“Xəmsə”nin sahibi bir-birinə zidd ifadələr verdi

Sentyabrın 20-də keçirilən məhkəmənin stenoqrammının II hissəsi

Mürvət Həsənli:   ” Mən Akif müəllimə borc vermişəm, Xanoğlana heç nə verməmişəm.”.

Əvəz Zeynallı: ”  Bu adam dəfələrlə hamıynan söhbət eləyib və deyib ki, mən Əvəzə pul verməmişəm. Mən bilirəm, axı, mən yaxşı bilirəm ki, bu adam “təkərdə”dir. Təkər onu hara aparır, ora da gedir, başqa yerə gedə də bilməz axı…”

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədliyilə “Xural” qəzetinin hazırda həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallının məhkəmə işinə baxılıb. Bu dəfə məhkəmədə “Xəmsə” restoranının sahibi Mürvət Həsənli şahid qismində ifadə verib. Hakim şahidə xatırladıb ki, məhkəmədə yalan ifadə verdiyi təqdirdə onun haqqında AR Cinayət Məcəlləsinin 297 və 298-ci maddələrilə cinayət işi açıla bilər. Proses zamanı şahidin dediklərində ziddiyyət yarandığından məhkəmənin stenoqramını təqdim etmək qərarına gəldik.

Hakim

–        İstintaq materiallarının 224-226 vərəqlərində olan Həsənov Mürvət Tapdıq oğlunun ifadəsi: “Bildirirəm ki, ailəmlə birlikdə Bakı şəhərində yaşayıram, “Xəmsə” MMC-in icraçı direktoruyam. Akif Məmmədovu təxminən 2004-cü ildən “Xəmsə” restoranına gəlib-gedən müştəri kimi tanıyıram. Bundan sonra onunla dostluq münasibətlərimiz yaranıb, xeyirdə-şərdə hər zaman bir yerdə olmuşuq. Bildirirəm ki, 2000-2008-ci illərdə A.Məmmədov “Kurort” ASC-nin sədri işləyib. Hazırda o müvəqqəti olaraq işləmir. Göstərirəm ki, təxminən 2006-cı ildə A.Məmmədovun oğlu vəfat etdi. Təxminən 2007-2008-ci illərdə A.Məmmədov şikayətləndi ki, “Xural” qəzeti ondan əl çəkmir. Silsilə məqalələr dərc edir. Dostum A.Məmmədov o zaman Ə.Zeynallı ilə görüşüb, söhbət etsə də məqalələrin çapı davam etdirilib və həmin müddətdə Akifə məqalələrin dərcinin pis təsir etdiyini görüb, ümumi dostumuz Xanoğlan Muxtarov məndən xahiş etdi ki, bir həmyerli kimi “Xural”ın baş redaktoru Əvəz Zeynallıdan A.Məmmədov barəsində məqalələrin dərcini dayandırmasını xahiş edim. O zaman mən və Vüqar Ə.Zeynallıdan A.Məmmədovun barəsində məqalələrin çapını dayandırmasını xahiş etdik. Bir müddət məqalələrin dərci dayansa da həmin məqalələrin dərci yenidən silsilə şəklində dərc olunmağa başladı. Artıq A.Məmmədov işdən çıxdıqdan sonra da o məqalələrin dərci davam etdirilirdi. Bu məqalələrin dərcinin A.Məmmədova pis təsir etdiyini görüb Xanoğlan və Vüqarla bir yerdə məsləhətləşib qərara aldıq ki, Akifə köməklik məqsədilə Əvəzlə görüşüb, bir daha söhbət edib, məqalələrin çapını dayandırmağı xahiş edək. Bu zaman Xanoğlan Muxtarov məqalələrin çapının dayandırılması ilə bağlı istəyini bildirdikdə Vüqar və mən Ə.Zeynallıya çatdırılması üçün Xanoğlana pul vemək qərarına gəldik. 2008-ci ilin təxminən yaz-yay aylarında Ə.Zeynallını Nərimanov parkındakı çayxanaya dəvət etdik və ondan qəzet səhifələrində A.Məmmədov barəsində məqalələrin çapının dayandırılmasını xahiş etdik. Xanoğlan isə bunun üçün ona pul verməyə hazır olduğunu bildirdi. Söhbət zamanı Ə.Zeynallı bildirdi ki, A.Məmmədov ona qəzetin çapı üçün maddi yardım göstərməyə söz versə də, onu aldadıb və Akifin onu aldatması ona pis təsir edib. Ona görə də məqalələrin dərcini davam etdirir. Ə.Zeynallı ilə növbəti gün görüşməyi qərara aldıq. Xanoğlan ilə öz aramızda pul toplanması məsələsini həll elədik. Mən özüm çıxarıb Xanoğlana 1000 ABŞ dolları pul verdim, Vüqar da eynilə mənim kimi çıxarıb ona 1000 ABŞ dolları pul verdi. Mənim bildiyimə görə, 1000 ABŞ dolları A.Məmmədov özü də Xanoğlana pul vermişdi. Xanoğlan da özü də Əvəzə vermək üçün 1000 ABŞ dolları pul vermişdi. Qeyd etdiyim kimi, növbəti gün Ə.Zeynallı ilə həmin yerdə – Nərimanov parkındakı çayxanada Vüqar və Xanoğlan görüşdülər. Bu zaman mən özüm qonşu stolda A.Məmmədovla bir yerdə oturub çay içirdik. Təxminən 10-15 dəqiqədən sonra Əvəz Xanoğlan və Vüqardan ayrılıb getdi. Onlar bizim stola yaxınlaşdılar və Ə.Zeynallıya 4 min ABŞ dolları pul verdiklərini dedilər və bildirdilər ki, Əvəz bir daha Akif barəsində yazmayacaq. Ə.Zeynallı A.Məmmədov barəsində bir daha yazı yazmayacağına söz versə də, bir neçə aydan sonra A.Məmmədov barəsində “Xural”ın səhifələrində məqalələrin çapı bərpa olundu. Pul verdiyimizə görə, Əvəzin bu hərəkəti hamımıza çox pis təsir etdi. Ən çox da Xanoğlan Muxtarova pis təsir etmişdi və o deyirdi ki, Ə.Zeynallıya verilmiş 4 min ABŞ dollarını geri istəyəcək. Bu zaman isə A.Məmmədov məqalələrin dərcinə əhəmiyyət verməməyi bildirib, X.Muxtarovu sakitləşdirdi.

