Xaç qayınatası -VII

VII yazı

…Yeganə günahları isə Nazarbayevə qarşı çıxan eks kürəkəninin qohumu olmaqları idi.

Sitat…

Dəriğə Nazarbayeva:
“Mənim həyat yoldaşım Rahat Əliyev sayılıb-seçilən bir ailədəndir. Onun atası akademik, tibb elmləri professoru, ölkədə və onun sərhədlərindən çox uzaqlarda da tanınan ən məşhur cərrah Muxtar Əliyevdir. İşlədiyi müddətdə on minlərlə insanın həyatını xilas edib. Səhiyyə sahəsində göstərdiyi xidmətlərinə görə, Dövlət onu ən yüksək mükafat – “Halik kaharmanı” (Qazaxıstan qəhrəmanı) ordeni ilə təltif edib.

Rahat ona verilən bütün dövlət mövqelərində özünü doğrultdu. Artıq 2 ildir ki, Avstriyada və Avropa Birliyi Təhlükəsizlik Şurasında Qazaxıstanın səfiri kimi fəaliyyət göstərir. Niyə general Əliyevlə bəzilərini hədələyirlər? Düşünürəm ki, qanunla dost olmayan və vicdanı ləkəli bir qrup zəngin insanlar ondan qorxmalıdırlar. Rahat kompromisi sevməyən, sərt və açıq sözlü bir insandır. Əsl peşəsi cərrah-həkim olsa da, öz cərrah praktikasını ölkədəki vəziyyəti normallaşdırmaq üçün tətbiq etməyə çalışır. Əgər bədxassəli şiş aşkar olunubsa, onu mütləq kəsib atmaq lazımdır. Onun mövqeyi: qanun tələb edirsə, əməl et! Ölkədə baş verən bir çox hadisələr var idi ki, başlanğıcı Əliyevin adı ilə bağlıdır. Vergi polisinin rəhbəri kimi ilk dəfə olaraq xarici iş adamlarını yerli qanunlara hörmətlə yanaşmağa məcbur edərək onların “toxunulmazlığını” ləğv etdi. Onlar da milyonlarla qazaxıstanlıların gözündə göydən zənbillə düşən “ali təbəqədən” olmaqdan çıxaraq, hamı kimi qaydalara uyğun vergi ödəməyə başladılar. Tacikistan səfirinin narkotik maddə ilə dolu olan maşınını saxlatdırdı. Əvvəllər vergi orqanları əməkdaşlarının qapısından belə içəri girə bilmədikləri yerli şirkətlərin “toxunulmazlığını” ləğv etdi. İndi paytaxtda ən yüksək “himayədar” etibarlı mandat rolunu oynayır. Onun gəlişi ilə dövlət büdcəsində hiss olunacaq dərəcədə artım müşahidə olundu. Həmin 1996-1999-cı illər ölkəmiz üçün heç də asan keçmədi. Bəzilərinin xoşuna gəlməsə də, Rahat vergi işçilərinin, gömrükçülərin nüfuzunu və statusunu qaldırdı. Elə həmin insanlar onun Milli Təhlükəsizlik Komitəsinə gəlməyi ilə vahiməyə, çaxnaşmaya düşdülər. Burada Rahat ölkədə baş verən bütün hadisələr, yəni siyasətdə olan “hörmətli ağsaqqalların” rüşvət sövdələşmələri, onların mövcud əlaqələrinin hansı maraqlara əsaslandığı və s. barədə tam məlumat ala bilmək səlahiyyəti əldə etdi. Sözü gedənlər artıq prezidentə çatacaq məlumatları süzgəcdən keçirmək imkanından məhrum oldular. Rahata hədər yerə xalq arasında “Komissar Katani” demirdilər. O, sübut etdi ki, bir nəfər də döyüş meydanında döyüşçüdür.”

Daha bir sitat…
“Kommersant qəzeti”:
“…ən böyük rezonansı cənab Ni və Meltserin ayağına yazılan söhbətin lent yazısı doğurdu. 2007-ci il 11 iyunda lentə yazılan bu söhbət əsnasında ortaya çıxdı ki, Vladimir Ni və İqor Meltserin səsləri ilə danışanlar Qazaxıstanın Avstriyadakı eks səfiri və prezidentin keçmiş kürəkəni Rahat Əliyevin nüfuzdan salınması kampaniyası üçün plan müzakirə edirlər.

