Xəlil Rza Ulutürkün həyat yoldaşı məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, prosesdə zərərçəkmiş şəxs qismində F. Ulutürk ifadə verib.

 

O qeyd edib ki, xalq şairi X. R. Ulutürkün kitablarını nəşr etdirmək üçün təqsirləndirilən şəxsə 4 min manata yaxın pul verib. O, dəymiş ziyanın ödənilməsini tələb edib.

 

İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

 

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

 

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button