Sual:

–        İş üzrə X.Muxtarov Ə.Zeynallıya pulu verərəkən Ə.Zeynallı ona pulun manatla deyil, dollarla verildiyinə narazılığını bildirmişdir. Bu haqda istintaqa nə göstərə bilərsiniz?

–        Bildirirəm ki, Ə.Zeynallıya pul verilən görüşdən sonra Xanoğlan mənə və Akifə bildirdi ki. Əvəz pulun manat deyil, dollarla verilməsinə narazılıq edib.

–        Ə.Zeynalovun A.Məmmədov barəsində qərəzli məqalələr dərc etməməsinin müqabilində pul verilməsində daha kimlərin rolu olub? Pul veriləndə Xanoğlan və Vüqardan başqa bir başqası iştirak edibmi? Həmin pul nə vaxt verilib?

–        Göstərirəm ki, Ə.Zeynalova Xanoğlan Muxtarov pul verəndə Vüqar və Xanoğlandan başqa stol arxasında kimsə yox idi. Mənimlə Akif qonşu stolun arxasında oturub, baş verənləri kənardan izləyirdik. Stollarımız arasında təxminən 30 metr məsafə olardı. Ə.Zeynallı isə pulu mən gördüyümə görə, X.Muxtarob 2008-ci ilin yaz-yay aylarında verib.

–        İstintaq prosesində Vüqar və Xanoğlan Ə.Zeynallya 4 min ABŞ dolları verərkən stol arxasında oturub sizin yolunuzu gözləyiblər. Bu haqda nə deyə bilərsiniz?