Bu lentdə… Vladimr Ninin səsi ilə danışan İqor Meltserin səsi ilə danışan həmsöhbətindən “ağanın” tapşırığına istinadən tələb edirdi ki, Əliyevin pis əməlləri barədə daha çox məlumatlar yayılsın: “Gərək elə edək ki, bu əclafın ayağının altındakı torpaq da od tutub yansın! Gəl, danışdığımız kimi, işgəncələrdən, əziyyətlərdən dərc et! Rahatı əclaf üzünü aşkara çıxarması üçün məcbur etməliyik.”

“Bu məlumatları dərc etmək üçün əlimizdə əsaslana biləcəyimiz faktlar olmalıdır” cavabına guya ki, cənab Niyə aid olan səs cavab verir ki, “ Bu, sənin işin deyil, sabah Baurjan ( DİN rəhbəri) bir də axtarış edəcək və lazımı sübutlar – barmaq kəsiyi, dərmanlar, iynələr və s. tapılacaq….”

…qalmaqalın əsas fiqurlarından olan İqor Meltser bir müxbirlə söhbəti zamanı media şəbəkəsində dərc olunan lent yazısı barədə məlumatları təkzib edərək boş şey olduğunu dedi. “Heç elə bir təlimat da almamışam. Belə bir söhbət olduğu da yadıma gəlmir. Mənim danışıqlarımı da lentə yazmaqdan əl çəkin!”

(2007 ci il, 25 oktyabr, “Nursultan Nazarbayev tora düşdü” məqaləsindən)

Zəruri izahat

Vladimir Ni – milyarder, “Qazaxmıs” metallurgiya konserninin rəhbərlərindən biri və “Vremya” qəzetinin naşiri;
İqor Meltser – “Vremya” qəzetinin redaktoru;
“Ağa” – Qazaxıstanın prezidenti Nursultan Nazarbayev.

Vyana şəhər ərazi hakiminin cinayət işləri üzrə 282 Ur 70/07Z saylı məhkəmə Qərarı
(Təsdiq olunmuş tərcümə)

Cinayət əməli üzrə işlərə dair cəza qanununa uyğun olaraq, Alma-Ata şəhər Daxili İşlər Departamentinin operativ-istintaq qrupunun rəhbərinin qərarına əsasən, Qazaxıstan Baş Prokurorluğunun 25.05.2007-ci il tarixli notasında öz əksini tapan, Qazaxıstan vətəndaşları Rahat Murtuz oğlu Əliyevin – təvəllüd 10.12.1962, nömrə 36/267-07, Vadim Mixayloviç Koşlyakın – təvəllüd 24.12.1972, nömrə 36/272-07,Viktor Analtolyeviç Sapojnikovun – təvəllüd 07.05.1977 nömrə 36/271-07 ekstradisiya olunmaları, müttəhim qismində məsuliyyətə cəlb olunma tələbi yolverilməzdir.

Əsaslandırma:
…Cinayət işinin qaldırılması, məcburi boşanmaya qədər qayınatası olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev siyasətinin Rahat Əliyev tərəfindən tənqidi nəticəsində başlamışdır. Ölkə Prezidenti bütün idarəçiliyi Rusiyanın maraqları ilə Stalinsayağı tarazladığı bir vaxtda Rahat Əliyev ölkədə köklü dəyişikliklər etməyə çalışır və Avropaya xas müsbət inkişaf üsullarını tətbiq etməyi təklif edirdi. Nazarbayevin prezidentlik müddətinin ömürlük saxlanılması barədə fikri onların arasının daha da pozulmasına səbəb olub. Rahat Əliyev prezidenti tənqid etməklə, bir nömrəli dövlət düşməninə çevrilib.

Qazax hökümətinin həyata keçirdiyi İnsan haqlarının qorunması üzrə Avropa Konvensiyasına zidd gedən prosedurlarının təsirini Rahat Əliyev artıq hiss edirdi. 10.06.2007-ci il tarixində qazax səfirliyindən boşanma barədə sənədin faks surətini aldı. Əlavə olaraq, 04.06.2007-ci il tarixində guya ki, özünün saxta imzası ilə təsdiq etdiyi məhkəməyə çağırış və həmin məhkəmədə iştirak etmədiyi barədə sənədlər də var idi. Belə ki, 04.06.2007-ci il tarixində Əliyev həqiqətən də xəstəxanada müalicədə olub və bu saxta sənədə imza atmaq imkanları demək olar ki, olmayıb. O ayrı məsələdir ki, məcburi qaydada boşanma da insan Haqlarının qorunması üzrə Avropa Konvensiyasının 8-ci maddəsinin pozulması deməkdir.

