Xəzərdə balıqların tələf olmasının səbəbi açıqlanıb

“Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır”​.

Bunu iyulun 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.

O qeyd edib ki, Xidmətin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları əraziyə baxış keçirib. Suda və tələf olmuş balıqlardan nümunələr götürülüb: “Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib”.

Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda oksigenin miqdarı qeyri-optimal səviyyəyədək – 2.2-2.5 mq/litrədək (norma 6 mq/litr) azalıb. Buna görə də balıqlar tələf olub.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Xəzər dənizinin sahillərində xırda balıqların kütləvi ölümü ilə bağlı görüntülər yayılmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button