–        Göstərirəm ki, mən həmin ifadələrdə heç bir ziddiyyət görmürəm. Əvəzə pul verilməsi söhbətlərində yaxından iştirak etdiyimdən Xanoğlan və Vüqar mənim yaxın yerdə stol arxasında oturmağımı bildirirdilər. Yadımdadır ki, Akiflə mən başqa stolda əyləşib, Əvəzlə Xanoğlan və Vüqarın danışıqlarının başa çatmasını və pul verməsini gözləmişik, sonra da hadisələr yuxarıda göstərdiyim kimi olub.

–        İfadənizə başqa əlavələriniz varmı?

–        Xeyr, ifadəmə başqa əlavəm yoxdur, ifadəmi oxudum. Mənim sözlərimlə düz yazılmışdır. İmzamla təsdiq edirəm – Həsənov Mürvət Tapdıq oğlu”

Mürvət Həsənov:

–        Mən sual-cavab hissəsindən xəbərdar deyiləm. Onu mən yazmamışam…

Hakim:

–        İfadənin axırında öz əlinizlə yazmısınız.

Prokuror:

–        Bildirmisiniz ki, burada yazılanları öz imzamla təsdiq edirəm. Siz təsdiq edəndən sonra müstəntiq bura nəsə əlavə eləyə bilər?

–        Yəni, xatırlamıram. Bəlkə də əvvəlcədən yazılıb. İndi oxuyanda əvvəli tam yadıma düşdü, sonu isə yadıma gəlmədi.

–        İfadənizi təsdiq edirsinizmi?

–        Bəli.

Ə.Zeynallı:

–        Yəni, ilkin istintaqa verdiyin ifadəni təsdiq edirsən?

–        Bəli.

–        Daha niyə nağıl danışırsan, burda?

–        Bu adam dəfələrlə hamıynan söhbət eləyib və deyib ki, mən Əvəzə pul verməmişəm. Mən bilirəm, axı, mən yaxşı bilirəm ki, bu adam “təkərdə”dir. Təkər onu hara aparır, ora da gedir, başqa yerə gedə də bilməz axı… İfadəndə ziddiyyət var. Bayaq dedin ki, mən ümumiyyətlə orda olmamışam, Ə.Zeynallı ilə bağlı bu işdən də xəbərim yoxdur. Bir sözlə bu işin içində deyiləm. İndi də istintaqa verdiyin o ifadəni təsdiqləyirsən ki, əvvəldən bu işin içindəyəm, pul vermək də mənim iştirakım ilə olub. Sənin dediklərini necə başa düşək? İndi düz deyirsən, indi danışdığını düz hesab eləyək?

–        İndi danışdığımı düz danışıram, real danışıram. Mən bu işin içində deyiləm.

–        Mürvət Həsənov, hakim ifadənizi oxudu, bəlkə yenə oxusun? Səsi də çox yaxşıdır, lazım gəlsə, yenə xatırlada bilər. Sən ifadən də deyirsən ki, sən əvvəldən axıradək işin içində olmusan.

–        Mən işin içində necə ola bilərəm ki? İşin içində olmağım üçün gərək səninlə mən söhbət edəm.

–        Mən sənə başqa nəsə demirəm. İfadəndə yazmısan ki, başından sonunadək mən bu işin içindəyəm.

–        Mən orada yazmamışam ki, başından axıradək qədər bu işin içindəyəm.

–        Möhtərəm hakim, həmin yeri bir də oxuyun. Bir də… Burada çox sual yaranır. Sənin burada danışdığını əsa götürək, yoxsa istintaqa verdiyin ifadəni?

–        Onu da mən yazmışam, burda da mən danışıram. Amma hər halda danışmaq daha mox reallıqdır da…

–        Demək, burada danışdığını əsas götürək də…

–        Reallıq budur da…

–        Demək, sən bu işin içində olmamısan?

–        Yox. Mən bu işin içində olmamışam. Sən bilmirsən ki, mən bu işin içində olmamışam?

–        Mən çox şey bilirəm. Səndən soruşuram.

–        Yox, mən bu işin içində olmamışam.

