Xaç Qayınatası – XIII yazı

Rahat Əliyev

Administrasiyanın daha bir “gediş”i isə namizədlərin irəli sürülməsi zamanı baş verir. Məqsəd birdir – imkan verməmək ki, siyahılarda hansısa az-çox tanınan ad olsın. Siyahıda tanınan yeganə ad Nazarbayevin adı olmalıdır.

Gözdən pərdə asmaq üçün siyahıya daha bir neçə “hörmətli adam” adı salarlar və ola bilər ki, bir dənə də zənciri əlində olan bir klounu siyahıya daxil etsinlər ki, onun fonunda prezident daha möhtəşəm görünsün. Hətta o kloun belə axırda xalqa müraciət edəcək ki, hamı Nazarbayevə – Xaç Qayınatasına səs versin.

Prezidentliyə namizədlərin siyahısına baxanda, Nazarbayevin fonunda elə namizədlər verilmişdilər ki, seçici siyahıya baxanda desin: “Doğrudan da Nazarbayevdən başqa namizəd yoxdur.” Doğrudan da Nazarbayevin siyahıda alternativi ola bilməz, çünki gecə-gündüz rəsmi repressiya maşını bunun üzərində işləyir.

“Təmizlənmiş” siyahı hazırlamaq bundan sonra heç də çətin deyil. Qorxu cəmiyyətində hamı bilir ki, dövlət maşınına qarşı dayanmaq həm mənasız, həm də qorxuludur. Əgər bizim də dövlətdə Barak Obama kimi birisi peyda olsaydı, administrasiya onu iki seçim qarşısında qoyardı – ya sistemin bir hissəsinə çevrilib, siyasi ambisiyalarından əl çəkib sistemin onun başına yağdırdığı dünya malı ilə kifayətlənsin və yaxud həyatından küssün. Zamanbəy Nurqədilov və Altınbəy Sarsenbəyovun taleyi hamıya dərs olmalıdır.

İpə-sapa yatmayan namizədlərə bu sistemin verdiyi ən yüngül cəza onun həbsi olar. Bunun üçün Nazarbayevin administrasiyasından Baş Prokuror Tusupbekovaya bir zəng və Ali Məhkəmənin sədri Mamiyə ikinci zəng lazımdır. Həbsdə olan şəxs qanunla namizədliyini verə bilməz. Bu sadə üsulla əski bir nazir Akejan Kajeqəldinlə əski hakim-qubernator Qalımjan Jakiyanovu aradan çıxardılar. Elə buna görə də bütün məhkəmə sistemi mənə qarşı hərəkətə keçdi.

Bütün bunlardan başqa, bizdə modern texnologiya olan elektron səsvermə sistemi “Saylay” var. Administrasiyada hesab etdilər ki, “Dauir” nəşriyyatının çap maşınlarının hesabına saxtalaşdırılmış seçkilər etibarlıdır, lakin çox böyük həcmlidir. İş həddən artıq çoxdur, həm də cinayətin çoxsaylı izləri qalır.

“Saylay”da isə hər şey çox sadədir, seçicilər hansı düyməni basmaqlarından asılı olmayaraq, tablo MSK-nın ora yazdığı rəqəmi göstərəcək. Sistemin əkiz-serveri MSK-nın əsas serverinə qoşulmuşdur – hansı ki, o da Astanada MSK-nın yüz addımlığında yerləşən MTK-nın xüsusi informasiya xidməti(XİX)-nə bağlıdır.

Prezident Nazarbayev öz “seçkilərinə” onun dostları olan və pulla alınmış xarici müşahidəçilərin dəvətinə cox böyük onəm verirdi. Bu pullu, dost müşahidəçilər ATƏT-in müstəqil müşahidəçilərinin verdiyi neqativ rəyləri neytrallaşdırırdı.

