Xədicə İsmayıl: “İlham Əliyev üçün necə dəhliz açırlarsa, mənim üçün də eləcə dəhliz açırdılar”

Xədicə İsmayıl: “Azadlıqqəzeti “içəridə” birudum hava kimi idi”

İl yarım həbsdə saxlanılan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl iki gündür ki, azadlıqdadır. Amma bu iki gündə evi heç iki saat qonaq-qarasız olmayıb. Dəstə-dəstə adamlar, o cümlədən siyasi partiya fəalları, jurnalist həmkarları, gənclər və s. onu təbrikə gəlir. Belə bir gərgin vəziyyətdə Xədicə“Azadlıq” qəzetinə ayrıca bir xeyli vaxt ayırdı. Özəl münasibətini də belə izah etdi: “Azadlıq” qəzeti mənim üçün həbsxanada bir udum hava kimi idi…

Beləliklə, biz də Xədicə İsmayılla söhbətə onu azadlığa çıxması münasibətilə təbrik etməklə başladıq:

Xədicə xanım, həmişə azadlıqda

Çox sağ olun.

Xədicə İsmayılı niyə tutmuşdular, niyə buraxdılar?

Ona görə tutmuşdular ki, hökumətin ünvanına tənqidlər azalsın. Ona görə də buraxdılar ki, məqsədlərinə nail ola bilmədilər. Həm məni həbsdə saxlamaq onlara baha başa gəlirdi.

Hansı mənada?

Məni həbs eləyəndən sonra araşdırmalar nəinki azalmadı, əksinə, daha da artdıAraşdırmaların aparılmasına yeni qüvvələr qoşuldu, bu, jurnalistlər arasında qlobal hərəkata çevrildi. Çünki hansısa hökumət özü haqqında nəyisə gizlətməyə çalışırsajurnalistlər həmin gizlinləri üzə çıxarmağı özlərinə borc bilirlər. Hökumət nəyisə gizlətmək üçün üstəlik kimisə həbs eləyirsə, bu halda, jurnalistlər dəqiq bilirlər kideməli, orada gizli qalanyağlıməqamlar var. Jurnalistin işi həmin məqamları üzə çıxarmaqdır. Onları üzə çıxartdılar, çoxlu araşdırmalar oldu. Mən həbs olunanda həmkarlarımdan gözləntim var idi, amma nəticə gözləntimdən qatqat yuxarı oldu.

Həbsdə olan bir adam üçün bundan yaxşı xəbər ola bilməzdi ki, oxuyasan, görəsənhəmkarların sənin apardığın mövzuda ya ona bənzər mövzuda araşdırma eləyir, iş dayanmır, davam edir. Bu, çox gözəl hiss idi. Həmkarlarıma böyük birçox sağ oldüşür.

Azadlıqqəzetinə xüsusiçox sağ oldüşür. Mən dünya mediasında dərc olunan materiallar da daxil olmaqla, bütün bu araşdırmalardan yalnızAzadlıqqəzeti  vasitəsilə xəbər tuta bilirdim. “Azadlıqqəzeti bir udum hava kimi idi.

Həbsdən sonra ilk müsahibənizdə bildirmisiz ki, jurnalist fəaliyyətinə qayıdırsız, araşdırmalar davam edəcək. Məlum olduğu kimi, sizə şərti cəza verilib, yəni həbsxanaya geri qaytarılmaq təhlükəsi qalır. Araşdırmalar davam edəcəyi təqdirdə geri qaytarılmaq təhlükəsi sizi çəkindirmir?

Mən heç həbsxanadan çıxmamaqdan da qorxmurdum. Həbsxananı çox qorxulu göstərirlər, amma qorxulu deyil. Prinsiplərdən imtina edib yaşamaq həbsdən qatqat qorxuludur. Mənim üçün o seçim əvvəlcədən var idi mən öz seçimimi eləmişdimBu seçim işimin xeyrinə idi. Həm mən heç kimə vəd verməmişəm ki, jurnalistika fəaliyyətilə məşğul olmayacam ya araşdırma aparmayacam. Heç kim bunları mənə qadağan eləyə bilməz.

Həbsdə olduğunuz müddətdə sizinlə danışıqlara cəhdlər oldumu?

