Xaç Qayınatası – XXVII yazı

Rahat Əliyev

Əsas qurban

Altunbəy Sarsınbəyevi kim öldürdü?

 

Müxalif siyasətçi Altunbəy Sarsınbəyevin qohumlarına və ailəsinə başsağlığını mən yazdım.

 

17.02.2006-cı il “Karvan” qəzeti

“Bizim dostluğumuz qurtardı, ancaq biz düşmən də deyildik. Axırıncı illər Altunbəy Sarsınbəyev bizim cox şərəfli opponentimiz olub və ayrılanda hər bir mübahisədə olduğu kimi hər tərəf öz düzlüyünə inamında qalıb. Həyat və tale belə buyurub. İndi Altunbəy artıq aramızda yoxdur. Artıq onunla nə mübahisə etmək olacaq nə də barışmaq…

Artıq ən əsas məsələ onun qatillərini tutub, cəzalandırmaqdır..”

 

Başlanğıc

25 yanvar 2006-cı il

Milli Təhlükəsizlik Komitəsi gözlənilmədən müxalifətin lideri, Qazaxıstanın Rusiyadakı keçmiş səfiri Altunbəy Sarsınbəyevin arxasınca apardığı axtarış-əməliyyat işlərini dayandırdı (bütün rabitə növlərinin və internetin dinlənilməsi, gizli izləmə). Əvvəllər Nazarbayevin şəxsi tapşırığı əsasında vurulmuş siyasətçi, “Müllerin” qalpağı altında idi. Bu MTK–nın 10-cu departamenti (siyasi axtarış) və xüsusi məlumat xidməti (texniki kəşfiyyat) şöbəsidir.

 

İlin doqquz günü

Ancaq faktlar

5 fevral 2006-cı il

 

Rüstəm İbrahimov, polkovnik-leytenanat, əski Alma–Atanın daxili işlər departamentinin cinayət polisinin rəis müavini, Qazaxıstan Parlamenti Senatının rəhbəri Erjan Utembayevlə Alma–Ata şəhərində görüşür.

 

10 fevral

İbrahimov mobil telefonla uşaqlıq dostu, Alma-Ata polisinin bayır izləmə xidmətinin işçisi mayor Qazıyevə zəng edir. Zəngin məqsədi; dostundan xahiş edir ki, Altunbəy Sarsınbəyevin və onun maşınının arxasınca müşahidə etsin. Qazıyev bu xahişi zəhmət haqqı müqabilində yerinə yetirməyə razılaşır.

 

11 fevrtal, axşam üstü

MTK–nın “Arıstan-Lev” xüsusi təyinatlılarının döyüş qabiliyyətli zabitləri növbətçi hissədən tam komplektləşdirilmiş silah və xüsusi vasitə növləri alırlar. Onlar hazırlıqlı vəziyyətdə xüsusi

tapşırığı öz bazalarında gözləyirlər. Qazıyev İbrahimova zəng edir və bayır müşahidəsi zamanı Sarsınbəyevin öz maşını olan “Toyota kamru” ilə dağlıqda yerləşən “Medeo” sürüşmə mərkəzinin yanında, şəhər qırağı villasına getdiyini  deyir (Sonralar Qazıyev məhkəmədə hansı şeytani bir planın hissəsi olduğunu bilmədiyini deyir. Qəzetlərdən qətl haqqında öyrənəndə o, əsəb sarsıntısı keçirir, özünü oldürmək üçün böyük dozada heroin qəbul edir). Cip “Toyota”-nın hərəkət istiqaməti barədə məlumat alan İbrahimov, mobil telefon vasitəsilə MTK–nın xüsusi təyinatlıları “Arıstan”nın başçısına tapşırığı yerinə yetirmək üçün əməliyyata başlamaq göstərişi vetir. “Arıstan” bölüyünün 5 döyüşçüdən ibarət briqadası, tabel silahları ilə (Steçkin tapancası və Kalaşnikov avtomatı), hərbi paltarda, xidməti maşında MTK–nin xüsusi təyinatlılarının qapalı ərazisindən yola düşürlər. “Cip” “Dostluq” prospekti ilə üzü yuxarı, Altunbəy Sarsınbəyevin villası yerləşən dağlıq əraziyə tərəf üz tutur. Döyüşçülər məşhur “Medeo” dağ sürüşmə kompleksinin yanında post-pusqu qururlar. “Toyota” avtomobili pusquya yaxınlaşanda, İbrahimov döyüşçülərə əməliyyat işarəsi verir. MTK-nın əməkdaşları sənədləri yoxlamaq bəhanəsi ilə maşını saxlayıb ildırım sürəti ilə Sarsınbəyevi tutub həbs edirlər.

Əsirləri – Altunbəy Sarsınbayevin ozünü, onun 46 yaşlı sürücüsü Vasili Juravlevu və onun 27 yaşlı cangüdəni Baurjan Baybosını ayrı–ayrı maşınlara oturdub “Malaya staniça” rayonuna aparırlar. Orada hamını başqa maşına, Vitali Miroşinin cipinə oturdurlar. MTK–nın əski işçisi olan Miroşin İbrahimovun sifarişli qətlin təşkilində ən əsas köməkçisi idi. “Malaya staniça” rayonundan oğurlanmış adamları Bulat Nazarbayevin, prezidentin qardaşı evinə aparırlar.