Xaç Qayınatası amerikan konqresmenlərini çox sevir. Düzdür, hamısını yox, ancaq ona qonaq gəlmək istəyənləri, orden qəbul etmək istəyənləri və Qazaxıstanın demokatiya yolunda müvəffəqiyyətli addımları haqqında danışmaq istəyənləri çox sevir. Onun sevgisinə həmçinin çoxsaylı senatorlar, xüsusi nümayəndələr və tanınmış siyasi nəsillərin nümayəndələri də layiq görülür. Əsas odur ki, onlar Krılovun prinsipini başa düşsünlər: “Kukuşka xoruzu ona görə tərifləyir ki, xoruz kukuşkanı tərifləyir” və onu praktiki həyata keçirə bilsinlər.

Axırıncı bir neçə ildə prezidentin belə “xeyirli” qonaqları çox olub. Mən bu göruşləri çox müşahidə etmişəm. “Ağ-Orda”da həmişə ya Amerika qanunvericisini, ya da ingilis şahzadəsini tez-tez görmək olar. Bir-iki belə göruşləri yada salmaq bəs edər.

Məsələn, 2001-ci il iyun ayında Astana şəhərində qolf klubda Nazarbayevin qonağı “Xalliberton” şirkətinin idarə heyətinin sədri və icraçı direktoru Devid Lezar (David Lezar) idi. O, əski ABŞ vitse-prezidenti Dik Çeyninin (Dick Cheney) şəriki idi. Bu görüşün məntiqi nəticəsi olaraq  “Xalliberton” Xəzər şelfində böyük konsessiya əldə etdi. Əvəzində Nazarbayevə Ağ evin tam dəstəyini söz verdilər. Prezidentin başı üstündə “Domokl qılıncı” kimi asılan  “Qazaxreyt”i yada salsaq, onda Lezara bu şelfin necə asan verildiyni başa düşmək olar.

2004-cü ilin may ayında Xaç Qayınatası yenidən öz rezidensiyasında tanınmış amerikalıları qəbul edirdi. Bu dəfə ABS Konqresinin nümayəndələrinin başında senator Konrad Berns (Conrad Burns) durmuşdu. Berns və konqresmen Denis Rexberg (Dennis Rehberg) qonaqsevər ev yiyəsinə Konqresin – üstündə Qazaxıstanın şərəfinə qaldırılmış bayraqla tanınmış Amerika qanunvericilərindən xoş sözlərlə başlayan bir məktubunu təqdim etmişdilər. Əgər dünya diplomat çevrələrində Qazaxıstanın (onun rəhbərinin) güclü korrupsiya potensiallı olduğunu nəzərə alsaq, bu qanunvericilərin salamını tez başa düşmək olar.

O birisi ilin 15 iyununda Nazarbayev öz Alma-Ata rezidensiyasında okeanın o tərəfindən gələn biznesmen və alimlərin qarşısına çıxırdı. Bu biznesmenlər və alimlər “Asiya” cəmiyyətinin konfransına gəlmişdilər. Bu konfransın təşkilatçılığı ilə ABŞ-ın BMT-dəki əski nümayəndəsi Riçard Holbruk (Richard Holbruck) (indi “Asiya” cəmiyyətinin sədri vəzifəsini daşıyır) və lobbi şirkəti olan “Qlobal Options Management”in prezidenti Aleksandr Mirtçev (Alexander Mirtchev) (üç ildən sonra Mirtçev “Wall Street Journal” qəzetində onun qazaxlarla bağlı şübhəli kontaktlar ilə bağlı məqalələrdən sonra məşhurlaşacaq) məşğul idi.