Mən bilmirəm, bunu cəhd adlandırmaq olar, yoxsa yox. Amma həm Kürdəxanıda istintaq təcridxanasında olduğum müddətdə, həm cəzaçəkmə müəssisəsində müəyyən kontaktlara cəhdlər olurdu. Söhbətin əvvəlində deyirdim ki, mənimlə bubarədə danışmayın, əgər danışsanız, ictimailəşdirəcəm, açıqlayacam. Ona görə də söhbət o məqama gəlib çıxmırdı. Amma ətrafında söhbət olurdu. Məsələni elə qoyursan ki, səninlə bu barədə danışmasınlar.

Həbsxanadan necə görünürdü Azərbaycan cəmiyyəti? Bu il yarımda nələr dəyişdi?

Mənim ən çox qorxduğum o idi ki, dostlarım, həmkarlarım depressiyaya düşərlərÇünki özüm o təhlükəli məqamları hər dəfə dostlarım həbsə düşəndə yaşamışamBəzən adam özünü gücsüz hiss eləyir s. Çalışırdım ki, məndən nigaran qalmasınlarFikirləri daha effektiv işə cəmlənsin. Məncə, buna nail olmaq mümkün oldu. Mənim azadlığım üçün aparılan kampaniya çox effektiv idi, hərə bacardığı qədər işləyirdiMən çox şad idim ki, baş verəcəyindən narahat olduğum depressiyanı görmədim.

O ki qaldı ölkədə baş verənlərə, həbsxanadan bu daha yaxşı görünür. Həbsxana divarlarından kənarda baş verirsə, içəridə o, hiss olunur. Birinci devalvasiyadan sonra onun nəticələri elə məhkumlara gətirilən sovqatlarda hiss olundu. Məhkumların daha qənaətcil olmağa çalışmalarından da görünürdü. Məndən soruşurlar ki, həbsdən sonra hökumət haqqında fikirləriniz dəyişdimi? Qadınlar təbiət etibarilə cinayətə meylli deyillər. Onları cinayətə sövq edən işsizlik, imkansızlıqdı. Mən çoxlu sayda qadın gördüm ki, onlar həyatlarında istədikləri imkanlardan məhrum olublar. Ona görə məhrum olublar ki, kimlərsə onların özlərinin, övladlarının payına düşən şans hissəciklərini öz balalarına yedirdib. Bunu eləyən məmurlar olub. Öz övladının narkoman olmasını istəməyən qadın narkotik satışı ilə məşğul olursaSoruşanda kiniyə bunu edirdin, deyir, bəs edəydim?

Bəlkə biz gündəlik həyatımızda pisliklərdən daha çox təcrid olunuruq, iqtisadi problemlərin birbaşa nəticələrini o qədər görmürük. Amma həbsxanada insanların imkanlardan, şansdan məhrum edilməsinin nəticələrini öz gözünlə görürsən.

Demisiz ki, həbsxana həm müsbət, həm mənfi mənada bir təcrübədir. Nəyi nəzərdə tutursuz?

Mən həbsxanaya düşənə qədər avtobusda əlləri şişmiş, göyərmiş qadınlar görəndə ürəyim ağrıyırdı, fikirləşirdim ki, yəqin, çox işləməkdən bu qadının əlləri belə kobudlaşıb. Təəssüf ki, daha heç əvvəlki kimi olmayacaq. Mən bundan sonra əlləri şişmiş, göyərmiş qadın görəndə birinci onu fikirləşəcəm ki, görəsən, bu, narkotik istifadəsinin nəticəsi deyil ki?! Çünki fəsadlardan biri əllərin şişib göyərməsidirMən həyatımda narkotikdən istifadə eləyən qadın görməmişdim, orada gördümİstəyərdim ki, bu mənada, əvvəlki sadəlövhlüyümü qoruyub saxlayım. Mənfi təcrübələrdən biri budur.

Həbsxanada çoxlu sayda adamlar var ki, çörəklərini yalanla çıxarıblar. Yalan danışmaqla, kiməsə kəf gəlməklə, dələduzluq eləməklə cinayət törədiblər. Mən həyatımda o qədər yalan danışan adamla belə uzun müddətdə intensiv ünsiyyətdə olmamışdım. Bu da öz təsirini göstərir, adam daha şübhəcil olur. İstərdim ki, bu da baş verməsin. O təcrübəni toplamamağa şad olardım.