Rahat Əliyev guya 05.05.2006-cı il tarixində Qazaxıstanda, öz şirkət hissələrini Daniyar Estenin də iştirakı ilə təsisçilərin keçirdiyi iclasda qəbul edilmiş qərara əsasən, itirmiş hesab olunurdu. Həmin vaxt imzası notarial qaydada təsdiq olunmuş Daniyar Esten isə 12.05.2005-ci ildə Vyana şəhərində dünyasını dəyişmişdi. Şəxsi mülkiyyətin (əmlakın) məcburi və qarşılığı heç bir şəkildə ödənilmədən əlindən alınması Cinayət Məcəlləsinin 5-ci maddəsinə əsasən ciddi qanun pozuntusudur.

Siyasi tənqidlərdən hər cür kriminal üsulla yaxa qurtarmaq istəyən rejimdə təbii ki, İnsan haqlarının qorunması üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq normal məhkəmə prosesi təsəvvür etmək çətindir. Bundan da belə nəticə çıxır ki, ekstradisiya və hüquqi yardımın göstərilməsi barədə qanunun 19-cu bölümünün tələblərinə görə ekstradisiya olunmağa əngəl ola biləcək səbəblər çoxdur.

Amerika Dövlət Departamentinin insan haqlarına dair mövcud təcrübələr barədə 2006-cı il üçün məruzəsində də deyildiyi kimi, Qazaxıstan Respublikasında hakimiyyət Konstitusiyaya əsasən, Prezidentin əlindədir. O, həmçinin əyalətlərdə yerli icra orqanlarına, ölkənin qanunvericilik sisteminə və ədalət məhkəməsinə də təsir edərək onları daim nəzarətdə saxlayır. Elə ona görə də Qazaxıstan Respublikasında ədalət məhkəməsi yoxdur. Məhkəmələrin sərbəstliyi yerli icra hakimiyyətləri tərəfindən də çox məhdudlaşdırılır. Siyasi təqiblər də mövcuddur. Qazax həbsxanalarında lazımi ifadə almaq üçün məhbuslar hər cür döyülmələrə və ağır işgəncələrə məruz qalırlar. Bir il ərzində 26-sı intihar olmaqla 268 məhbus dünyasını dəyişib.

İnsan haqlarının müşahidəsi təşkilatının (Human Rights Watch) 2007-ci il üçün ümumdünya hesabatında və “Beynəlxalq əfv (Amnistiya)” təşkilatının Mərkəzi Asiya üzrə bölməsinin 2006-cı ilin yanvar ayından 2007-ci ilin mart ayınadək olan müddətində insan haqlarına dair hesabatında bildirilir ki, Qazaxıstanda fəallar və müxalifət nümayəndələri siyasi təqiblərə məruz qalaraq həbs olunur, müttəhim qismində ağır və uzunmüddətli cəzalara məhkum edilirlər. Bir misal – Prezidentin keçmiş müttəfiqi Zamanbek Nurkadilov hakimiyyəti rüşvətxorluqda günahlandıraraq müxalifətə keçdi və qətlə yetirildi.

Siyasi əsaslarla təqiblər, yuxarıdakı hesabatlara da baxsaq, heç də İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasına uyğun olmadığı kimi, cinayət işləri üzrə verilən məhkəmə qərarları da qanunvericilik çərçivəsində sərbəst və ədalətli deyil. Qazaxıstan Respublikası həbsxanalarında məhbusların işgəncələrə məruz qalmaları, bir il ərzində onlardan 268 nəfərinin tələf olması fakti İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasının 3-cü maddəsinin kobud surətdə pozulması deməkdir.

Rahat Murtuz oğlu Əliyevə,Vadim Mixayloviç Koşlyaka,Viktor Anatolyeviç Sapojnikova qarşı qaldırılan cinayət işinə dair məhkəmə prosesinin aparılması zamanı təqdim olunan sənədlər İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasının 3-cü və 6-cı maddələrinin tələblərinə uyğun olmadığı kimi, çıxarılan məhkəmə qərarı da İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasına ziddir. Bu səbəblə məhkəmə işinə yenidən Avstriyada baxılması zamanı ciddi qanun pozuntuları aşkar olunaraq qeydə alınıb.