Bu evdə Sarsınbəyevi Nurtay Abıkayev, parlament senatının spikeri, prezidentin inanılmlş adamı və general Amangəldi Şabdarbəyov, prezident mühafizəsinin rəhbəri  gözləyir. Bu görüş zamanı Abıkayev və Şabdarbəyov əsirin qarşısına Nursultan Nazarbayevin adından tələb qoyurlar. Ya o, başqa müxalifət lideri Tuyakbəy kimi prezidentin tərəfinə keçir, onun bütün hərəkətləri nəzarət altına alınır və o, öz partiyasının bütün hərəkətlərini prezidentlə razılaşdırır. Ya da ki, o gələcək prezident seçkilərində iştirakına və dövlət sirrini faş etdiyinə görə sadəcə edam ediləcək.

Altunbəy Sarsınbəyev bütün tələbləri rədd edir. O, qazax hakimiyyətinin cinayətkar metodları haqda və MTK–nın “Arıstan” xüsusi təyinatlılarının müxalifətə qarşı işdədilməsi ilə bağlı KİV-ə məlumat verəcəyini bildirir. Görüşdən dərhal sonra Abıkayev və Şabdarbəyov prezident Nazarbayevə  Sarsenbəyovin onun qaydaları ilə oynamayacağını xəbər verir. Sonra onlar İbrahimova əsirlərin qətl edilməsi haqda əmr verirlər.

Altunbəy Sarsınbəyev, Vasiliy Juravlev, Baırjan Baybosın naməlum yerdə saat 21-22 aralarında edam edilirlər. Edam edilənlərin meyitləri Alma-Ata vilayətinin Talqar rayonu yolunun 3–cü km-də, Koktobe qəsəbəsi ilə 12-ci briqada qəsəbəsi arasına atılmışdı.

 

13 fevral

Sarsınbəyevin, Juravlyevun və Baybosının meyitlərini təsadüfən Alma-Ata vilayətinin Talqarsk rayonunun dağ ətəklərində Mixail Loqvinenko adlı bir çoban tapmışdı. Sonra o, “Karvan”–ın yazarına hadisəni belə nəql etmişdi: “Səhər saat 10-da mən inəkləri yuxarı otlağa

aparırdım. Döngəni 40 metrə keçmişdim ki, gördüm üç meyit yerdədir. Onlar yol qırağında uzanmışdılar. Ətrafda heç kim yox idi. Mən heyvanları otlağa qovdum, sonra polisə xəbər verdim. Yadımda birşey qalıb, cavan oğlanın qulağının yanında quru qan ləkələri var idi.”

 

16 fevral

Polis ölümlərdə şübhəli bilinənləri saxlamışdı. Bunlar “Arıstan”ın, başda Tayson ləqəbli  mayor olmaqla beş əməkdaşları idilər. İstintaq zamanı onlar Rüstəm İbrahimovu insan oğurluğunun təşkilatçısı kimi göstərəcəklər.

 

21 fevral

Erjan Utembayev, parlament senatı aparatının rəhbəri həbs edildi.

 

İsti izlərlə

Qatillərin adları və onların havadarlarının adları ömürlük gizli qalmalı idi. Təşkilatçılar tam arxayın idilər ki, hər şey nəzarətdədir. Rejimin əski qətllərinin heç birinin üstü açılmamışdı.

Ona görədə sifarişçilər sakitcə bu mərasimli edamları planlayırdılar. Meyitləri gizlətmək olardı, lakin onda mərasimli qətl öz mənasını itirirdi. Bütün əməliyyat rəqibləri qorxuya salmaq üçün qurulmuşdu və ondan maksimum effekt gözləyirdilər. Bu hər bir müstəqil siyasətçiyə işarə idi, siz ya tabe olursunuz, ya da sizin də peysərinizi güllə gözləyir. Lakin sifarişçiləri özünə arxayınlıq pis vəziyyətdə qoydu. Onlar bir neçə faktoru nəzərdən qaçırmışdılar və bu faktorlar onlara qarşı işlədi.

Birincisi, onlar icraçıların ağıl səviyyəsini düzgün qiymətləndirməmişdilər. İcraçılar ölənlərin mobil telefonlarını götürüb rəfiqələrinə bağışlamışdılar. Terminatorlar elementar şeyləri bilmirdilər. Onlar bilmirdilər ki, mobil zəngi nəinki SİM kartla, həm də telefonun İMEA-kodu  ilə izləmək olar (Məsələn #06# yığıb siz oz telefonunuzun identefika kodunu öyrənə bilərsiniz).

İkincisi, onlar öz hesablamalarında nəzərə almamışdılar ki, polisdə əsl cinayət istintaqlarını aparan və cinayətkarları axtaran işçilər qalıblar.