Amma o da təcrübədir ki, konfliktlərə meylli adamlarla dar bir məkanda birgə konfliktsiz yaşamağı öyrənirsən. Həyat üçün lazımlı təcrübədir. Psixoloq kimi hansısa qabiliyyətlər qazanırsan.

Şəxsi münasibətlər baxımından xəyal qırıqlığı olmadı?

Mən ümumiyyətlə, kiməsə xoş münasibət göstərəndə onun qarşılığını uman adam deyiləm. Kimdənsə nəyisə umurdum, amma almadımbelə bir şey qalmayıb mənim yaddaşımda. O barədə heç düşünmək imkanım da olmayıb. Ya ona görə ki, uma biləcəyim hər kəsdən daha artıq dəstək görmüşəm, ya da ona görə ki, ummamışam, heç  gözləməmişəm. Amma dəstək o qədər böyük idi ki, kimdənsə hansısa münasibəti görməməyim barədə heç fikirləşmirdim.

Digər siyasi məhbuslar ya fəallarla bağlı problemlərə bənzər problemlər bizdə də olubqohumların imtinası, tənqidlərin yazılması s. Bizim ancaq Azərbaycan telekanallarına baxmaq imkanımız var idi. Orada deyilənləri eşidəndə, cəza çəkmə müəssisəsinə gələn qəzetləri oxuyanda o portretlərdə özünü tanıya bilmirsən. Yaxud xəbərlərdə reallığı görə bilmirsən. Anlayırsan ki, nəyi üçün, hansı məqsədlə əyirlərAmma bu da gözləmədiyim bir şey deyildi, buna hazır idim. Onlardan zatən umacağım yox idi.

Belə başa düşdük ki, sizi məyus eləyən heç olmadı

Artıq heç kim Azərbaycan telekanallarından dürüstlük gözləmir. Ona görə onlara normal yanaşırlar. Amma məsələn, “dürüstəmiddiası ilə çıxanYeni Müsavatqəzeti var idi, məndən daha çox ailə üzvlərimi məyus eləmişdi. Hətta kamerada oxuyanlar da baxırdılar ki, bu nədi yazıblar. Hərdən belə şeylər olurdu. Amma mən hələ heç həbsə düşməmişdim onlardan ummamağa başlayanda.

Həbsdə tərcümə elədiyinizCakaranda ağacının uşaqlarıəsərində Azər və yoldaşlarının həbsxana həyatından bəhs olunur. O kitabdakı ilə bizim ölkədə qadınların həbs həyatı arasında hansı bənzərliklər fərqlər var?

Şübhəsiz ki, 80-ci illərin İran həbsxanası daha dəhşətli yerdir. Fərqlilik daha çoxdurhəm müqayisə olunmayacaq dərəcədə. Hətta mənim təsəvvürümdəki həbsxanadan daha yaxşıdır. Məncə, “Cakaranda ağacının uşaqlarındakı həbsxana bir az qorxuludu, amma bizim həbsxana qorxulu deyil.

Yeri gəlmişkən, məhz o əsəri tərcümə eləmək ideyası necə yarandı?

Qonşu kamerada uşaq gözləyən qadın var idi, hamı narahat idi ki, görəsən, necə olacaq onun vəziyyəti. Bəlkə üstüstə düşdü, o hadisə həmin anda mənim emosional durumuma təsir elədi. Oxudum, təsirləndim. Gizlətmirəm, o kitabın kommersiya uğurunu da fikirləşdim. Düzdür, hələ ki, bilmirəm, kommersiya baxımından dərəcədə uğurlu olub, amma oxunan kitablar siyahısındadır.

Qonşu kameradakı qadının uşağı da əsərdəki Nida kimi məhbus qadınlar arasında əldənələ gəzirdi?

O uşaq həbsxanada dünyaya gəlmədi. Qadını buraxdılar uşağı öz evlərində dünyaya gətirdi. Anaları həbsxanada olarkən doğulan uşaqlar var onlar da əldənələ gəzir. Kim harada görürsə, o uşağı alır. Yəni o uşaqlar bütün həbsxananın uşağına çevrilirlər. Amma o uşaqları anaları ilə birlikdə ayrı saxlayırlar, ona görə hər zaman görə bilmirdik.

