Xəsarət alan 5 neftçi yenidən xəstəxanaya yerləşdirildi

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 5-i yenidən Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

Xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib ki, onlar son üç gün ərzində müxtəlif narahatlıqlarla bağlı müraciət ediblər:
“Qarayev Coşqun, Mikayılov Seymur, Yusifov Roman, Yusifov Mahal və Məlikov Ehtiram xəstəxanaya yenidən müraciət edib. Yenidən xəstəxanaya müraciət edənlərin əksəriyyəti psixi pozuntu, ürək bulanması, təzyiq və baş ağrılarından şikayət ediblər. Baş ağrıları və təzyiq hadisə zamanı kəllə-beyin travması almaları ilə bağlıdır. Digərləri isə nevroloji problemlərdir. Bu da yenə hadisə zamanı keçirdikləri streslə əlaqədardır. İlk günlər bunu hiss etməyiblər, lakin zaman keçdikcə psixoloji problemlər üzə çıxır. Xüsusən də yatanda və səs-küylü yerlərdə bu narahatlığı daha tez hiss edirlər”.
A.Fətəliyeva bildirib ki, müraciət edənlərin hamısı terapiya şöbəsində stasionar müalicəyə cəlb edilib. Bununla da xəstəxanada müalicə alanların sayı 19-a çatıb. publika.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button