Hakim

–        İfadənizi elan edirik. İfadənizdə göstərilən hallarla, hal-hazırda məhkəmədə verdiyiniz ifadə arasında kəskin ziddiyyət var. Siz burada göstərirsiniz ki, həqiqətən də məhz bu məqsədlə özüm şəxsən 1000 manat vermisiniz və sonra da qaydanı izah etmisiniz ki, kim harda oturub, kim necə pulu verib? Baxın burada ziddiyyət yaranır. İlkin ifadənzlə məhkəmədə verdiyiniz ifadə arasında niyə bu qədər kəskin ziddiyyət yaranır. Bunu nə ilə izah edə bilərsiniz?

 

Prokuror:

–        Özü də bayaq qeyd etdi ki, istintaqa verdiyi ifadəni təsdiqləyir.

M.Həsənov:

–        Mən Akifin mənə dediyi sözü bir daha xatırladıram. O məndən borc alıb. Çünki, onunla sonradan yaranmış yaxşı münasibətlərinə görə, qəzetə kömək etmək istəyib. Mən də ona görə Akifə borc pul vermişəm…

Ə.Zeynallı:

–        Özün də ayrılıqda min dollar veribsənmi?

–        Yox… Yox… Yox…

–        Amma ifadəndə bildirmisən ki, hərəməz min dollar – sən də cibindən pul  çıxarıb vermisən. Bu ziddiyyət necə, sən mənə pul vermisənmi?

Prokuror:

–        Xanoğlan Muxtarov vasitəsilə…

Ə.Zeynallı:

–        Sən alın bu pulu Ə.Zeynallıya verin ki, o A.Məmmədovun oğlu haqqında yazmasın” kimi ifadə vermisənmi?

–        Yox. Akif müəllim, sadəcə qəzetə kömək məqsədilə məndən min dollar pul istəyib. Sadəcə kömək məqsədilə…

–        Demək A.Məmmədov sənə deyib ki, Mürvət mənə min dollar pul ver, mən qəzetə kömək edəcəm?

–        Hə, elə deyib.

–        Lap yaxşı.

Prokuror:

–        A.Məmmədovun xəbəri var idimi ki, siz onun yerinə pul vermisiniz?

–        Mən pulu onun özünə vermişəm.

Hakim:

–        Bəs, onda istintaqa nə üçün bu cür ifadə vermisiniz?

–        Mən Akif müəllimə borc vermişəm, Xanoğlana heç nə verməmişəm.

Ə.Zeynallı:

– Guya ki, siz mənə pul verəndə, sən həmin çayxanada olmusan…

– Mən çox sonra ora gəlmişəm.

– O proses zamanı orada olmusan, omamsısan?

– Təbii ki, olmamışam.

– Digər ifadələrdə var ki, Mürvət də orda oturub.

– Mən həmin dövrdə səninlə danışmırdım, necə səninlə bir yerdə otura bilərdim?

– Sən əgər mənimlə danışmırdınsa, o zaman Akifin məsləsini necə həll edirdin?

– Mən bəyəm burda dedim ki, görüşüb, Akifin məsələsini həll elədik?

– Bəs, bayaqdan deyirsən ki, bir neçə dəfə görüşdük, Akif müəllimin xahişini elədim.

– O hadisə 2006-cı ildə olub.

– Bəs, bu hadisə nə vaxt olub?

– 2008-ci ildə…

– Maraqlı izahdı… Yəni biz 2006-cı ildə olan məsləni 2006-cı ilədək davam etdirmişik?

– Yox. 2006-cı ildə mən səndən Akifin sanatoriya məsələsilə bağlı səndən xahiş etmişəm.

– Nə ittiham aktında, nə ibtidai istintaqda sanatoriya ilə bağlı məsələ açıqlanmır.

– Mən indi xatırlatdım ki, həmin dövrdə mən səndən xahiş etmişəm. Mən Akifin oğlu ilə bağlı məqalə yazmamağı səndən xahiş etməmişəm.

– Amma biz ittiham aktından bəs edirik ki, siz yığılıb guya mənə pul vermisiniz. Bu nə vaxt olub?

– 2008-ci ildə.

– Nə vaxt?

– Yaz-yay aylarında.