Həbsxanada olan qadınların uşaq əzizləməyə ehtiyacı var. Bu ehtiyac da onları həbsxanadakı uşaqlara qarşı xüsusilə qayğıkeş edir.

Məlumdur ki, həbsdəki siyasi məhbuslar sərt nəzarətdə saxlanılır. Belə bir nəzarət altında Xədicə İsmayılın məktublarıThe New York Timesa, “The Washington Posta gedib çıxdı, həbsxanada tərcümə elədiyi kitab dərc olunduMaraqlıdır, o məktubları, yazıları necə çıxarırdız?

Kitabın tərcüməsinə senzura qoyulmadı. Düzdür, hər şeyi oxuyurdular. Kitabın orijinalını da, tərcümə olunmuş materialı da diqqətlə oxudular, tutuşdurdular. Amma yazılarla bağlı ciddi problem var idi. Birinci yazı çıxanda məşhur mayor Yaqubov vardıLeyla xanım onun barəsində danışmışdı, indi səhv eləmirəmsə, MTN–in istintaq təcridxanasının rəisi təyin olunubo, məndən izahat almağa gəldi. Dedim kiLeyla xanımın açıqlamalarından sizi tanıyıram. Andaman elədi ki, belə bir şey olmayıb, yalandır bütün bunlar, çox mehriban danışmağa cəhd elədi. Biz onunla çox şeydən danışdıq, ləyaqətdən, ədəbiyyatdan söhbət getdi. Soruşdu ki, necə olub bu yazı çıxıb? Dedim ki, telepatiya yolu ilə. Dedi ki, “zarafat eləməyin, necə olub“? Mən yazılı şəkildə izahat verdim ki, telepatiya yolu ilə. Əlbəttə ki, yalan idi, dedim (gülür).

isə danışdıq, söhbət elədik, inandırmağa çalışdı ki, o, ləyaqətsiz işlər görmür. Düzüiçimə şübhə toxumu səpə bilmişdi. Fikirləşdim ki, bəlkə onu kiminləsə səhv salırlarÇünki onda qadının saçından tutub sürümək potensialını görmədim. Fikirləşdim ki, bu adam ləyaqətdən, dürüstlükdən danışır. Ertəsi gün təcridxananın digər nümayəndəsi gəlib mənə akt təqdim elədi. Yazılmışdı ki, mən mayor Fəqan Yaqubova Nizamnamədənkənar, təhrikedici, təhqiredici söhbətlər eləmişəm. Qəribə bir formul vermişdilər. Belə başa düşdüm ki, Fəqan Yaqubovun psixikasına pis təsir elədiyim üçün barəmdə akt tərtib olunub. Həmin o ləyaqətdən danışan adam bizim onunla dostcasına söhbətlərimizdən şikayət edib. Bilmirəm, bəlkə mən o söhbətdə həqiqətən onu sarsıtmışam, xəbərim olmayıb. Nə isə. Akt gətirdilər, mən təbəssümlə qarşıladım.

yaxud vəkillərimdən ya ailə üzvlərimdən gələn məktubları verirdim ki, alın oxuyun, sonra qaytarın özümə. Söhbət şəxsi, heç bir siyasi anlam daşımayan məktubdan gedirdi. Əməkdaşlar çox sevincək şəkildə gedirlər akt tərtib eləməyə, guya onu mənim üzərimdə aşkarlayıblar. Amma yalan danışırdılar. Mən deyirdim ki, ayıb olsun sizə, başqa deyəcəm. Zatən onlardan dürüstlük gözləmək sadəlövhlük olardı.

Həcc yazısından sonra təcridxana dəymişdi birbirinə. İkinci yazıdan sonra məni karsasaldılar. Yenə mayor Yaqubov gəldi, məni oradan çıxarıb, təcridxananın rəisinin yanına apardılar. Rəisə dedim ki, “Azər müəllim, əgər hesab edirsinizsə kimənə cərimə təcridxanasında pisdir məni oradan çıxarmaq istəyirsiniz, lazım deyilora xoşuma gəlir. Çünki bizim kameranın pəncərəsindən ayulduz, ağac görünmüramma cərimə kamerasının pəncərəsindən görünür. Mən orada qalmaq istəyirəm“. Ondan sonra məni daha cərimə kamerasına salmadılar. Hər yazıdan sonra cərimə kamerasına salınsaydım, bu barədə məlumatlar mətbuatda gedəcəkdi bu da yaxşı olmayacaqdı. Yəqin bunu fikirləşiblər. Amma çox çalışırdılar öyrənsinlər ki, yazıları necə ötürürəm. Kamerada da əməkdaşlıq elədikləri bir adam vardı, onlara məlumat ötürməyə çalışırdı. Mən bunu bilirdim həmin adam vasitəsilə onlara yanlış məlumat ötürürdüm. Oyun idi, onlar mənimlə oynayırdılar, mən onlarla.