Rahat Əliyevin həyat yoldaşı ilə nikahının pozulması işi üzrə məhkəmədə iştirak etmədiyi və heç bir razılıq sənədi imzalamadığı halda, təqdim olunan saxta sənədlərin əsasında boşanmasının gerçəkləşməsi də çox ciddi qanun pozuntusudur. Qazaxıstan ədliyyə sistemində adi boşanma üçün bu qədər saxtakarlığa yol verilirsə, cinayət işinin qaldırılması və icra olunması zamanı hansı qeyri-qanuni vasitələrdən istifadə ediləcəyi çox böyük narahatçılıqlar doğurur.

Bu narahatçılıqlar öz təsdiqini tapır. Belə ki, 02.08.2007 tarixində Rahat Əliyevin verdiyi ifadələrində deyildiyi kimi, Qazaxıstan hökuməti tərəfindən məhkəmənin qərarını gözlənilmədən qanuna zidd olaraq məcburi ekstradisiyaya cəhdlər ehtimal olunur. Bu hallar da İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasının məhkəmə prosessual normalarının kobud surətdə pozulması deməkdir.

Yuxarıda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlinir ki, Rahat Murtuz oğlu Əliyevə,Vadim Mixayloviç Koşlyaka,Viktor Anatolyeviç Sapojnikova qarşı qaldırılan cinayət işi, İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasının 3-cü və 6-cı maddələrinin tələblərinə uyğun aparılmadığı üçün veriləcək məhkəmə qərarı həmin konvensiyanın 3-cü maddəsinə uyğun olmayacaq. Qazaxıstan Respublikasının Prezidenti ilə “fərqli siyasi baxışları”olduğu üçün Rahat Murtuz oğlu Əliyevin,Vadim Mixayloviç Koşlyakın,Viktor Anatolyeviç Sapojnikovun bundan sonra da təqiblərə məruz qalacaqları təhlükəsi hiss olunur…

İnsan haqlarının qorunması və azadlığı üzrə Avropa Konvensiyasının Ekstradisiya haqqında qanununun 19-cu maddəsinə əsasən, Avstriya Konstitusiyasında da öz əksini tapan müddəalara görə, Rahat Murtuz oğlu Əliyevin,Vadim Mixayloviç Koşlyakın,Viktor Anatolyeviç Sapojnikovun Qazaxıstana ekstradisiyası yolverilməzdir.

Hakim Magistr Frederik Artner – Cinayət işləri üzrə Vyana ərazi məhkəməsi
Vyana 1082 Landesgerixştrasse 11 b. 282. 07.08.2007-ci il

Məxfi:
Qazaxıstan MTK-nin xüsusi məlumat xidməti əməkdaşlarının 14.03.2007–ci il, Astana vaxtı ilə saat 23.50-də ələ keçirdikləri mobil telefonu ilə danışığın audio lent yazısının mətni…

Qazaxıstan DTK rəhbəri Aman Şardarbayevlə Prezident Adminstrasiyasının rəhbəri Adilbek Caksıbekovun arasındakı bu telefon danışığından açıq-aydın məlum olur ki, mənim bankımın əməkdaşlarının itkin düşməsi qazax xüsusi təyinatlılarının işidir.

Şardarbayevin atmacalarından isə anlaşıılır ki, o, bankın pulları ilə qaçan Timraliyevin harada olduğunu bilir və əlavə edir ki, fikirləşmək lazımdır… Nə barədə? Çox güman ki, Timraliyevin bundan sonrakı taleyi barədə…

Caksıbekov bu barədə fikirləşməyə və Prezidentlə də bu barədə məsləhətləşməyə söz verdi.

Bu yazıları mənə (audiofaylları) MTK-nın xüsusi məlumat xidmətinin (radiotexniki kəşfiyyat) direktoru Jomart Majrenov vermişdi. Növbəti bölümlərdə bu generalın prinsipiallığı və peşəkarlığı sayəsində neçə-neçə qatı cinayətlərin üstü açıldığı barədə daha ətraflı məlumat verəcəyəm.

C: – Adike – Caksıbekov Adilbek – Prezident aparatının rəhbəri.
Ş: – Aleke – Şardarbayev Amangəldi – DTK-nin rəhbəri.

C: Alo, Aleke, axşamın xeyir. Nə lazım idi?
Ş: Baxdın?
C: Hə, hə. Bu Timraliyev ki var, onun barəsində fikirləşirəm, amma necə edəcəyimi bilmirəm. Belə baxanda o qədər adam bu barədə danışır ki…
Ş: Dünən də biz bir sayt tutmuşuq. Yəqin ki, indi bağlanıb. Orada dəhşətli şeylər yazırdılar.
C: Yaxşı, bunları sabah danışarıq.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button