– Mürvət, sənin xəbərin varmı AR CM-nin mənim üzərimə qoyduqları 311.3.2 maddəsi nə ilə bağlıdır?

– Yox.

– Bu maddəni sizin verdiyiniz ifadədən sonra haqqımda açıblar – təkrar rüşvətalma – 8 ildən 12 ilədək, cəzası var.

– Bizə görə yox. Sən bizdən daha yaxşı bilirsən ki, kimə görə…

– Mən sizdən yaxşı çox şey bilirəm. Sadəcə sənə izah etməyə çalışıram ki, 2008-ci ilin yaz-yay aylarında, ümumiyyətlə 2006-2008-ci illərdə rüşvət vermək olurmu? Sən ümumiyyətlə, fərqindəsənmi, nə danışırsan?

– Mən 2006-cı ildə Akif müəllimin sanatoriyası ilə bağlı səndən xahiş etmişəm.

– Bəs, bu hadisə?

– Onun oğlu ilə bağlı olan hadisədir. Mə bu məsələni səndən xahiş etməmişəm.

– Sən bu məsələnin içində varsan, yoxsan?

– Yoxam.

– İfadələrdə göstərildiyi kimi, çayxanada olmamısan.

– Yox, olmamışam.

– 30 metr məsafədən də məni müşahidə etməmisən.

– Mən gəlmişəm, ora, amma sən gedəndən sonra…

– Yəni sən məni, mənə pul verən zaman 30 metr kənardan izləməmisən?

– Yox. Mən heç nə görməmişəm.

– Demək müstəntiqin səninlə apardığı sual-cavabın heç biri orada olmayıb?

– Olmayıb.

– Min manat mənə nə üçün verilmişdi?

– Akif müəllim qəzetə kömək etmək istəmişdi.

– İfadəndə göstərilib ki, Xanoğlan sənə deyib ki, yəqin Əvəzin umacağı var…

– Mən o söhbətlərin heç birində iştirak etməmişəm.

– Oktyabrın 28-də mən həbs olunandan sonra necə oldu ki. Sən KQMİ-nə gəldin? Səni ora kim çağırdı? Özün müraciət elədin?

– Dekabrın 10-da mənə zəng vurdular, onda mən Moskvada olmuşam, məni çağırıblar, demişəm 18-də Bakıya gələcəm. Dekabrın 19-da səhər yenidən mənə zəng olub.

– Mürvət Həsənov, 2011-ci il dekabrın 10-a qədər belə çıxır ki, ümumiyyətlə, sən bu prosesin içində olmamısan?

– Səhv eləmirəmsə, birinci dəfə noyabrın 7-8də məni KQMİ-nə Azad Fətullayev dəvət eləyib, soruşub ki, niyə oktyabrın 28-də sənin yanına –redaksiyaya gəlmişəm. Dostluğumuzla bağlı soruşub.

– Mənim işimə bu məsələnin nə dəxli var idi? Yaxşı demək həmin vaxta qədər KQMİ-nə getməmisən?

– Mən o vaxta qədər, heç bilmirdim ki, KQMİ harada yerləşir. Noyabrın 7-də KQMİ-də yarım saat, bir saat Azad müəllimin yanında olmuşam…

– Amma bu məsələ ilə bağlı olmamısan?

– Yox.

– Yaxşı bu məsləyə sən haradan gəldin? Necə oldu ki, sən də 311.3.2-də oldun?

– Yəqin ki, Xanoğlanla Vüqarın izahatlarından sonra gəlib, çıxmışam.

– Belə çıxır ki, səni bu işə gətirən Akif müəllimlə, Xanoğlanın izahatı olub?

– Onlar mənim də adımı çəkiblər, ondan sonra da məni ora çağırıblar.

– Bir çox epizodlarda mən bir-bir şahidərdən soruşuram ki, sizi KQMİ-nə gətirən səbəblər nədir? Məsələn, Xanoğlanı gecə saat 3-də yerindən qaldırıb, aparıblar.

– Səbəbini özündə bilirsən, təxmini bilirsən, axı… Bəyəm KQMİ-də əllərinin ovuclarını iyləmişdilər ki, bizi ora çağırsınlar?

