Xaç Qayınatası – XXIX yazı

Rahat Əliyev

Catışmayan halqa

Bütün bu çəkdiyimiz şəkli başa düşmək üçün bir cizgi çatmır. Erjan Utenbayev təbii arada tapşırığı yerinə yetirən qasid idi. Nurtan Abıkayev ilə Nartay Dutbayev isə ozlərini xilas etmək üçün hər şeyi, heç bir haqqı olmayan müdafiəsiz, zindanda dört divar arasında gizlədilmiş və oradan çıxa bilməyəcək Utembayevin üstünə yıxdılar.

Lakin bunların heç biri Altunbəy Sarsınbeyovun nə üçün öldürüldüyünü izah etmir. Axı nəyə görə qətl başqalarına dərs ola biləcək edam tərzində, peysərindən güllə vurmaqla, qatillərin qəsdən izləri silməmələri ilə və meyitləri gizlətməmələri ilə yadda qaldı.

Mənim təsadüfən şahid olduğum bir səhnə zəncirin o çatışmayan halqası idi. Hadisə 2006-cı ildə Avstriyanın Klaqenfurte şəhərində baş verirdi. Bundan bir ay əvvəl prezident 91 faiz səslə əsaslı qələbə çalmışdı. Bu qələbəni əldə etmək üçün qayınatam çox böyük əziyyət çəkmişdi və indi bu halal zəhmətinin yorğunluğunu müasir müalicə otel-mərkəzi olan “Viva” da çıxarırdı. Bu otel mənzərəli Woerther see gölünün sahilində idi.

Avstriya əvvəldən mənim “ərazim” sayılırdı. Ona görə də bu vizitin təşkilatçısı mən idim və mən gərək izləyəydim ki, o, hər şeydən razı qalsın. Əslində, prezidentin dincəlməsini təşkil etmək üçün onun ətrafı və biznes ortaqları arasında böyük mübarizə gedirdi. Çünki – birincisi, bu onun sizə olan yaxşı münasibətinin göstəricisi idi. İkincisi, Xaç Qayınatasının kefinin yaxşı vaxtında ondan bir yağlı tikə qoparmaq və yaxud hansısa kadr məsələsini həll etmək olardı.

Mən isə o zaman qohum statusunda idim və bu boğuşmalarda iştirak etmirdim. Həm də belə vizitlər qarşılayan tərəf və xüsusən də səfirlik işçiləri uçün çox yorucu olurdu. Səfirlik üçün Viva sanatoriyasının seçilməsi lap dilxorçuluq gətirirdi. Çünki orada adam müalicəvi aclıqla sağlamlıq kursu keçirdi.

Güclü yeyib-içən və beşbarmağı sevən adamı, hətta vegeteryan deyil, veqan dietasına oturtsanız da ondan sizə həmsöhbət olmaz. Üçüncü gün bu aclıq stresinin ən ağır günüdür. Çünki orqanizmdə təmizlənmə başlayır və adam o zaman xüsusilə əsəbi olur. Bir var ki, qonağın kabab yesin üstündən də qırmızı çaxır içsin, bir də var, aclıqdan hamını dalayan prezident. Bu nüansları bilən mühafizəçilər onun gözünə görünmürdülər.

Boynuma almalıyam ki, bu müalicənin təşkilatçısı kimi prezidentin qəzəbinə tuş gəlməyin ağırlığını hiss etdim və bu ağırlığı üstümdən atmaqda fitnes-mərkəzi mənə kömək etdi. Ancaq bu sərt dietanın beşinci günü orqanizm varlığın yüngüllüyünü hiss edir və insanın təbii ünsiyyət vasitəsi bərpa olur.

9 aprel 2006-cı ildə Nazarbayev birdən spiker Abıkayevi yanına çağırdı. O, öz adamı olan Erjan Utembayev ilə Vaşinqtonda dinlərarası forumda Qazaxıstanı təmsil edirdi. Oradan cütlük Amsterdam üzərindən birbaşa Alma-Ataya gələcəkdilər. Lakin nədənsə prezident spikeri təcili yanına çağırdı.

Vyananın “Şvexat” hava limanında gözlənilməz qonağı mənim dostum, Avstriyada bizim səfir olan Dulat Kanişev qarşıladı. Vyanadan demək olar ki İtaliyanın sərhəddində yerləşən Klaqenfurta isə spikeri diplomat həm də MTK-nın kəşfiyyatçısı olan mayor Dauren Masenov apardı.

Hamı bir yerdə hansısa tərəvəzlərdən hazırlanmış şam yeməyi yedi. Sonra hamı bir yerdə göl qırağına gəzintiyə çıxdıq. Burada prezident işarə verdi ki, o, Abıkayevlə qabaqda tək danışmaq istəyir. Biz mühafizəçilərlə uzaq məsafədən arxalarınca gedirdik. Avstriyalı mühafizəçilər isə onları yaxından izləyirdilər. Onlar dil bilmədədikləri üçün təhlükəli deyildilər.

