. Özü də tək yox. Videonun baş qəhrəmanı “Kainat gözəli-2012” Oliviya Kulpo oldu.
 
Moskvanın “Rose Bar” restoranında espresso içərək Emin və Oliviya Spletnik.Ru saytının suallarına cavab verdilər. Amerikalı qonaq isə qələbəsinin sirlərini, gələcək planlarını bölüşərək, stresslə mübarizədə öz reseptini də açıqladı.
 
– Birlikdə video çəkdirmək fikri necə yarandı?
444Emin: Əslində “Miss Kainat” təşkilatçıları ilə biz tamam başqa layihələri müzakirə etmişdik, amma həmin vaxt yeni sinqlə klip lazım idi. Biz konsepsiyanı düşündük ki, video necə olmalıdır. Görüşlərdən birində nahar zamanı “Miss Kainat” prezidenti dedi: “Növbəti videoda dünyanın ən gözəl qızı olsa, yaxşı olmazmı?” Qərar verdik ki, bu əla olardı. Və Oliviya sağ olsun, çəkilişlərdə iştirak etməyə razılıq verdi.
Oliviya: Düz demir! Mənim bəxtim gətirdi. Mənə imkan yaradıldı ki, bu möhtəşəm “Amor”un bir hissəsi olum. Çox şən keçdi. Mən oynamağı xoşlayıram, musiqini sevirəm. Emin olduqca istedadlı müəllifdir, ona görə də mahnının bir parçası olduğuma sevinirəm. Sizə nəticəni göstərməyi səbirsizliklə gözləyirik. Mən bu sinqlə vuruldum.
-Video barədə daha geniş danışın, tamaşaçı klipdən nə gözləsin?
Oliviya: Əsas fikir “Amor”dur – əlbəttə sevgi. Bu video heç kimin çata bilmədiyi, hamının ardınca qaçdığı qız haqqındadır.
Emin: Klip zamanı mən o yeganə xanımı – Los Ancelesin küçələrində gecələr gəzən, sirli, naməlum qadını axtarıram. Yeri gəlmişkən, sona qədər tamaşaçı onu görməyəcək, bu sadəcə kölgədir.
– Birlikdə mahnı yazmaq ideyası heç ağlınıza gəlib? Oliviya, axı sizin mükəmməl musiqi təhsiliniz var!
Emin: Biz artıq yazmışıq! Bilirsiniz, hər şey çox sürətlə baş verir. Biz iki həftə qabaq video çəkdik, bir həftə qabaq isə mahnını yazdıq və artıq Moskvadayıq, klipi təqdim edirik. Bizim hətta kifayət qədər vaxtımız yoxdur ki, bundan sonra nə edəcəyimizi düşünək.
5555Oliviya: Bu mənim ilk musiqi yazım idi! O, (Emini göstərir) mənə bu imkanı hədiyyə etdi. Klipin çəkilişləri zamanı ancaq oxuyurdum. Bütün çəkiliş zamanı oxudum. Ümumiyyətlə fikirləşirdim ki, buna görə məni danlayacaqlar – mən çox yüksək səslə oxuyurdum. Amma nəticədə birlikdə trek yazmağa qərar verdik.
Emin: Hə mən çox xoşbəxt idim ki, kainat gözəli mənimlə oxuyur. Məlum oldu ki, o, klassik musiqi təhsilli möhtəşəm ifaçıdır. Oliviya studiyaya daxil oldu və sadəcə bu mahnını on dəqiqəyə hazır etdi. Mənə bunun üçün çox vaxt lazım olardı.
– Bəs siz özünüz hansı musiqini sevirsiniz? Musiqi zövqlərinizdə kəsişmə var?
Bu vaxt Emin və Oliviya bir çox ifaçı saydılar – Enrike İqlesias, Maroon 5, Adel… amma Eminin sevimli müğənnisi – Şadedə çaşıb qalırlar.
 
Oliviya: Mən onu tanımıram…
22Emin: (Gülümsəyərək) Bilirsiniz, Oliviya 1990-cı ildə doğulub, o hələ çox şey öyrənməlidir.
Oliviya: Yox elə deyil! Mən keçmiş ifaçıları da xoşlayıram – Billi Coel, The Beatles, Ceyms Teylor…
Emin: Və biz hər ikimiz Elvisi sevirik!
Oliviya: Kim Elvisi sevmir ki!
Boston Universitetinin tələbəsi, klassik musiqiçilərin qızları Oliviya Kulpo gözəllik müsabiqələrində üç dəfə iştirak edib, əvvəlcə “Miss Rod Aylend”, sonra “Miss ABŞ”, sonra isə “Miss Kainat” gözəli seçilib.
 
– Sizin üçün ən çətin müsabiqə hansı idi? Sənaye barədə heç nə bilmədiyiniz ən birinci müsabiqə, yoxsa güclü təzyiqin hiss edildiyi sonuncu müsabiqə?
Oliviya: Ən birinci. Bu iştirak etdiyim ilk gözəllik müsabiqəsi idi. Ailəm ümumiyyətlə belə müsabiqələr barədə heç nə bilmirdi, ona görə də ilk dəfə iştirak edəcəyimi deyəndə, onlar narahat oldular. Uzun müddət mənimlə danışmadılar. Amma yenə də iştirak etməyə qərar verdim, bu ilk təcrübə məni öyrətdi ki, gərək qəlbini dinləyəsən, hətta sona qədər bunu niyə etdiyini anlamasan da, ətrafındakı adamlar səni dayandırmağa çalışsalar da.
 
