Xaç Qayınatası – XXXII

Rahat Əliyev

Qazaxıstan dövlət və siyasi strukturlarının nümayəndələri…

Bəzi sənədlər “Sarsen”in B.Utemuratovla isti münasibətlərinə işarə edir. Belə ki, 2001-ci ilin axırlarında, 2002-ci ilin əvvəllərində onların telefon danışıqları qeydə alınıb. Utemuratov “Sarsen”ə onun RF-yə səfir təyin olunması haqqında xəbər vermiş və bu zaman dövlət başçısının ona qarşı yaxşı münasibətdə olduğunu vurğulamışdı. Utemuratov həmçinin DPQ “Ak Yol”a dəstək olurdu. Bu zaman o, partiya liderləri ilə ölkənin rəhbərliyi arasında rabitəçi rolunda çıxış edir, lazım olanda onların bəzi siyasi addımlarını korrektə edirdi. Beləcə o, Balxaş regionunun müəssisələrinin kimə məxsus olması haqda olan “İctimai fikir” verilişinə öz narazılığını bildirərək, bu verilişin gizli razılaşmanı pozduğunu qeyd etmişdi. Bu səbəbdən “Sarsen” ona söz vermişdi ki, bu, bir daha təkrar olunmayacaq və Abilov proqramın aparıcılığını Asılbəy Abdulova təhvil verəcək. 2005-ci ilin aprel ayında “Sarsen” Utemuratova çıxmış və qısa formada bir məhkəmə işi barədə məlumat vermişdi. O, ultimativ formada işi yoluna qoymağı tələb etmiş və əks təqdirdə “ehtiyat variant”a əl atacağını bildirmişdi.

“Sarsen”in yaxın çevrəsinə o zaman Baymenov, Ablyazov və Jandosov daxil idi. Axırıncı ilə o, daha yaxın əlaqələrdə idi (“Sarsen” RF-də Qazaxıstan Respublikasının səfiri olan zaman Jandosovla qeyri-rəsmi şəraitdə dəfələrlə görüşmüşdü). Ola bilər ki, onların dostluğu, onlar RF-də 80-ci illərin ortalarında MQU-da paralel kurslarda oxuyarkən başlayıb. “Sarsen” indinin özündə də Jandosovla mehriban və yaxın dost əlaqəsi saxlayır.

“Sarsen”in Baymenovla dost əlaqələri haqda olan məlumatlar göstərir ki, onlar da çoxdan dostdurlar. İnternet saytlarda yayımlanan məlumatlara əsasən, Baymenov öz karyerasına görə “Sarsen”ə borcludur. Hakimiyyətdə yüksək vəzifəyə onun namizədliyini “Sarsen” irəli sürmüş və dəstəkləmişdir. Partiyanın gələcək strateqiyası ilə bağlı 2004-cü ildə partiya qurultayından sonra həmsədrlər arasında fikir ayrılığı meydana gəlmişdi. Ola bilər ki, bu fikir ayrılığının bir səbəbi də üçüncü adam, məsələn, N.Suxanberdi olsun. Həm də müşahidəçilərin qeyd etdiyinə görə, “Sarsen” bu fikir ayrılığının Baymenovla arasını pozmaması üçün “Ak Yol” partiyasında siyasi fəaliyyətinə son qoymaq istəyirdi. Qeyd etdiyimiz kimi, “Sarsen” 2005-ci ilin fevral ayında partiyanın konfransında baş verən hadisələrə görə, çox mənəvi sarsıntılar keçirirdi.

Onun vəzifədə olduğu zaman dəstəklədiyi və ona gorə “Ak Yol” partiyasına üzv olduğu Baymenov xain çıxmışdı. Hal-hazırda heç bir əlaqələri yoxdur.

Siyasi fəaliyyətinin əvvəllərində onunla əlaqədə olan Y.Mizinov (“Naviqator” internet saytının redaktoru) və N.Ablyazov (“Vremya ro” qəzetinin əvvəlki şef-redaktoru) nəzərə çarpmışdı. Bununla belə, Mizinovla onun birbaşa əlaqəsi nəzərə çarpmamışdır, ancaq dolayısı ilə “Sarsen”in müsahibəsi “Naviqator” internet saytında yerləşdirilmişdir. Həmçinin qeyd edilmişdir ki, müxbir A.Omarova Sarimova deyib ki, təstiq olunmamış xəbərlərə görə, “ Sarsen” internet sayt “Naviqator”u alır. Hal-hazırda “Sarsen” A.Omarova ilə əlaqə saxlayır. A.Omarova onu intriqantların ən ağıllısı sayır.

“Sarsen” partiyada Abilovla yeni işə başlayanda hesab edirdi ki, əgər ona yaxşı təklif gəlsə, Abilov partiyadan gedər. Sonrakı bərabər fəaliyyətləri dövründə “Sarsen” Abilova qarşı fikrini dəyişdi və ona hər cür dəstək verməyə başladı.

Kajeqeldinlə təkə-tək görüşləri qeydə alınıb, baxmayaraq ki, məlumatlara görə “Sarsen” onunla partiyada çox sıx əməkdaşlıq eləyir. Görünür, Kajeqeldin “Sarsen” və J.Tuyukbəyə boyük ümüdlər bəsləyir.