Deyəsən, məhkəməyə gətiriləndə orada zirzəmidə sizi digər qadınlardan ayrı saxlayırdılar

Ümumiyyətlə, təcridxanada mən kameradan çıxanda dəhliz boşaldılırdı ki, heç kimi görməyim. Hətta həyət boşaldılırdı, hamını qovurdular. Özümü Kəmaləddin Heydərov kimi hiss eləyirdim. İlham Əliyev üçün necə dəhliz açırlarsa, mənim üçün də eləcə dəhliz açırdılar. Vəkillə görüşə gedəndə hamını salırdılar otaqlara, qapıları bağlayırdılar. Vəkillər şüşədən mənimlə salamlaşanda onlara gedib deyirdilər kieləməyin.

Vəkillərdən söz düşmüşkən, Elton Quliyevin ölümü

Çox ağır oldu. Elton müəllimin xəstə olduğunu bilirdik. Deyəsən, elə birinci bizə demişdimənə, sonra da İntiqam müəllimə. Ona görə yox ki, bizdən dəstək gözləyirdi, sadəcə, istəyirdi, biz təsəlli tapaq, anlayaq ki, həbsdən daha ciddi problemlər ola bilər. Xəstə olduğunu mən biləndə, hətta ailəsinə deməmişdiƏməliyyatdan sonra çox ümidli idim ki, Elton müəllim sağalar, amma sağalmadı. Elton müəllim yandırdıÖlümü çox yandırdı bizi. Amma çox ümidli idim, hətta istintaqın sonu idi, cinayət işinin materialları bütün vəkillərə göstərilməli idi. Elton müəllimlə də əlaqə saxlaya bilmirdilər. Mənə dedilər ki, “vəkildən imtina məktubu yaz, biz işi tamamlaya bilək“. Mən bunu eləməkdən imtina elədim. Dedilər ki, “o onsuz da xəstədir, prosesdə iştirak edə bilmir“. Yenə razılaşmadım. Nəhayət, bir çözüm tapdıq, yazdım ki, “bu mərhələdə materiallarla tanış olmamasına etiraz eləmirəm, digər vəkillərimin tanış olması kifayətdir“. Amma məhkəmədə gözüm qapıda idi.

Dəfələrlə məhkəmədəki çıxışlarınızda da bildirmisiz ki, sizi İlham Əliyevin sifarişilə həbs eləyiblər

Elədir. Çünki araşdırmalarımın əsas hədəfi İlham Əliyev onun ailə üzvləri olubBu ölkədə hansısa məşhur jurnalistin onun sanksiyası olmadan həbsi mümkün deyil.

Davanız davam edir, yoxsa bitdi?

Mən tam bəraət alana qədər hüquqi müstəvidəki dava bitməyəcək. Mən tam bəraət və itirdiyim günlərə, saatlara görə hökumətdən kompensasiya alacağam. Güman edirəm ki, onsuz da hökumət mənimlə bağlı beynəlxalq tənqidlərlə üzləşdiyi üçün lobbi işinə çoxlu pul xərcləməli oldu. Onsuz da Azərbaycan hökumətini ciddi xərcə salmışıqamma işimiz davam edir. Tutmayaydılar, problemlə üzləşməyəydilər.

Avropa Məhkəməsində sizin hüquqlarınızı Amal Kluninin müdafiə etməsi məsələsində fikirlər birmənalı olmadı. Onun təklifinə razılıq verdiyinizə görə sizi qınayanlar da oldu

Dünyaya bir az daha geniş bucaqdan baxmaq lazımdır. Sivil dünyadahansı millətdənsən“, “hansı millətdən olan adamlarla dostluq edirsənkimi suallar çox yersiz  əcaib görünür. Sivil dünyada mədəni insanlar birbirinə o sualları vermir. Buməsələnin bir tərəfi.