Heç nə eşidilmirdi, lakin hiss olunurdu ki, nə isə ciddi məsələ haqqında danışırlar. İkisi də bir-birinə çox yaxın dayanmışdılar, baxmayaraq ki, yaxında heç kim yox idi. Pıçıltı ilə danışırdılar.

Sabahısı gün Abıkayev tezdən Amsterdama uçdu. Abıkayev onu orada gözləyirdi. Amsterdamdan onlar təcili Alma-Ataya uçdular. Onları bizim Benelüks ölkələrində səfirimiz olan Konstantin Jiqalov yola salırdı. O, prezidentə zəng edib hər şeyin əla olduğunu bildirdi. Prezident o dəqiqə onu Şabdarbayevlə calamağı əmr etdi. Onun mühafizə rəisi ilə danışığı qısa oldu. Biz – yaxında, xolda olanlar bu danışığı eşidirdik: “Nurtayı özün qarşıla, şəxsən. Telefon söhbəti deyil. Özü hər şeyi danışar.”

Səhərisi gün Nazarbayev özü yığışıldı. Bu, 11 fevral səhəri, beşinci gün idi. Biz kortejlə hava limanına getdik. Oradan qayınatam öz şəxsi “Boeinq”ində ərəb şeyxlərinin dəvəti ilə Mərakeşə (Morokko) uçdu ( düz bir həftədən sonra o, Dubaya getdi). Uçuşdan qabaq düz trapda o məndən nə zaman Qazaxıstana qayıdacağımı soruşdu. Guya bəsdi dincəldim, işləmək lazımdır.  Mən Dəriğənin qızımla məni İtaliyada gözlədiyini, nazir Tokayevdən bir həftəlik icazə aldığımı dedim. Bu, həqiqət idi, lakin iş bunda deyildi. Bizim daxili siyasətimizdən bir az başı çıxan adam bilir ki, əgər prezident xaricə və ya başqa şəhərə uçubsa, demək, nəsə baş verəcək. Ya parlamenti buraxacaqlar, ya da kimi isə həbs edəcəklər. Sonra o gələcək və heç nədən xəbəri yoxmuş kimi başlayacaq bu isləri öyrənməyə. Hətta bu təsadüf olsa belə, adamı bu təsadüflərin çoxluğu Nazarbayev əlamətləri barədə düşünməyə məcbur edir. Ancaq ən çox Abıkayevin belə birdən gəlməsi adamı ehtiyatlandırırdı. Hansı mühüm iş idi ki, biz bilməməliydik.

Ancaq xüsusi xidmətin kuratoru Abıkayev ilə şəxsi mühafizəçi Şabdarbəyova hansı işi etibar etmək olardı. Mən heç nə başa düşmürdüm, lakin bu səksəkəli fikirləri başımdan qovmaq istıyirdim. Bazar günü, 13–ü fevralda mən artıq İtaliyada idim. Axşam mən Dəriğə ilə Altınbəy Sarsınbeyovun itdiyini öyrəndik. Elə o günü mənim Xaç Qayınatası ilə yollarım ayrıldı.

 

İttiham edirəm…

 

Klaqenfurt şəhərinin ətrafında yerləşən Viva sanatoriya-otelinın ərazisində Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən, senatın spikeri Abıkayevə müxalifət hərəkatının lideri Altınbəy Sarsınbeyovun ortadan götürülməsi əməliyyatının həyata keçirilməsinə, üçüncü gün, 9 fevralda əmr veridiyinə qəti surətdə əminəm. Əməliyyatın necə hazırlandığı artıq məlumdur. Bu kələfi ixtiyari bir müstəntiqə imkan versəydilər, ki, dövlət başçısına baxmadan işini professionalcasına görə bilsin, tez bir zamanda aça bilərdi.

Nurtay Abıkayev MTK-nın sədri, general Dutbayevə tapşırdı ki, siyasətçini məhv etmək üçün  bir hücüm briqadası formalaşdırıb onun dezinformasiyasını, yəni əməliyyatın ört-basdır edilmə planını hazırlasın.

Dutbayev icraçıları “Arıstan”ın döyüşçulərindən formalaşdırıb hərəsinə nə edəcəyini başa salır.

İcraçılarla danışıqları, onların maddi məsələlərini və onların təhlükəsizliyinin təminatını birbaşa öz adamı olan senat aparatının rəhbəri Erjan Utenbayevə tapşırır.

Hücüm dəstəsinin koordinatoru roluna təşkilatçılar köhnə polis işçisi Rüstəm İbrahimovu seçirlər. Bu, iki məsələni həll edirdi. Birincisi, İbrahimov hücum dəstəsinin işinə rəhbərlik edə bilərdi. İkincisi, əgər əməliyyat müvəffəqiyyətsizliyə uğrasaydı və yaxud məlumat sızması baş versəydi, milis işçisinin iştirakı mətbuatı və istintaqı yalançı izə salmalı, MTK-nın rəhbərliyini təmizə çıxarmalı idi.