Həmçinin Jakiyanovlarla çox az əlaqələri qeydə alınıb. 2003-cü ilin mart ayında “Sarsen” Q.Jakiyanovu Novruz bayramı münasibəti ilə təbrik edib və Qırğızıstanla bağlı məlumat mübadiləsi aparıb. K.Jakiyanova “Sarsen”lə əlaqəyə girib ərinin işləri barədə onu məlumatlandırıb və onunla görüşmək istəyib.

Z.Nurkadilovla isə “Sarsen”in əlaqələri birmənalı deyildi. Əsəbi xarakterinə uyğun olaraq Nurkadilov “Sarsen”ə qarşı pis çıxış eləmişdi və “Sarsen” onu əgər üzr istəməsə intiqam alacağı ilə hədələmişdi. Çevrəsinin sözünə baxaraq Nurkadilov kompromisə getmiş və “Sarsen” onun bu hərəkətini qiymətləndirərək ona, hərəkətinə görə təşəkkür etmişdi.

Xarici rəsmi dairələrin nümayəndələri…

24 oktyabr 2004, ABŞ dövlət katibinin mətbuat konfransında “Sarsen”, Abilov, Jandosov iştirak etmişlər. “Qazaxıstan Tudey”də akkreditə olunmuş jurnalistin sözlərinə görə, hər şey protokola uyğun baş vermişdi. Yəni “ hər şey siyasi korrektliklə diplomatiyanın ən yaxşı ənənələri çərçivəsində” olmuşdu. Dövlət katibi görüşün axırında dedi ki, “onlar ona güclü enerji verdilər”, onların demokratik prinsiplərə və Qazaxıstana sadiq olduqlarını vurğulayaraq gələcəkdə yenə görüşəcəklərinə ümüd etdiyini söylədi.

29 aprel 2005, “ZSK” hərəkatının ofisində Vaşinqtondan gəlmiş Amerikanın xarici siyasət üzrə Milli Komitəsinin heyəti ilə J.Tuyakbəy, A.Kosanov, O. Jandosov və “Sarsen” görüşmüşdür.

31 may 2005, Evroparlamentin ofisinə siyasi maddələləri müzakirə etmək üçün “Sarsen”, A.Kosanov, J.Tuyakbəy, A. Kojaxmedov, C.Abdildin, İ.Qoxtasınov, B.Abilov, O.Jandosovvə Z.Nurkadilov dəvət olunmuşdular.

2 iyun 2005, D.Styuard (İRİ-nin direktoru) “Sarsen”, Jandosov və Abilovla görüşünün nəticəsində Jandosovun özünü aparması haqqında pis fikir söylədi. Onların strategiyasını bəyənməmiş və bu haqda Baymenova söyləyəcəyini demişdi.

NSMİ:

Yuxarıda qeyd etdiyimiz kimi, “Sarsen” Qazax və xarici KİV-lərə aktiv surətdə tək, ya da Sarimovla birlikdə müsahibə verir, hərdən P.Svoiklə və B.Kozlovla materialların çap və elektron KİV-lərdə çapını koordinasiya edir ( “Ak Jol”un press–relizləri, öz müsahibələri, məqalələri, Abilovun çıxışları və s.). Materialların çoxu “SVZ” və “Jas  Alaş” qəzetlərində çap edilir və “Naviqator” saytında yerləşdirilir.

Obyektin üzə çıxardığımız sabit əlaqələrindən İ.Melçeri göstərmək olar. Onun qəzeti neçə illərdir ki, “Ak Jol” partiyasının gizli ruporudur. “Sarsen” onunla dəfələrlə görüşmüşdür, həmçinin bu görüşlər qeyri-formal şəraitdə də olmuşdur. “Sarsen”in Q.Erqaliyev və Ş.Kurabayla,  həmçinin “Azatlık” radiosunun müxbiri ilə də görüşləri qeydə alınıb.

Obyektin şəxsiyyəti və onun psixoloji portreti…

“Sarsen” 12 sentyabr 1962-ci ildə Alma-Ata vilayətinin Narınkol rayonunun Kaynar kəndində anadan olub.

“Sarsen”in danışığı təmkinli, sakitdir. Qazax və rus dillərini əla bilir.

Evlidir, arvadı – Səltənət. Ona öz planlarını bildirmir.

Oğlu və qızı var. Qızının təhsilini Böyük Britaniyada almasını planlaşdırır.

“Sarsen” hər addımını ölçüb-biçən adamdır.

Təkəbbürlüdür, şöhrətpərəstdir, küsəyəndir və qisasçıdır.