2005-ci ilin 6 sentyabrında Bill Klintonun (Bill Clinton), ABŞ-ın əski prezidentinin Qazaxıstana tarixi səfəri baş tutdu. Səfər iki tərəf üçün də xeyirli oldu. Klinton öz dostu, kanadalı biznesmen Frank Giustra üçün çox münasib bir uran sövdələşməsi əldə etdi, Nazarbayev isə Qazaxıstanın ATƏT sədrliyinə namizədliyinə Amerikadan dəstək aldı. Düzdür, Bill Klintonun xanımı Hillari bu məsələyə başqa bucaq altında da baxa bilərdi. O, Demokrat Partiyasından prezident postuna əsas namizəd idi ki, bu ərəfədə “Nyu-York Tayms” qəzetində onun ərinin Qazax rejimi ilə apardığı sövdələşmələr haqqında yazılar getdi. Bu yazılar Hillarinin Barak Obamaya uduzmasının əsas səbəbi olmasa da, ailəyə vurulan zərbə çox böyük idi. Bu zərbə Hillariyə  prezident seçkisinin ən önəmli vaxtında vuruldu.

2005-ci ilin 11 oktyabrında Nazarbayevin yanına Kaliforniya ştatından konqresmen Darrel Ayssa (Darreil İssa) Respublikaçılar Partiyasından və demokrat Loretta Sançez uçub gəldilər.

4 gün keçəndən sonra prezident təzə bir qonağı qarşılayır – əfsanəvi Henri Kissenceri. Əski ABŞ dövlət katibi, Nobel sülh mükafatçısı Kissencer Astanaya şəxsi dəvətlə gəlmişdi. Səfərin təşkilatçısı yenə də lobbiçi Mirtçev idi.

2005-ci il oktyabrın axırıncı günü Nazarbayev ATƏT-in Parlament Assambleyasının sədri, ABŞ-ın Florida ştatından olan konqresmen Alsi Xastinqslə görüşdü. Yadınıza salmaq istəyirəm ki, bu cənab Amerika tarixində 12 hakimdən biridir ki, öz vəzifəsindən uzaqlaşdırılıb. Günahı rüşvət və ədalətin bərqərar olmasına mane olmasıdır (Florida ştatının cənub rayonu). Bu qalmaqal 1980-ci illərin axırlarında baş vermişdi.

Mən o görüşdə “Ağ-Orda” sarayında xarici işlər nazirliyinin işçisi kimi iştirak edirdim. Xastinqs prezident Buş (kiçik) və onun Florida ştatının konqresmeni olan  kiçik qardaşı haqqında ağzından çıxan neqativ fikirləri səsləndirdi. O, Amerika hakimiyyətini çox mənfi qiymətləndirdiyini deyirdi.

Bu cıxış prezidentin çox xoşuna gəldi, ona görə də rəsmi vaxtın çoxdan qurtarmasına baxmayaraq, o, Xastinqslə uzun-uzadı söhbət etdi. Axırda Xastinqs Nazarbayevdən xahiş etdi ki, Özbəkistan prezidenti İslam Kərimovla danışsın. İslam Kərimov qərbin onun rejimini tənqid etməsindən incimişdi və qərbdən gələn heç bir qonağı qəbul etmirdi. Nazarbayev bu xahişi 5 dəqiqəyə həll etdi. O, otaqdan çıxdı və qayıdandan sonra Xastinqsə İslam Kərimovun onu Daşkənddə qəbul etməyə razı olduğunu dedi.

Xaç Qayınatasi öz köməkçilərinə tapşırdı ki, konqresmeni xüsusi prezident nömrəsində yerləşdirsinlər və onu burada qalan müddətdə “tam əyləncə proqramı” ilə tanış etsinlər.