Görəsən İbrahimov, Dutbayevlə Abıkayevin radarlarına necə düşüb? Neçə illər idi ki, o, MTK-nın operativ şöbəsinin nəzarətində idi – tam dəqiq desək, mütəşəkkil cinayətə və korrupsiyaya qarşı mübarizə idarəsinin nəzarətində… Çünki o, “Xopqos” gömrük postundan qaçaqmal keçirən mütəşəkkil cinayətkar dəstənin başçılarından biri idi.

MTK-nın rəhbərliyinə onun “Arıstan”ın zabiti Abikenovla əlaqəsi məlum idi. Döyüş növbəsindən sonra Abikenov və iş yoldaşları cinayətkarların qulluğunda pul qazanırdılar.

Məşhur “Xopqos”dan mal keçirən biznesmenlərdən pul alır və onlara qayda-qanunları başa salırdılar.

MTK-nın Alma-Ata üzrə departament rəisi general Kosbasar Nurbəyov, öz işçisi, 5-ci idarənin rəisi, podpolkovnik Bulat Musatayev vasitəsilə Abikenova bildirdi ki, fevralın əvvəlində köhnə polis işçisi İbrahimovdan birbaşa alacağı tapşırıq dövlət əhəmiyyətlidir. Bu əməliyyatın dalınca MTK-da nəzarət edəcək və əməliyyatda iştirak edənləri xidməti müvəffəqiyyətlər gözləyir.

Hücum dəstəsinə etibarlı adamları yığmaq şəxsən mayor Abıkenova tapşırılmışdı. Dəstəyə Ediqeev, Espenbetov, Eraliyev və Tajiyev daxil edildilər.

Onlarla paralel İbrahimov öz tanışı olan polis Qazıyevlə razılığa gəldi ki, o, Altınbəy Sarsınbeyovun izlənilməsini öz üzərinə götürəcək. Podpolkovnik Qazıyev üçün bu iş tanış idi, çünki o, DİN-in bayırda izləmə şöbəsində işləyirdi.

Qazıyevin işini yüngülləşdirmək və əməliyyatı sürətləndirmək üçün general Dutbayev Utembayevə MTK-ya sinə məlum olan Altınbəy Sarsınbeyovun hərəkət marşrutunun xəritəsini, maşınlarının nömrəsini, iş qrafikini və yaxın ətrafının siyahısını ötürdü.

Hazırlıq işləri qurtarandan sonra, İbrahimov hazırlıq haqqında Utembayevlə görüşündə məruzə etdi. Utembayev dəstənin əməliyyata hazır olduğu haqda məlumatı öz rəhbəri Abıkayevə çatdırdı.

Parlamentin spikeri prezidenti hazırlıq haqda məlumatlandırır, yekun qərar üçün çağrılacağı və əməliyyatı başlamaq əmri alacağı vaxtı gözləyir. Nazarbəyov belə əmri xaricdə olarkən verməyi qərara alır. O, Abıkayevi Klaqenfurta çağırır və axırıncı göstərişlərini verir. Əgər siyasətçi ultimatumla razılaşmasa, müxalifətin düşərgəsində əl aqenti olmasa, güllələnməlidir.

Əməliyyatın operativ ört-basdır edilməsi ilə Abıkayevin əlaltısı, MTK-nın başçısı Dutbayev və Nazarbayevin əlaltısı, prezidentin mühafizə xidmətinin rəisi Şabdarbayev məşğul olurlar.

11-13 fevral 2006-cı ildə Altınbəy Sarsınbeyov MTK-nın “Arıstan” xüsusi təyinatlılarından olan professional qatil tərəfindən edam edilir.

Mən general Comərd Majrenovdan, bu qətldə adları gedən yüksək vəzifəli adamların telefon danışıqlarının audifayllarının surətlərini almışdım. Mən onları birinci dəfədir ki, dərc etdirirəm. Təbii olaraq heç kim açıq danışmır. “Telefon söhbəti deyil” – qanunu hakimiyyətin yuxarı eşalonunda dəqiq yerinə yetirilir. Lakin bu telefon danışıqları birbaşa qazax hökumətinin müxalif siyasətçinin qətlində əli olduğunu və bu cinayətin hakimiyyət tərəfindən ört-basdır edildiyini sübut edir.

General Majrenov bu sənədlərə görə həyatını itirdi. O bilirdi ki, cinayətin əsl sifarişçiləri azadlıqdadır və dövləti idarə edirlər. O bilirdi ki, onun kimi şahidlərlə mafiya mütləq  haqq-hesab çəkməlidir. Ona görə də o, sənədləri xaricə ötürdü ki, sənədlər də onun kimi itib-batmasınlar.

 

MTN SİS RK-sinin məlumatı…

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button