Xalq artisti dünyasını dəyişdi

34358
Xalq artisti Musa Mirzəyev vəfat edib. APA-nın məlumatına görə, M. Mirzəyev bu gün evində dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Mirzəyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.
82 yaşlı bəstəkar mikro insult diaqnozu ilə müalicə olunurdu.
Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün “Konsert-rondo” və başqa əsərlərin müəllifidir.
Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button