–  Mən də bayaqdan onu demək istəyirəm. Mən “əlinin içini iyləyəni” səndən soruşuram.

– “Əlinin içini iyləyəni” yəqin ki, sən də bilirsən.

– Bura Ağır Cinayətlər Məhkəməsidir, burada “yəqin” kimi təxminlər işlənmir. Mənə qarşı cinayət işi açılıb, mənə qarşı bir yığın plan qurulub. O planın içində siz də varsınız. Mən heç nə bilmirəm. Bildiyim şeylər də ayrıdır. Mən soruşuram ki, Mürvət Həsənov sən burda nə gəzirsən? Mən çox yaxşı bilirəm, kimin bostanına daş atmışam, kim o daşdan sonra mənə top gülləsi atıb. Mən bunları bilirəm. Soruşuram ki, – bunu Xanoğlandan da, Akifdən də soruşmuşam – onlar da deyiblər ki, “öz kəndçindən soruş”, mürvətdən soruş…

– Onlar heç bir zaman mənim adımı çəkməzlər. Heç kəs Mürvətdən soruş, deməz.

– Hakimdən tutmuş, zalda ən arxa yerlərdə oturan adamlara qədər yaxşı eşidiblər. Protokola da qeyd olunub.

– Birincisi, heç kəs, deməz ki, Mürvətdən soruş. Onların da deməsinin ayrı məqsədi var . Sənin kəndçin də tək mən deyiləm.

– Onda 3-cü dostumuz Vüqardan soruşaq. Ay Vüqar, mənim kəndçim kimdir?

M.Həsənov:

– Kənddə iki min adam yaşayıb, o hardan bilsin ki? Sən bilmirsən, bəyəm kimdir?

Ə.Zeynallı:

– Mən hardan bilə bilərəm, axı… Bilirsənsə, de kimdir?

– Sən bilməsən də, Nizami də yaxşı bilir kimdir.

– Kimdir bu adam?

– Mən deyiləm.

– Demək sən deyilsən?

– Yox. Mən deyiləm 100 faiz…

– Mən həbs olunan gün, bir neçə dəfə mən zəng vurub, redaksiyaya gəlmişdin… Sən də, Vüqar da…

– Bəli. Vüqarı mən çağırmışdım.

– Nə yaxşı gəlmişdiniz?

– Ondan bir gün əvvəl Asif mənə zəng vurmuşdu, dəqiq yadımdadır. Axşam da 3-cü dostumuz burdakı Vüqar zəng vurdu. Sonra da mən özüm istədim.

– Burdakı Vüqarın və Asifin şahid qismində dindirilməsini istəyirəm.

Hakim:

–  Şahid zalı tərk eləsin.

–        Həmin günün səhəri Hacı Asif mənə zəng vurmuşdu, onunla bağlı sənin redaksiyana gəlmişdim.

–        Sən neçə dəfə zəng vurdun, mən sənin telefonunu götürmürdüm.

–        Mən zəng elədim, sən götürmədin, sonra Nizamiyə zəng vurdum. Sonra danışdıq, gəldik 5 dəqiqə oturmamışdıq ki, telekanaldan sənə zəng vurdular. Sən də dedin ki, probkadayam, gəlirəm.

–        15-20 dəqiqə oturduq.

–        Yanında bir kişi oturmuşdu, ondan soruşdun ki, məni ora apararsan, o da “benzinim yoxdur”, ya da nəsə dedi, ondan sonra Vüqar dedi ki, mən apararam. Danışdıq ki, sən televiziyadan çıxandan sonra oturub, orda çay içərik.

–        Hə…

–        Redaksiyaya gəldiyin gün dedin ki, bəs biz burda nəyik, kömək eləməyə gəlmişik. Nə qədər pul gətirmişdin mənə?

–        Mən sənə pul gətirmişəm, deməmişəm…

–        Dedin, nə qədər lazımdır, kömək eləyək.

–        Mən sənə dediklərimi dəqiq xatırlayıram. Mən sənə dedim ki, mən sənə nə kömək edə bilərəm. O da cərimələri nəzərdə tutaraq demişəm.

 

Ardı var

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button