– Yeri gəlmişkən, niyə əvvəldən bu musabiqədə iştirak etmək istədiniz?
11Oliviya: Mən aktyorluğu öyrənmişdim və müsabiqə ilk layihələrimdən idi. Yay boşluq idi və bu da nəsə yeni bir şey idi. Qərar verdim ki, gözəllik müsabiqəsinin iştirakçısını oynayım və bu məndə deyəsən alındı.
– Dəqiq alınıb! Dediniz ki, müsabiqədə ən çətin anlardan biri də sakitliyi qorumaq idi. Buna necə nail olurdunuz? Meditasiya edirdiniz, yoxsa şokoladlı kökə yeyirdiniz?
Oliviya: Demək olar! Mən banan yeyirdim. Həyəcanlananda banan yeyirəm. Bu məni sakitləşdirir, bilmirəm niyə. Amma əla təsir edir. Hətta balaca olanda və violançeldə çalanda çıxış qabağı həyacanlanırdım və banan yeyirdim. Bir məsləhət də verə bilərəm, nəfəs almağı unutmayasan gərək. Dərin nəfəs alasan, bu həqiqətən kömək edər.
– Oliviya, bu sizin Moskvaya ikinci səfərinizdir. Bu dəfə Rusiya sizi həqiqətən çox isti qarşıladı, sözün əsl mənasında…
Oliviya: Hə, indi daha yaxşıdır. İlk dəfə Moskvada fevral ayında olmuşdum, dəhşət soyuq idi. Heç vaxt o qədər donmamışdım. Amerikaya qayıdanda tempraturum qalxdı və çox pis xəstələndim. Amma gəzmək çox xoşuma gəlmişdi. Burada çox gözəldir. Xüsusilə isti olanda lap gözəldir.
– Bəs rus qızları barədə nə deyirsiniz? Onların stili barədə nə deyə bilərsiniz?
Oliviya: Çox gözəldirlər. Mən 20 dəqiqə hər bir rus qızına baxa bilərəm. Əlbəttə ki, bunu etmədim, çox qəribə olardı. Amma gördüm ki, bütün qızlar çox təbiidirlər. Bir tərəfdən həmişə bəzəklidirlər, bir tərəfdən çox təbii. Təbii gözəllik isə sünidən hər zaman çox yaxşıdır.
– Bəs siz adi həyatda necə görünməyə üstünlük verirsiniz? Qırmızı xalılarda və müxtəlif tədbirlərdə siz həmişə hazır olursunuz…
 
Oliviya: Emin də həmçinin. Elə deyil?
Emin: (Gülür) Hə, mən həmişə dodaq boyasından istifadə edirəm.
Oliviya: Bax mən də. Amma hətta tədbirlərdə də çalışıram ki, makiyaji mümkün qədər təbii edim. Mən “nə qədər az, o qədər yaxşı” prinsipinə riayət edirəm. Amma bu prinsip paltara aid deyil. Üumiyyətlə gözəl geyinməyi xoşlayıram – hər qızın gözəlliyi də bundadır. Bundan başqa, bu mənim işimin bir hissəsidir və bundan həzz alıram.
– Bəs klipdə sizi necə görəcəyik?
 
Oliviya: Maksimum təbii! Bilirsiniz, Emin bəzənirdi, mən sadəcə çəkilişin başlamağını gözləyərək gəzirdim.
Emin: (gülür) Hə, Oliviya çox təbii görünür. Elə bil ki, üzündə heç bir kosmetika yoxdur. Burada məsələ həm də Oliviyanın necə görünməsidir. Onun zərif, yumşaq gözəlliyi var. Belə demək olar, çox incədir.
– Söhbət gözəllikdən düşdüsə, siz onu necə təsvir edərdiniz? Bir qızı gözəl edən nədir?
 
Oliviya: Əlbəttə, gözəllik sadəcə xarici görünüş deyil. Bu həm də ətraf dünyada nə etdiyindən, insanların sənin yanında özlərini necə hiss etmələrindən, onlara necə təsir etməyindən asılıdır. Ola bilər ki, bu klişe kimi görünür, amma həqiqətdir! Sən dünyanın ən xoş qızı ola bilərsən, amma təbəssümün yoxdursa, istilik saçmırsansa, gözəl olmayacaqsan, insanların ürəyinə toxuna bilməyəcəksən.
Emin: Və özünüz olun.
Oliviya: Hə bu vacibdir.
Emin: Bəzən insanlar görünüşlərini və özlərini çox dəyişirlər, nəticədə özləri olmaqdan çıxırlar.
Oliviya: Və əlavə etmək istərdim – gülümsəyin! Bu milyon dəfə gözəl olmağın ən asan, ən əlçatan üsuludur.
Emin: Düzdür! Çarli Çaplin belə vəsiyyət edib.
Yeri gəlmişkən, incəsənətdə “milyon dəfə gözəl görünməyə” Emin də, Oliviya da çox gözəl nail olublar. Yeni “Amor” videosunun qəhrəmanları sağollaşarkən bizə gözəl təbəssüm bəxş etdilər və bütün oxuculara tez-tez gülümsəməyi və özləri olmaqdan qorxmamağı məsləhət gördülər.
Publika.Az
Tərcümə etdi: Gülər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button