2 dekabr 2005-ci ildə, tam prezident seçkiləri öncəsi Nazarbayevin Böyük Britaniyadan lobbiçi qonaqları vardı. Bu nümayəndə heyəti dövlət hesabına idi və səfir İdrisovun gətirdiyi “Xəzər informasiya mərkəzi” kimi prezident seçkilərini müşahidə etməli idi. Daha doğrusu, “prezident seckisi” adlanan tamaşaya baxmağa gəlmişdilər. Nümayəndə heyətinin tərkibində əski Konservatorlar Partiyasının sədri Lord Parkinson (Lord Cecil Parkinson), Ümumpartiyalar qrupunun Qazaxıstan üzrə Britaniya parlamentinin üzvü Lord Kilkuni (lord Kilkenny), Təmsilçilər Palatasının üzvü Piter Lili (Peter Lily), Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, BMT-nin baş katibliyinə namizəd Nirj Deva (Niranjan Jozeph Deva), politologiya professoru Kennet Minoq (Kenneth Minogue), sosiologiya professoru Denis O`Kiff (Dennis O`Kiff), “Xəzər  İnformasiya Mərkəzi”nin baş direktoru Cerald Frost (Gerald Frost) var  idi. Artıq dekabrın 5-də prezident yeni müşahidəçi qrupu ilə görüşür. Bu da beynəlxalq müşahidəçi qrupudur və onun başında ABŞ Konqresinin aşağı palatısının üzvü Çarli Melanson (Charlie Melanson), o cümlədən səfir Berli var – hansı ki, 2004-cü ildəki seçkilərdə ATƏT-in müşahidə missiyasının başçısı idi. Bu qrupun gəlişini səfir Saudabayev təşkil etsə də, yol və başqa xərcləri Nazarbayevin büdcədənkənar fondları hesabına ödənilirdi. Səfərdən bir az keçəndən sonra qrup seçkilərlə bağlı müsbət rəy verdi.

2004-ci ilin 5 mayında prezident Nazarbayev növbəti dəfə vitse-prezident Dik Çeyni ilə göruşdü. Dik Çeyni ABŞ-ın vitse-prezidenti olmaqdan başqa, o zaman üçün bəlkə də dünyanın ən sözü keçən adamı idi (Bəzi çevrələrdə, hətta ABŞ siyasətini Buşdan çox Çeyninin formalaşdırdığını deyirdilər).

Düz 2 aydan sonra Xaç Qayınatası qucağını zati-aliləri York hersoqu şahzadə Endryuya açmışdı (Prince Andrew). Düzdür, sonradan söz-söhbət yayıldı ki, guya şahzadənin mülkünün qazax biznesmeninə satışı zamanı York hersoquna 3.000.000 funt sterlinq artıq pul verilmişdi. Baxmayaraq ki, kağız üstündə alıcı qismində Alma-Atanın əski hakim-qubernatoru Tasmaqambetovun  yeznəsinin adı gedirdi, Xaç Qayınatasının bütün yaxın ətrafı bilirdi ki, mülk kimin üçün alınır və kimin əmri ilə şahzadəyə istədiyindən artıq pul verilib. Faktiki Xaç Qayınatası şahzadə Endryunu öz lobbisti etmək, onu “Kazaxmıs” şirkətinin maraqlarının qoruyucusu kimi görmək istəyirdi. Ki, buna nail oldu. Şahzadə Endryunu və onun vasitəsilə Britaniya şahlıq ailəsini öz yaxın dostlarının siyahısına yazmaq məqsədi vardı. Yeri gəlmişkən, Xaç Qayınatasının üçüncü arvadı və oğlu Londonda həmişəlik yaşamaq vizasına malikdirlər.

2007-ci il may ayının axırlarında Nazarbayev ABŞ Konqresinin çox hörmətli üzvlərindən məktub aldı. Bu məktubda Qazaxıstanın Konstitusiya dəyişikliklərinə yüksək qiymət verirdilər.

Məktubu göndərənlər konqresmen-demokrat Çarli Melanson, ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Derrell Ayssa, konqresmen-demokrat Edolfus Tauns idi. Yada salmaq lazımdır ki, bu məktubda sözü gedən Konstitusiyaya dəyişiklikləri ölkədə diktaturanı de-yure təsdiq etdi və Nazarbayevi ömürlük prezident elədi.

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button