“Sarsen” haqqında mülahizə…

Bəzi radikal düşüncəli siyasi strukturların nümayəndələrinə görə, “Sarsen”in “Ak Jol” DPQ-yə qəbulu rəsmi hakimiyyətin əvvəlcədən düşünülmüş şəkildə planlaşdırdığı bir addımdır. Bu addımla rəsmi hakimiyyət  “əsl müxalifət”i, yəni RNPQ və DVQ kimiləri sıxışdırıb siyasi səhnədən çıxarır. B.Qabdulinin fikrinə görə, “Sarsen”in “Ak Jol”a üzv olması, onsuz da siyasi səhnədə axır zamanlar güclənən partiyanı daha güclü etmişdir. “Ak Jol” partiyası artıq 2004–cü il parlament seçkilərində qələbəyə bütün şansları olan müasir burjua partiyasına çevrilmişdi. Bütün bu şəraitin RNPQ–nin ziyanına işlədiyini nəzərə alaraq, Qabdulin “Ak Jol” partiyası ilə əməkdaşlığa hazır olduğunu və əgər icazə versələr, Qazaxıstana gələrək seçkilərdə iştirak edəcəyini bəyan etmişdi. Milli reytinq agentliyi “QazRatting”-in Sosiologiya şöbəsinin apardığı araşdırmalardan bəlli olmuşdu ki, 2005-ci ildə Qazaxıstan ictimai xadimlərinin reytinq cədvəlində “Sarsen” J.Tuyakbəydən sonra prezident postuna ikinci potensial namizəddir.

Milli təhlükəsizlik orqanlarına olan münasibəti…

Obyekt və onunla əlaqədə olanlar telefonlarının dinlənildiklərindən və elektron poçtlarının tutulduğundan şübhələnirlər. Bəzi vaxtlar “Sarsen” və onunla əlaqədə olanların şifrə ilə danşmaları, fikirlərini yarımçıq çatdırmaları diqqəti cəlb edib. Çox zaman “Sarsen” danışıqları şəxsi görüşlər zamanı aparmağa üstünlük verir. O, xüsusi xidmət orqanları haqqında istehzalı atmacalar atır.

Mərkəz CİC MTK QR

İnsiator QR MTK 10 departament.”

General Marjenovun xatirəsinə

“Çox istərdim hakimiyyət kürsüsündə elə birisi otursun ki, ona: – siz öldürdünüz! – deyə bilməyək”

Aleksey Tolstoy, rus yazıçısı

General Marjenov 2008-ci il iyulun 8-də Astanada Milli Təhlükəsizlik Komitəsinin məxfi təcridxanasında vəfat edib. Ömrünün 25 ilindən çoxunu işinə sərf edən yüksək vəzifəli bir şəxsin xüsusi xidmət tərəfindən öldürülməsi post-stalin tarixində baş verən ilk hadisə idi.

Rəsmi versiya – Jomərt Marjenov öz alt paltarı ilə özünü asaraq intihar etmişdir. Bu yalan versiya heç kəsi aldatmadı. İstintaq təcridxanasında heç kəs özbaşına deyil: sutkanın 24 saatı gizli kamera və audio dinləmə ilə daimi və ciddi nəzarət olunur.

General Marjenovu həddindən artıq şey bildiyi üçün qətlə yetirdilər. Bu insanın cəsurluğu və prinsipiallığı sayəsində müxalifətçi Altınbek Sarsenovun siyasi qətlinin üstü açıldı. MTK-nın Xüsusi Məlumat Xidmətinin (texniki kəşfiyyat) rəhbəri olduğu vaxt qatilə yaxın insanların və qurbanlarının mobil telefonlarını izləməyə götürüb nəticələri barədə məlumatı dərhal DİN-in operativ-istintaq qrupuna verdi.

Bu məlumat olmasaydı, müxalifətdən olan siyasətçinin güllələnməsi cinayətinin üstü açılmamış qalacaqdı. Ya da MTK-nın əmri ilə bu cinayət hər hansı bir narkomanın və yaxud residivistin ayağına yazılacaqdı. Bizim cəza maşınımız ev həbsində və ya istintaqda olan vətəndaşlarımızdan lazımi ifadə almaq sahəsində mükəmməldir.

Amma Marjenov daha çox şey – bu cinayətin nüfuzlu sifarişçilərinə işarə verən telefon danışıqlarının məzmununu bilirdi. Jomərt Marjenovda olan məlumat prezident Nazarbayev və onun köməkçiləri üçün o qədər təhlükəli idi ki, onu xüsusi təcridxanada saxlayaraq hərbi məhkəməyə şahid qismində belə gətirmirdilər.

Buna görə hətta onu, tabeçiliyində olan on iki xüsusi informasiya xidməti əməkdaşlarının qurban verildiyi cinayət işində müqəssirlər siyahısından çıxarmışdılar.

Öz bilgiləri ilə o, Xaç Qayınatası və onun hücumçuları Şardarbayev və Dutbayev üçün çox təhlükəli idi. Bir dəfə qətldən çəkinməyən rejim bundan sonra da təhlükəli şahidlərin məhv edilməsindən çəkinməyəcək.

Jomərt Marjenovun yeganə günahı əsl professional kimi vəzifəsini yerinə yetirməsi idi. Bugünkü Qazaxıstanda da bu ölümünə təhlükəlidir. Jomərt Marjenov haqqında xoş xatirələr həmişə onun dostlarının və həmkarlarının yaddaşında qalacaq.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button