“Xəstəxanalarda yer olmayacaq”-Operativ Qərargah həyacan təbili çalır

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.

Musavat.com xəbər verir ki, mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva vətəndaşlara müraciət edərək vəziyyətin ciddiliyini qəbul etmələrini tələb edib.

“Təəssüflər olsun ki, vətəndaşlar vəziyyətin ciddiliyini qəbul etmir. Pandemiya vəziyyətində yaşayırıq. Bütün dünya bundan əziyyət çəkir. Proses çox ciddi hal alıb. Xəstəxanalarda yer olmayacaq. Vətəndaşlara qəti şəkildə deyirik, tələb edirik ki, çölə çıxmayın. Özünüzü izolyasiya edin” – deyə Yaqut Qarayeva bildirib.

Yaqut Qarayeva söyləyib ki, bu günə qədər 30 minə yaxın vətəndaş testdən keçirilib.

“Bu testlər Almaniya istehsalıdır və çox maliyyə tələb edən testlərdir. Bu həm də zaman tələb edir. Bu günə qədər bütün testlər dövlət hesabına edilib. Məndə olan məlumata görə, laboratoriyalar qurulur. Artıq bu istiqamətdə işlər görülür” – deyə TƏBİB rəsmisi qeyd edib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli də bu məsələ ilə bağlı açıqlama verib. Deyib ki, virusun yayılması xəstəliyin sağalmasını üstələyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button