Mən həbsə düşməmişdən əvvəl düşünürdüm Medianın Hüquqi Müdafiə İnstitutundan da xahiş eləmişdim ki, Amal Kluninin namizədliyini nəzərdən keçirsinlər. Mən onun əvvəllər Ermənistan hökumətini müdafiə etməsindən xəbərdar deyildim səbəb o deyildi. Səbəb o idi ki, Amal Kluni dünyada insan haqları ilə bağlı bir çox məşhur işlərə çıxıb. Mən həbs olunandan sonra bu sifarişi bir daha təkrarladım. Yəni Amal Klunidən əvvəl mənim təklifim olub. Çünki mən həbs olunandan az sonra televiziyada onun Misirə gedib, orada kifayət qədər təhlükəli şəraitdə misirli jurnalistləri müdafiə etməsi barədə xəbərlər eşitdim. Misirli jurnalistləri müdafiə eləyəndə heç kimin ağlına gəlmədi soruşsun ki, o, vaxtsa yəhudini müdafiə edib, ya yox. Çünki bu cür suallar vermək, ümumiyyətlə, ayıbdır. Ermənistan hökuməti onun yüksək peşəkar xidmətindən istifadə edib. Mən Amalın peşəkar kimi mənə göstərdiyi hüquqi yardımdan çox razıyam. Mən buradakı vəkillərimin rolunu azaltmaq istəmirəm, olduqca böyük görüblər. Amma etiraf etmək lazımdır ki, bu, keyfiyyət baxımından başqa mərhələdir. Bəlkə ona görə ki, onun böyük bir ştatı var, həm də vəkillərim, dostlarım ona əllərindən gələn yardımı göstəriblər. Həm sırf hüquqi yardım baxımından, həm kampaniyanın gedişində Amal olduqca uğurlu seçim idi.

Amal məni pulsuz müdafiə eləyir. Amma ona böyük məbləğdə pul versəydim də, onun hər qəpiyini haqq eləyirdi. Adam yaxşı vəkildi. İndi mən yaxşı vəkili seçməməliyəm ki, burada hansısa mağara təfəkkürlü adamlar mənasız suallar verir? Amalla bundan sonra ünsiyyət imkanım daha geniş olacaq. Çox istərdim ki, Qarabağ münaqişəsilə bağlı azərbaycanlı qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsində hüquqlarının müdafiəsilə bağlı onu vəkil seçsinlər.

– Belə fikir vardı ki, həbsxana qadını qocaldır, baxımsız edir. Siz əksini sübut elədiniz…

– Həbsxanada görünüşünə diqqətlə yanaşan tək mən deyildim. Çöldə özümə diqqət yetirməyə o qədər vaxtım olmurdu. Həbsxanada buna daha çox vaxtım olurdu. Üstəlik, həbs olunanda özümə bir vəd verdim ki, mən burada qocalmayacağam, burada illər adamın ömründən yox, həbs müddətindən gedir. Məsələni belə qoydum və daim gülümsəyirdim. Hətta təcridxananın işçiləri bir neçə dəfə soruşublar ki, niyə gülümsəyirsən? Mən də cavab verirdim ki, siz də gülümsəyin, qaraciyəriniz sevinsin. Adam gülümsəyəndə qaraciyəri sevinir.

– Deyəsən, həbs olunanda ananızdan da vəd almısınız ki, ağlamayacaq?

– Mən anama demişdim ki, ağlama. Anam da ağlamadı. Bir-iki dəfə gözləri yaşardı. Ürək əməliyyatından sonra kövrəkləşmişdi. Amma ağlamadı. Mənim də bir-iki dəfə gözlərim yaşarıb, o da anam xəstələnəndə olmuşdu. Özümün durumumla bağlı isə heç ağlamadım.

– Azadlığa çıxmaq xəbərini necə aldınız?

– Mənə cəzaçəkmə müəssisəsinin rəisi dedi. Gözləmirdim. Həmin gün görüş günü idi və anamla görüşmüşdüm. Seymurla, İlqar Məmmədovla bağlı qərarlardan sonra özümlə bağlı da gözləmirdim. Amma oldu da…

 

Aytən Məmmədova

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button