Üçüncüsü, onlar prezident “Ak-Orda”sı tərəfindən tam nəzarətə alınmamış azad mətbuatdan gələn təhlükəni nəzərə almamışdılar.

Bu nəzərə alınmamış təsadüflər zənciri, belə işlədi. Siyasətdən uzaq olan polislər, DİN-in aşağı səviyyəli işçiləri, yəni işin istintaqını aparanlar, MTK–nın texniki idarəsinə (SİS) itmiş telefonların sıra nömrələrini verib xahiş etmişdilər ki, texniki şöbə bu telefonların billinq zəng siyahısını çıxarsınlar. Bu standart bir əməliyyat olduğuna görə, avtomatik surətdə icra olunur və buna görə rəhbərliyin icazəsi lazım deyil. SİS-in əməkdaşı yoxlama zamanı aşkar edir ki, telefonun birindən zəng olunur. Deməli, bu telefonun təzə sahibi sadəcə yeni SİM kart qoyub

işlədir. Sonrası artıq operativ-texnikanın işidir. Alma-Ata pölisləri mobil yuvacıq-antennamdopoqrafik xəritə ilə telefonun təzə sahibini həbs edirlər. Bu, MTK zabitinin sevgilisi idi. Bu qadın telefonu ona bağışlayan sevgilisinin adını müstəntiqlərə verir. Həbs edilən cinayət iştirakçısı o birilərin adını istintaqa bildirir. Onların hamısı MTK-nın antiterror xüsusi dəstəsinin zabitləridir. MTK haqqında məlumat KİV-lərə sızan kimi, Prezident Administrasiyasının rəhbəri Djaksıbəyov Baş prokuror Tusupbəyov və DİN-i Muhammedcanova Alma-Ataya uçmağı tapşırdı. Orada MTK-nın sədri Dutbəyovla birlikdə “Arıstan” xüsusi təyinatlılarının bazasında, MTK əməkdaşlarını onlar həbs etməli idilər. Bununla da onlar məlumat sızmasının qarşısını almalı və mümkündürsə, cinayətin polis istintaqını səssiz-küysüz yekunlaşdırmalı idilər.

General Dutbayovun yazılmamış əmrinə əsasən, MTK-nın bütün operativ şöbələri məni diskreditə etmək üçün birləşmişdi. Bu planın ikinci hissəsi idi – polisi yalançı yola buraxmaq. MTK-nın sədrinin başı ikinci plana elə qarışmışdı ki, onun ağlına belə gəlməyən hadisə baş verdi. Onun öz komitəsindən şəhər polisinə belə qiymətli məlumatlar sızdı. Bu məlumatı alan Dutbayov bərk əsəbiləşir. O, general Majrenovu yanına çağırır və elə kabinetdəcə onu bərk döyür (Bu hadisədən iki il yarım sonra, 2008-ci ilin 8 iyulunda MTK-nın istintaq təcridxanasında Jomərd Majrenov həlak oldu). Bu mərhələdə hələ hər şeyi ört-basdır etmək olardı, əgər müstəqil mətbuat olmasaydı. Həbslər və telefon haqqında məlumat jurnalistlərə çatır.

Mənim “KARVAN” qəzetimin rerdaksiyası, KTK telekanalı və “Kazaxıstan Today” məlumat agentliyi öz jurnalist araşdırmasını aparır və bütün bunları çap eləyirlər. Cin artıq şüşədən buraxıldı, bütün ölkə bildi ki, MTK-nın bu ölümlərdə əli var.

Sifarışçilər əlüstü yeni rəvayət uydururlar, cinayətdə əlaqələndirici günahlandırılır. Abıkayevin köməkçisi, Senat aparatının rəhbəri Erjan Utembayev. Erjan Utembayev həbsindən sonra, MTK-nin istintaq həbsxanasında prezidentə etiraf məktubu yazacaq və mafiyanın “Omerta” qanununa əsasən, bütün günahları öz boynuna götürəcək. Artıq 1 mart 2006-cı ildə Nazarbayev bu məktubu parlamentdə oxuyacaq və öz nəzarətində olan məhkəmənin qərarını gözləmədən, əvvəlcədən onu qətlin sifarışçisi elan edəcək.

Dutbayev və Abıkayevin təşviş içində cızdıqları sxem, Zamanbəy Nurkadılovun özünəqəsdindən daha absurd və təhqiredicidir. İstintaqı məcbur edəcəklər ki, Utembayevin Altunbəy Sarsınbəyevin qəzetə verdiyi açıqlamadan incidiyini (orada onun haqqında heç bir kəlmə belə yox idi), intiqam almaq qərarına gəldiyini müəyyənləşdirsin. Guya ki, bu iş üçün o, “Çenterkredit” bankından 80.000 dollar kredit götürmüş və “Arıstan”-ın döyüşçülərindən formalaşdırdığı briqadaya nəinki təhqir edəni, onun cangüdənini və sürücüsünü də güllələməyi

tapşırmışdı.

 

“Alfa-Arıstan (şir)” necə işləyir?

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button